2915-“ İ a şə m ə hsullar


Badımcan dolmasının hazırlanması və süfrəyə verilməsi



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə16/62
tarix08.06.2022
ölçüsü0,76 Mb.
#89055
1   ...   12   13   14   15   16   17   18   19   ...   62
Lal-miraslanova-a-m-hsull.-tex

Badımcan dolmasının hazırlanması və süfrəyə verilməsi.
Badımcan təmizlənir, saplağı ilə birlikdə ucu kəsilir, içi və tumu çıxarılır, 
sonra 1-2 dəqiqə ərzində qaynar duzlu suda pörtlədilir və soyuldulur. Bəzən içi 
çıxarılmış badımcan duzlanır, 25-30 dəqiqədən sonra yuyulur, ik tərəfi yağda 
qızardılır, soyuyandan sonra içi qiymə ilə doldurulur, qazana yığılır. 
Badımcan dolması üçün qiymə belə hazırlanır: yumşaq qoyun əti ətçəkən 
maşından keçirilir, istiot və duz qatılır. Sonra çəkilmiş ət yağda qızardılır və 
topaçlanmasın deyə arasıkəsilmədən qarışdırılır. Narın doğranmış soğan yağda 
qızardılıb qiyməyə qatılır və buna doğranmış göyərti vurulub hamısı birlikdə 
qarışdırılır. Qiymə qabaqcadan hazırlanmış badımcanlara doldurulur və dayaz qaba 
yığılır. Ətrafına pamidor dilimləri düzülür, 25-30 dəqiqə ərzində qapağı örtülü 
halda öz buğundə bişirilir. Süfrəyə verilən zaman badımcan dolmasının üstünə öz 
sousundan tökülür və doğranmış şüyüd səpilir. 
Qeyd:
bəzi hallarda qiymə üçün qoyun əti əvəzinə quyruq götürülür, quyruq 
xırda doğranır, doğranmış baş soğanla birlikdə qızardılır və içinə şüyüd, istiot və 
duz vurulub yaxşı qarışdırıldıqdan sonra badımcana doldurulur. 
Hər pors üçün burada 150 q qoyun əti, 300 q badımcan, 1 baş soğan, 20 q 
ərinmiş yağ, 50 q təzə pamidor, 15 q keşniş və şüyüd, reyhan, 0,2 q darçın, habelə 
təm üçün istiot, duz götürülür. 
Pomidor dolmasının hazırlanması və süfrəyə verilməsi. 
Yumşaq qoyun əti ətçəkən maşından keçirilir, buna istiot, duz vurulub soğanla 
birlikdə yağda qızardılır. Soyuqdan sonra doğranmış göyərti qatılıb qarışdırılır. 
Orta ölçüdə bərk pomidor seçilib üst tərəfi kəsilir və özəyi çıxarılır. Pomidor 
dolması düyü ilə hazırlanırsa, onda düyü yuyulub bişirilməli və sonra qiyməyə 
qatılmalıdır. Hazırlanmış pomidora qiymə doldurulub pomidordan kəsilmiş üst 
tərəfi qapaq şəklində yerinə qoyulur. Pomidor dolması tavalarda içinə, yaxud 


23
dayaz qazana düzülür. Pomidordan çıxarılmış özək yağda qızardılıb içinə bulyon 
qatılır və bundan alınan sous pomidor dolmasının üstünə tökülüb ağzı örtülür və 
15-20 dəqiqə ərzində hazır olunca öz buğunda bişirilir. 
Süfrəyə verilən zaman pomidor dolmasının üstünə öz sousundan tökülür və 
narın doğranmış göyərti səpilir. 
Hər pors üçün burada 150q qoyun əti, 300q pomidor, 1 baş soğan, 10q düyü, 
15q keşniş və şüyüd, 0,2q darçın, habelə təm üçün istiot, duz götürülür. 

Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə