2 m ü n d ə r I c a t gəNCƏ DÖVLƏt universiteti 70


SƏDNİK  PAŞA   PİRSULTANLI -80



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə19/20
tarix08.07.2018
ölçüsü3,02 Mb.
#53843
1   ...   12   13   14   15   16   17   18   19   20

55

SƏDNİK  PAŞA   PİRSULTANLI -80     

                                  TƏBRİKLƏR

A

Ğ

A

                                                                (Sədnik Paşa Pirsultanlıya)

Olubdur ah-naləm göyə yol açan,

Olmaz  olduğum tək duyanım, ağa.

Oduma isinib, tüstümdəm qaçan,

Dar gündə olarmı həyanım, ağa.

Düşüb diyar-diyar qaçam bu yaşda,

Bir söylə dərd ağıl qoyarmı başda,

O qədər ağladım tükənib yaş da,

Axır gözlərimdən al-qanım ağa.

Ey qibləm, ey pirim sənədir yönüm,

Qoy sənin başına dolanım, dönüm,

Ayağın dəydiyi torpağa yönüm,

Sadiq nökərinəm, Sultanım ağa. 

Sədniksən, qalansan dostun halına,

De başmı çəkməyə gəldin quluna,

Ü zümü sərərdim vallah yoluna,

Qoy olsun qurbanın bu canım, ağa.

Bu fələk nə hasil eylədi əldə,

Tənhalıq, ah-nalə bitirdi dildə.

Qorxuram sinəmə çökə yad eldə,

Ruhumu bədəndən soyanım, ağa.

Əhmədəm bilirsən qəlbi dağlıyam,

Qurbani vətəni Diridağlıyam,

Hər zaman torpağa yurda bağlıyam,

Olmaz Şamaxıda xoş anım, ağa. 

ƏHMƏD  FƏRHAD,

Şamaxı, şair 



56

SƏDNİK  PAŞA   PİRSULTANLI -80     

                                  TƏBRİKLƏR

M Ü S A H İ B Ə

S.P.Pirsultanlı:  Millətin  soykökünə,  böyüklüyünə  inanmadan 

alim kimi uğur qazanmaq mümkünsüzdür.

Tanınmış folklorşünas-alim Sədnik Paşa Pirsultanlının 20 may 2009-cu ildə 

80  yaşı  tamam  olur.  Sədnik  Paşa  Pirsultanlı  aprel  ayının  22-də  Azərbaycan 

Respublikasının prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı 

ilə  təltif  edilib.  Gəncədə  yaşayan  S.P.Pirsultanlı  indiyə  kimi  nəinki 

Azərbaycanda,  həmçinin  Türk  Dünyasında    türk  ellərinin  zəngin  mənəvi 

sərvətlərini-folklorunu  toplayıb.  Orta  Asiyadakı  türklərin  elə  mənəvi  sərvətləri 

var ki, onları ilk dəfə xalqdan toplayıb təqdim edən Sədnik Paşa Pirsultanlı olub. 

Azərbaycan 

əfsanələrinin 

ilk 

dəfə 


geniş 

miqyasda 

toplanılması, 

kitablaşdırılması,  tədqiqi də  məhz  Sədnik  Paşa  Pirsultanlının  adı  ilə  bağlıdır. 

Məşhur  Pirsultanlı  soyundandır.  Haqqında  Azərbaycan  televiziyasında  film 

çəkilib. Yaradıcılığında şeirin də xüsusi çəkisi var. 5 ilə yaxındır ki, Sədnik Paşa 

Pirsultanlı  ilə  çox  yaxın  münasibətimiz  var. Ustad  şagird  yaxınlığımız  var. 

“Ustad”  deyə  müraciət  etdiyim  bu  insanla  həmsöhbət  olmaq,  nəsihətlərini  və 

məsləhətlərini dinləmək onu tanıyanlar üçün mənəvi ehtiyac kimidir. Söhbətləri 

hər  zaman  maraqlı  və  doyumsuzdur.  Yubiley  ərəfəsi  ustadımla  söhbətləşmək 

qərarına gəldim.

Ustad,  Prezidentimizin  sərəncamı  ilə  “Tərəqqi”  medalıyla  təltif 

olunmusunuz.  Dövlətimizin  elmə,  yaradıcı  insanlara  göstərdiyi  qayğı  bir 

alim kimi sizi qane edirmi?

Cənab  prezidentimiz  İlham  Əliyevin  ziyalılarımıza,  elmə,  elm  adamlarına 

olan  diqqət  və  qayğısı  hər  zaman  elm  adamları  tərəfindən  layiqincə 

qiymətləndirilir. Bir alim olaraq mən prezidentimizin diqqət və qayğısından çox 

razıyam. İlham Əliyev cənablarının bütün təltifləri mənim üçün sevinc müjdəçisi 

olub.  “ÇEŞMƏ”  folklor  teatrının  fəaliyyəti  ilə  bağlı  “Əməkdar  mədəniyyət 

işçisi”,  Gəncə  Dövlət  Universitetində  göstərdiyim  fəaliyyətin  müqabilində 

dövlətimiz  məni  “Əməkdar  müəllim”  fəxri  adıyla  təltif  etdi.  “Tərəqqi”  medalı 

isə  Azərbaycan  folklorunun  inkişafındakı  xidmətlərimin  müqabilində  mənə 

verilən yüksək bir mükafatdır. Bu medalla təltif olunan hər kəs çalışdığı sahədə 

nail olduğu tərəqqiyə görə bu medalla təltif edilir. Hesab edirəm ki, Azərbaycan 

folklorunun toplanmasında və tədqiqində nail olduğum tərəqqi dövlətimizi qane 

etdiyindən məni bu yüksək mükafatla təltif edib.  Bu mükafat 54 illik folklorçu 

zəhmətinə verilən qiymətdir. Sevinirəm ki, elm yolunda, folklorumuzun




57

SƏDNİK  PAŞA   PİRSULTANLI -80     

                                 TƏBRİKLƏR

toplanması üçün çəkdiyim əziyyətlər hədər getməyib. 1952-ci ildən bəri folklor 

toplamaqla məşğulam. İlk  növbədə aşıq yaradıcılığı ilə məşğul olmuşam. Aşıq 

yaradıcılığını,  onun  zənginliyini  öyrənmişəm,  tədqiq  etmişəm.  Folklor 

toplamağa  tez  başladım,  artıq  30  yaşlarıma  doğru  məşğul  olduğum  sahənin 

bütün  incəliklərinə  bələd  idim.  Kəlbəcərə,  Göyçəyə  səfər  etdim,  bu  türk 

məskənlərini qarış-qarış gəzib-dolaşdım. Gədəbəyə qayıtdım, oradan yol aldım 

Dağıstana,  Dəmirqapı  Dərbəndə...  Bunun  ardınca  yol  aldım  Orta  Asiyaya, 

buradakı  türk  ellərini  gəzdim-dolandım.  Qazaxıstanı  ayrıca  gəzdim,  qayıtdım 

yenə Dağıstana, Qabarda-bolqara, Qaraçaya...

Dövlətimizin,  xüsusilə  mərhum  ümummilli  liderimiz  Heydər  Əliyevin 

qayğısını  hər  zaman  öz  üzərimdə  hiss  etmişəm.  “91-lər”  Heydər  Əliyevə 

müraciət edən ərəfədə mən də mətbuatda Heydər Əliyevin hakimiyyətə gəlişini 

fərdi  olaraq  dəstəkləmişdim.  O  vaxt  respublika  mətbuatında  işıq  üzü  görən 

aşağıdakı kiçik şeiri şəxsən Heydər Əliyevin özü də oxumuşdu.

Millətin tacısan, adın Milləttac,

Bir nurlu günəşsən göz ona möhtac,

Torpağım yaralı, elim yaralı,

Heydərim, loğmanım səndədir əlac.

Ü mumiyyətlə  dövlətimiz  mənə alim kimi daim yüksək qiymət verib. Mən 

də  dövlətimə  və  millətimə  daim  sadiq  olmuşam.  Mərhum  ümummilli 

liderimizdən də, cənab İlham Əliyevdən də çox razıyam.



Folklorumuzun  ən  mahir  bilicilərindən  birisiniz.  Sizin  iş  prinsipiniz, 

rastlaşdığınız hadisələr alimliyə, ustadlığa aparan yollar barədə danışardınız.

SSRİ  vaxtı  30  illik  ömrüm  sərasər  yollarda,  səfərlərdə  keçib.  O  qədər 

xatirələrim var ki... İnsanları, müxtəlif bölgələrdə yaşayan türk xalqlarının adət-

ənənələrini,  mədəniyyətlərini  öyrəndim,  özüm  də  daxilən  zənginləşdim. 

Gördüklərimi  vərəqlərə,  lentə  köçürdüm,  imkanım  çatanları  çap  etdirdim, 

yüzlərlə  məqalə  yazdım.  Türkiyədə  də  çox  olmuşam,  tədqiqatlarımın  əsasında 

müqayisəli  şəkildə  məqalələr  də  yazmışam.  Bunları bircə-bircə  yığmışam, 

çoxcildlikdə  cəmləşdirmişəm.  Azərbaycanda  ilk  dəfə  əsatir  və  əfsanələri  mən 

toplamışam.  Mənə  qədər  bu  sahədə  toplu  kitablar  yox  idi.  Bu  barədə 

tədqiqatçılar mənə qədər  çox az yazmışdılar. Bütün  əfsanələri, əsatirləri xalqın 

sinəsindən  toplamışam,  minlərlə  kənd  gəzmişəm.  Azərbaycanın  bütün 

bölgələrində  olmuşam.  Aram-aram,  pillə-pillə  qalxmışam  bu  zirvəyə. 

Azərbaycan  folklorunun  tədqiqi  getdikcə  mənim  həyat  tərzimə  çevrilib.

Folklorumuz  o  qədər  zəngindir  ki,  bu  gündə  işimdən  yorulmuram.  Onlarla 

davamçım yetişib. Azərbaycanın  hər yerində  tələbələrim  var.  Bu işlə  məşğul 



Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə