3 cü FƏSİl neftin və qazin nəQLƏ hazirlanmasi



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə13/40
tarix02.04.2023
ölçüsü2,72 Mb.
#104025
1   ...   9   10   11   12   13   14   15   16   ...   40
3-cu fesil-148-218

3.11.1.
 
 Separatorlar və onların konstruktiv xüsusiyyətləri 
 
 
Neft mədənlərində neftin stabilləşdirilməsi məqsədilə əsasən 
separasiya 
üsulu
tətbiq olunur. Bu məqsədlə xüsusi qurğular-separatorlardan istifadə 
olunur. 
Separatorda təzyiqi kəskin aşağı saldıqda sərbəst qazla aparılan ağır 
karbohidrogenlərin miqdarı xeyli azalır. Neftin separatordan tez keçməsi 
zamanı isə neftdə qalan yüngül karbohidrogenlərin miqdarı çoxalır. Neft 
mədənlərində tətbiq olunan çoxpilləli separasiya sistemi birinci pillədə 
metanın, sonrakı pillələrdə isə ağır karbohidrogenlərdən ibarət olan yağlı qazın 
alınmasına imkan verir. Bu zaman metan qazı xüsusi ehtiyacların ödənilməsi 
və ya tələbatçıya, yağlı qaz isə sonrakı emal üçün qaz -benzin zavoduna 
göndərilir. 
Separasiya qurğularında, qismən də olsa, suyun neftdən ayrılması prosesi 
də baş verir. Tətbiq olunan separator qurğuları çox müxtəlif olur. Separatorlar: 
iş prinsipinə görə-qravitasiyalı, mərkəzdənqaçma (hidrotsiklonlu), jalüzlü, 
ultrasəsli və s.; həndəsi formalarına görə və fəzada vəziyyətinə görə-silindrik, 
sferik, şaquli, horizontal və maili; işçi təzyiqinə görə -yüksək (2,5 MPa-dan 
çox ), orta (0,6-2,5 MPa), aşağı (0-0,6 MPa) və vaakumlu; təyinatına görə-ölçü 
və işçi; yığım sistemində yerləşməsinə görə isə-I, II, separasiyanın sonuncu 
pilləsi kimi növlərə və tiplərə bölünür. 
Növündən və tipindən asılı olmayaraq bütün separatorlarda texnoloji 
əməliyyatlara görə 4 seksiya olur: I-neftdən qazın ayrılması baş verən əsas 


- 171 - 
separasiya; II-separasiya seksiyasından neftlə birlikdə aparılan qaz 
qabarcıqlarının ayrılması üçün nəzərdə tutulan çökdürücü; III-separatordan 
neftin yığılması və çıxarılması üçün nəzərdə tutulan seksiya; IV- qaz axını ilə 
aparılan neft damlalarını tutmaq və qazın çıxarılmasına xidmət edən və 
qurğunun yuxarı hissəsində yerləşən damlatutan seksiya. 
Separator qurğularının səmərəlilyi qazla aparılan mayenin və 
separasiyadan sonra neftdə qalan qazın miqdarı ilə xarakterizə olunur. Bu 
göstəricilər nə qədər aşağı olarsa, qurğunun səmərəliliyi o qədər çox olacaqdır. 
İndi isə neft mədənlərində tətbiq olunan separatorların konstruktiv 
xüsuiyyətlərinə baxaq.

Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə