41.İstehlak bazarları, yerinə yetirilən iş və xidmətləri xarakterizə edən göstəricilər sistemi və onların mahiyyətinin izahı


Sahibkarlıq subyektlərinin fəaliyyəti, onların təhlili və qiymətləndirilməsi



Yüklə 28,65 Kb.
səhifə3/11
tarix01.05.2022
ölçüsü28,65 Kb.
#86374
1   2   3   4   5   6   7   8   9   10   11
41-50

43. Sahibkarlıq subyektlərinin fəaliyyəti, onların təhlili və qiymətləndirilməsi
Sahibkarlığın iqtisadi fəaliyyət növü kimi formalaşmasında müəyyən şərtlərin olması tələb olunur. Bu şərtlərə ilk növbədə iqtisadi, sosial, hüquqi və digər faktorları göstərmək olar. Sahibkarlıq fəaliyyətinin iqtisadi şərtlərinə ilk növbədə əmtəə təklifi və həmin əmtəələrə olan tələb, əmtəələrin növləri (hansı ki, alıcı tərəfindən əldə edilir), pul vəsaitinin həcmi (hansı ki, lazım olan əmtəənin əldə edilməsinə sərf edilir), işçi qüvvəsinin və iş yerlərinin artıqlığı və çatışmazlığı, işçilərin əmək haqqının səviyyəsinə təsir edən amillər və s. aid edilir.

Sahibkarlıq fəaliyyəti üçün zəruri olan iqtisadi şərtlərə ən müxtəlif təşkilati strukturlar daxildir. Onun da köməyi ilə sahibkarlar kommersiya əməliyyatlarını həyata keçirirlər.

Bu strukturlara misal olaraq aşağıdakıları göstərmək olar:


  • banklar - maliyyə xidməti göstərir;

  • mal göndərənlər - xammal, materiallar, yarımfabrikatlar, yanacaq, enerji, maşın, avadanlıqlarla təchizatını;

  • topdansatış və pərakəndə ticarət strukturları - əmtəənin istehlakçılara çatdırılmasını;

  • ixtisaslaşdırılmış firmalar - hüquq, mühasibat vasitəçilik xidmətlərini;

  • işədüzəltmə agentlikləri - işçi qüvvəsinə olan ehtiyaclann təmin edilməsini;

  • sair agentliklər- reklam, nəqliyyat, sığorta, informasiya və rabitə xidmətlərini həyata keçirirlər.



Yüklə 28,65 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə