2915-“ İ a şə m ə hsullar



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə3/62
tarix08.06.2022
ölçüsü0,76 Mb.
#89055
1   2   3   4   5   6   7   8   9   ...   62
Lal-miraslanova-a-m-hsull.-tex

 
 


5
Zəfəranlı bulyon. 
Sümüklər yuyulur və xırda doğranır. Qazana yığılıb su ilə 
qarışdırılır. Kəfi və üzərindəki yağı arabir yığılır və coşqun qaynamağa yol verilmir. 
Bulyon 5 saat bişirilir. Hazır olmağa 1-1,5 saat qalmış soğan, yerkökü, cəfəri kökü 
və duz qatılır. Hazır olduqdan sonra süzülüb, zəfəran şirəsi vurulur. Bulyonu ətdən 
hazırlayırlar. Süfrəyə verildikdə narın doğranmış göyərti əlavə edilir. 
Qoyun və mal ətinin sümüyü - 500 q, baş soğan - 40 q, yerkökü - 40 q, cəfəri 
kökü - 20 q, keşniş və ya şüyüd - 20 q, zəfəran - 0,4 q, duz. 
3. Tərəvəzin və unun yağda qovrulması, habelə ağ sousun və lyezonun 
hazırlanması.
Tərəvəzin yağda qızardılması. 
Yağda qızardılan tərəvəzə yerkökü, kərəvəzi, 
cırhavuç, turp, təzə pomidor, baş soğan və gövdəli soğan, habelə tomat-püre 
daxildir.
Yağda qızardılan tərəvəz kökləri çox zaman çöp, habelə tir dilim və halqa 
şəklində, məsələn, baş soğan burada çöp və yarımhalqa, təzə pomidor isə dilim və 
yaxud tikə şəklində doğranır. 
Yağda qızartmaq əməliyyatı qab içində (qazanda, qısa qazanda, tavada, sacda) 
aparılan hallarda qabaqca qabda yağ əridilir, sonra 5 sm-ə qədər ucalıqda lay 
şəklində tərəvəz düzülüb qarışdıra-qarışdıra 15-20 dəqiqə ərzində qovrulur. Axıra
5-10 dəqiqə qalmış tərəvəzə tomat-püre vurula bilər. Yağda qızardılan zaman 
tərəvəz yumşalır, üzərində nazik qazmaq əmələ gəlir, eyni zamanda tərəvəz öz 
tamını və ətrini, qismən də rəngini saxlayır. 
Unun yağda qovrulması
. Unun yağda qovrulmasına bəzən quru qovurma 
deyilir. Burada ələnmiş 1-ci növ buğda unu nazik lay (ən çox sm) şəklində tavanın 
içinə tökülüb tez-tez qarışdırmaqla 150-180 dərəcə temperaturda qızdırıcı şkafda 
yağla birlikdə qovrulub açıq sarı rəngə salınır. 

Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə