3 cü FƏSİl neftin və qazin nəQLƏ hazirlanmasi


Şəkil 3.13. Toztucu qurğuların sxemi



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə22/40
tarix02.04.2023
ölçüsü2,72 Mb.
#104025
1   ...   18   19   20   21   22   23   24   25   ...   40
3-cu fesil-148-218

 Şəkil 3.13. Toztucu qurğuların sxemi 
 
Təbii qaz (
Q
), toztutucusundan (1) keçərək kompressor sexinə göndərilir. 
Toztutucuları yağla doldurulur. İşlənmiş çirkli yağ (ÇY) toztutucusundan (1) 
çökdürücüyə (7) sıxışdırılır. Təmiz yağ (TY) yağ akkumlyatorundan (2) öz 
basqısı altında toztutucusuna daxil olur. 
Akkumlyatorda və toztutucularda əvvəlcədən təzyiqi bərabərləşdirirlər. 
Akkumlyatora yağ nasosla (3) ölçü bakından (5) və ya təmiz yağ çənindən 
(4) verilir. Bu zaman akkumlyatoru toztutucularından ayırır və onda olan qazı 
atmosferə buraxırlar. Ölçü bakına yağ çökdürücüdən öz axını ilə daxil olur. 
İşlənmiş (tullantı) yağ çökdürücüdə yığılan şlamla birlikdə yığım tutumuna (6) 
boşaldılır. 


- 188 - 
Şaquli yağ toztutucusu (şəkil 3.14) qaz kəmərindəki təzyiqə hesablanan, 
sferik oturacaqlı şaquli, polad silindrdən ibarətdir.
Şəkil 3.14. Şaquli yağlı toztutucusu 
1-separasiya qurğusu; 2-boru; 3-şaquli boru; 4,5-drenaj boruları;
6-lük; 7-giriş borusu 
 
Toztutucusunun diametri 1080-2400 mm olur və onun daxilində yağın 
qazla təmasını və aparatdan çıxan zaman yağ hissəciklərinin qazdan ayrılmasını 
təmin edən qurğu yerləşir. Qaz toztutucusuna giriş borusundan (7) daxil olur. 
Daxil olan qaz öz istiqamətini dəyişərək aparatın aşağı hissəsində yerləşən 
yağın səthinə doğru hərəkət edir. Bu zaman iri ölçülü kənar hissəciklər tez 
ayrılaraq dibə çökür. Yağın səviyyəsi şaquli boruların (3) sonluqlarından 25-30 
mm məsafədə saxlanılır. Yuxarı can atan qaz özü ilə yağ hissəciklərini də 


- 189 - 
aparır.
 
Borularda (3), sonra isə toztutucusunun orta boş hissəsində qaz yağ ilə 
intensiv olaraq qarışır. Bu zaman yağ qazda olan hissəcikləri, həmçinin qazla 
birgə daxil olan kondensat və ağır karbohidrogenləri udur.Nəticədə, yağın 
səviyyəsi qalxır. Şaquli borulardan çıxan qazın sürəti kəskin azalır. Nisbətən iri 
maye hissəcikləri ayrılaraq drenaj borusu (4) ilə aşağı tökülür. Təmizlənən qaz 
toztutucusunun yuxarı hissəsində olan borudan (2) xaric olunur. Çirklənən yağ 
isə drenaj borusu (5) vasitəsi ilə xaric olunur. Toztutucusunun tam 
təmizlənməsi il ərzində 3-4 dəfə olmaqla lükdən (6) istiadə olunmaqla aparılır. 
Diametri 2400 mm olan toztutucusuna tökülən yağın həcmi 1,5 -2 m
3
-dən çox 
olmur. 
Yağ toztutucusunun buraxma qabiliyyəti (Q, m
3
/gün) aşağıdakı düsturla 
hesablana bilər: 
5
,
0
2
95300










=
q
q
m
T
P
D
Q




harada ki, 

D
toztutucusunun daxili diametri, m;

P
qazın təzyiqi, MPa;
m

və 

q

uyğun olaraq isladan mayenin və qazın iş şəraitində sıxlığı, kq/m
3


T
qazın temperaturudur . 
Toztutucularının normal işini təmin etmək üçün onda yağın səviyyəsini 
sabit saxlamaq lazımdır. Bundan əlavə onların buraxma qabiliyyəti verilən 
təzyiqdə qaz axınının sürəti ilə məhdudlaşdığından, axın sürəti 1-3 m/s-dən çox 
olmamalıdır. 
Şaquli yağ toztutucusunun digər konstruksiyalı toztutucuları ilə 
müqayisədə üstün cəhəti yüksək təmizləmə dərəcəsinə malik olmasındadır. 
Belə ki, bu cür toztutucuları üçün ümumi təmizləmə dərəcəsi 97-98 % təşkil 
edir. Buna baxmayaraq adı çəkilən toztutucularının bir neçə çatışmayan 
cəhətləri də vardır. Bunlardan: metal sərfinin çox olması; təmizlənən qazda 
mayenin qalması və onun qazla aparılması (hər 1000 m
3
qazda 25 q-dan çox 


- 190 - 
olmayaraq mayenin olmasına yol verilir); hidravliki itkilərin çox olması (0,035-
0,05 MPa); mayenin səviyyəsinin dəyişməsinə olan həssaslıq və s. 
Hal-hazırda qazın mexaniki qarışıqlardan təmizlənməsi üçün siklonlu 
toztutucuları (diametri 1600 mm, işçi təzyiqi 7,5 MPa) da geniş tətbiq olunur 
(şəkil 3.15). Bu qurğularla təmizlənmənin səmərəliliyi 85-98% arasında dəyişə 
bilir. 

Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə