41.İstehlak bazarları, yerinə yetirilən iş və xidmətləri xarakterizə edən göstəricilər sistemi və onların mahiyyətinin izahı


Əhaliyə göstərilən xidmətlərin tərkibində ən böyük xüsusi çəkiyə malik olan üç sahəni müəyyənləşdirmək



Yüklə 28,65 Kb.
səhifə7/11
tarix01.05.2022
ölçüsü28,65 Kb.
#86374
1   2   3   4   5   6   7   8   9   10   11
41-50

47. Əhaliyə göstərilən xidmətlərin tərkibində ən böyük xüsusi çəkiyə malik olan üç sahəni müəyyənləşdirmək

Son dövrlərdə iqtisadiyyatda xidmətlərin rolu əhəmiyyətli dərəcədə artmışdır. Bu, təkcə istehsalın mürəkkəbləşməsi və gündəlik tələbat malları ilə bazarın yüksək səviyyədə təmin edilməsi ilə deyil, eyni zamanda xidmətlər sferasında yeni fəaliyyət növlərinin yaranmasına səbəb olan elmi-texniki tərəqqi ilə bağlıdır. Hazırda istehsalın dinamik inkişafı maliyyə, informasiya, nəqliyyat və digər xidmətlərsiz mümkün deyildir. Müasir şəraitdə xidmətlər texniki baxımdan mürəkkəb məhsulların satışının yüksək səviyyəli servis xidməti tələb edən əmtəə ticarətinə daha böyük təsir göstərir. Məhz buna görə də dünyada birbaşa xarici sərmayələrin 40%-dən çoxu xidmət sahələrinə, əsasən ticarətə, bank xidmətləri və sığorta sahələrinə qoyulmuşdur. Keçən əsrin 80-ci illərinin sonunda inkişaf etmiş ölkələrin ümumdaxili məhsulunda (ÜDM) xidmətlərin payı 70%-ə yaxınlaşmış, eyni zamanda xidmət sferasında məşğul olanların sayı xeyli yüksəlmişdir.  Bu ilin yanvar-fevral aylarında Azərbaycanda əhaliyə göstərilən pullu xidmətlərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 6,9% artaraq 1010,3 mln. manat olub.Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, artımın 60,5%-i hüquqi şəxslərin müəssisələrində yaranıb və bu müəssisələrdə əhaliyə 756,5 mln. manatlıq və ya 5,5% çox pullu xidmətlər göstərilib.Bu ilin iki ayında ölkədə pullu xidmətlərin ümumi həcminin 231,0 mln. manatı dövlət mülkiyyəti təşkil edib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 1,7% çoxdur. Qeyri-dövlət mülkiyyətinin həcmi isə bir il ərzində 8,5% artaraq 779,3 mln. manat olub.Hesabat dövründə hər bir ölkə sakini hər ay orta hesabla 53,9 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,9% və ya 3,5 manat çox müxtəlif pullu xidmətlərdən istifadə edib.

Bu xidmətlərin içində istər miqyasına və həcminə görə istər manatla dəyərinə məbləğinə görə təhsil tibbi və nəqliyyat xidmətlərini ilk 3-ə yaza bilərik. Müntəzəm istifadə və önəm kəsb etməsi baxımından təhsil sağlamlıq və gündəlik nəqliyyatdan istifadə belə deməyə əsas verir.


Yüklə 28,65 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə