2915-“ İ a şə m ə hsullar


Mal əti və kartof qizartması ilə birlikdə lobya konservi



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə13/62
tarix08.06.2022
ölçüsü0,76 Mb.
#89055
1   ...   9   10   11   12   13   14   15   16   ...   62
Lal-miraslanova-a-m-hsull.-tex

Mal əti və kartof qizartması ilə birlikdə lobya konservi. 
Burada kartof 
kübik şəklində doğranıb əsas üsul üzrə qızardılır. Eyni zamanda baş soğan yenə 
kubik şəklində doğranıb yağda qızardılır. 
Konserv bankası açılıb isidilir, mal əti ilə lobya qaba qoyulur və üstünə yağda 
qızardılmış baş soğan əlavə edildikdən sonra hamısı birlikdə qatışdırılıb isidilir. 
Süfrəyə verilən zaman boşqaba qızardılmış isti kartof qoyulub üstünə mal əti 
ilə birlikdə konservləşdirilmiş lobya və soğan əlavə edilir. 
Hər pors üçün burada 100q mal əti ilə birlikdə konservləşdirilmiş lobya, 300q 
kartof, 10q yağ və 20q baş soğan götürülür. 
 
Kababların hazırlanması və süfrəyə verilməsi. 
Azərbaycan kulinariyasında quru xörəklərin əksəriyyəti qoyun ətindən 
hazırlanır. Burada qoyun ətinin ayrı-ayrı hissələrindən paylıq tikələr, xırda 
doğranmış tikələr, yaxud da qiymə şəklində istifadə edilir. Bəzən quru xörəklər 
mal, toyuq, cücə, hind toyuğu, ördək və qaz ətindən də hazırlanır. 


19
Balıqdan hazırlanan quru xörəklərin çeşidi nisbətən məhduddur, bunlardan 
əsasən bəzi xörəklər üçün xuruş hazırlanır. 
Quru xörəklər süfrəyə veriləndə yanına cürbəcür təzə göyərtilər; göy yaxud 
baş soğan, keşniş, şüyüd, kəfər, vəzəri, qırmızı turp, reyhan, tərxun, nanə və habelə 
müxtəlif ədviyyatlar; sumaq, istiot, duz qoyulur. Bəzən ət xörəklərinin yanına 
narşərab, sirkə yaxud limon qoyulur. 
 
Tikə -kabab. 
Tikə -kabab üçün qoyun cəmdəyinin bel, yaxud bud hissəsindən 
35-40 q-lıq tikələr kəsilib şişə taxılı, üstünə duz səpilib və manqalda közərmiş 
kömür üzərində qızardılır. Kömür alovlanmasın deyə ona duzlu su çilənir. 
Ət şişə taxılan zaman həm yağlı, həm də yağsız tikələr götürülməlidir. Ətin 
bir qaydada qızarmasına fikir verilməlidir. Tikə-kababın bərabər qaydada 
qızarması üçün şişlər arabir çevrilir. 
Tikə-kabab hazır olan kimi süfrəyə verilməlidir. Tikə-kababın üstünə 
halqavari doğranmış baş soğan, habelə çöp şəklində doğranmış göy soğan və 
keşmiş tökülüb süfrəyə verilir. Bundan da başqa tikə kababın yanına bir neçə dilim 
limon, yaxud narşərab, sumaq, döyülmüş istiot və duz qoyulur. Yay zamanı tikə-
kababın hər payına 100 q şişdə qızardılmış pamidor da əlavə edilir. 
Hər pors üçün burada 350 q qoyun əti, 1 baş soğan, 10 q cəfəri və reyhan, 3 q 
sumaq, yaxud 5 q narşərab, təm üçün istiot, duz götürülür. 

Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə