2915-“ İ a şə m ə hsullar



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə4/62
tarix08.06.2022
ölçüsü0,76 Mb.
#89055
1   2   3   4   5   6   7   8   9   ...   62
Lal-miraslanova-a-m-hsull.-tex

Ağ sous.
Burada dibi qalın bir qaba kərə yağı yaxud ərinmiş yağ qoyulub 40 -
50 dərəcə temperaturda qızdırılır, sonra içinə ələnmiş buğda unu qatılıb periodik 
surətdə qarışdırmaqla açıq rəngə düşənə qədər 120 -130 dərəcə temperaturda 
qovrulur. Buna tədricən isti bulyon yaxud həlim qatılıb arası kəsilmədən 5 -10 
dəqiqə qatışdırılır və axırda süzülür. 


6
Lyezon.
Lyezon hazırlanması üçün çiy yumurta yaxud təkcə yumurta sarısı 
dibi qalın qaba salınıb içinə tədricən qaynadılmış süd tökülüb, sonra qatılaşana və 
birnövlü kütlə şəklinə düşənəcən 60-70 dərəcə temperaturda qaynadılır. Lyezon, 
şorba buraxılan zaman onun içinə vurulur. Lyezon vurulduqdan sonra şorba 
qaynadıla bilməz. 
Balva
. Balva əsasən balba bitkisindən bişirildiyinə görə belə adlanır. Bunu 
bişirmək üçün əvvəlcə düyü qazana tökülüb 2 litr suda qaynamağa qoyulur. Balba, 
yəni əməköməci kobud saplardan təmizlənib yuyulur, baş soğanla birlikdə ətçəkən 
maşından keçirilir (və yaxud taxta üstündə narın doğranır) yarımbişmiş düyünün 
üstünə əlavə edilir. Əgər əlavə göyərti də qatılacaqsa, onlar da xırda doğranıb 
balba ilə birlikdə qazana tökülməlidir. Balba ilə düyü tam bişdikdən sonra onu 
həlimli olması üçün süzgəcdən keçirməklə əzirlər və yenidən qazana töküb üstünı 
suda çalınmış un və tam bişdikdən sonra turşu, duz, yağ vurur, ən sonda isə 
yumurtanı az suda çalaraq xörəyə qarışdırırlar. Süfrəyə dərin boşqabda, yaxud 
kasada verilir və yanına duz, istiot qoyulur. 
Balba (əməköməci) - 8 dəstə, düyü - 100 q, buğda unu - 60 q, ərinmiş yağ - 
120 q, yumurta - 2 ədəd, coo və ya lavaşana - 40 q, istiot, duz. Zövqə görə buraya 
2 dəstə ispanaq, 2 dəstə keşniş və turşu əvəzinə 2 dəstə turşəng əlavə etmək olar. 
Turşu sıyıq
. Düyü bulyonda bişirilir və üzərinə yağda qızardılmış soğan və 
ya yerkökü əlavə edilir. sonra yuyulub doğranmış göy soğan, ispanaq və 
quzuqulağı qatılıb bişirilir. Hazır olmazdan qabaq lavaşana, istiot və duz vurulur. 
Süfrəyə verilərkən üstünə göyərti səpilir. 
Bulyon - 1600 q, düyü - 120 q, baş soğan - 100 q, göy soğan - 100 q, yerkökü - 
100 q, ispanaq - 200 q, quzuqulağı - 200 q, ərinmiş yağ - 60 q, keşniş və ya nanə - 
40 q, lavaşana - 10 q, duz, istiot. 

Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə