2 m ü n d ə r I c a t gəNCƏ DÖVLƏt universiteti 70


SƏDNİK  PAŞA   PİRSULTANLI -80



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə16/20
tarix08.07.2018
ölçüsü3,02 Mb.
#53843
1   ...   12   13   14   15   16   17   18   19   20

44

SƏDNİK  PAŞA   PİRSULTANLI -80     

                                  TƏBRİKLƏR

“Saz nəfəsli şeirlərim” kitabı ilə tanışlıq.

Yurd, el-oba sevgisi  hər bir insanın qəlbində yaşamalı, onun isti-soyuğuna 

dözməli,  keçdiyi  həyat  yolunda  silinməz  izlər  qoyub  getməyi  bacarmalıdır. 

Mənə  belə  gəlir  ki,  Sədnik  müəllimdə  yuxarıda  dediyimiz  keyfiyyətlərin  bir 

çoxu yox, hamısı cəmlənmişdir. 

Vaxti ilə demişdim:



Qayaları dələrəm,

Cığırınla gələrəm,

Vətən deyib ölərəm,

Telli saz görünəndə. 

                                   (Qasım Qırxqızlı)

Həqiqətən də belədir. Saz elə bir çalğı alətidir ki, onun sehri-məhəbbətinin 

orbitindən  çıxmaq  çox  çətindir.  Respublikamız  müstəqillik  qazandıqdan  sonra 

bayağı  mahnılara  elə  aludə  olduq  ki,  əsil  xalq  musiqi  alətlərimiz,  tar,  saz, 

balaban,  qara  zurna  yaddan  çıxdı.  Həqiqətən  də  bizim  xalq  çalğı  alətlərimizin 

heç bir əvəzi yoxdur. Əfsuslar olsun ki, biganəliyimizin ucbatından bir çox milli 

dəyərlərimizi  itirə-itirə  gedirik.  Çox  şükürlər  olsun  ki,  Sədnik  müəllim  kimi 

“odqoruyanlarımız” vardır.  Çünki  onun  şeirləri  saz  nəfəsli,  təbii  boyalarla 

bəzədilmiş,  öz  xislətinə uyğun  xalq  dili  və  ruhunda  yazılmışdır.  Buna  görə  də 

qələmindən  çıxan  şeirlər  şirin  avazla oxunur  və  əbədi  olaraq  yaddaşlara  həkk 

olur. Çünki bu şeirlər  xalq poeziyasından cilalanıb və rişələnibdir. 

Sədnik  müəllimin  şeirlərində  qəlb  inamından,  insana,  gözəlliyə 

vurğunluqdan  irəli  gələn  bir  çox  məqamlar  vardır.  “Saz  nəfəsli  şeirlərim” 

kitabının  I  bölümü  “Könlümün  tərcümanı  saz”  ilə  başlayır.  “Bəri”  şeirində 

deyilir:

Söylə tarixini, a telli sazım,

Sən varsan, Harutdan, Marutdan bəri.

Sənin ilk səsini Musa eşitmiş,

Gəzmisən Dəclədən Fəratdan bəri. 

“Aşıq” şeirində aşığa, onun sənətinə yüksək qiymət verilir. 



Sazınla ucalır sözün şöhrəti,

Şair yazır, aşıq verir zinəti,

Qəlbində el ruhu, el məhəbbəti,

Hər sözü tarixdə yadigar aşıq. 

Həqiqətən də  belədir.  Sazla  deyilən  söz  Dədə  Qorquddan,  Aşıq  Abbas 

Tufarqanlıdan,  Xəstə Qasımdan,  Yunis  İmrədən,  Dədə Ələsgərdən,   Dədə 



45

SƏDNİK  PAŞA   PİRSULTANLI -80     

                                  TƏBRİKLƏR

Şəmşirdən  yadigar  qalaraq  insan  hisslərini  silkələməyi,  onun  qəlbində  tufan 

qoparmağı, tüğyan etməyi bacarır. 

“Bir  çiçək də  vətəndi”  deyən  şair  incə  hisslərə  qapılır,  bir  çiçəyi  vətənə 

bənzədir, onu oxşaya-oxşaya sevməyi tövsiyə edir. 

Sevmişəm könül vermişəm,

Zövq alıb, səfa sürmüşəm,

A Sədnik,  vəfa görmüşəm,

Sonasında bu dağların.

Sinəsi  çalın-çarpaz  olan  dağlar  Sədnik  müəllimin  də  sinəsini  hər  an 

yandırır,  onu  vəsf  etməkdən  yorulmur,  üzünü  soyuq  daşına,  otuna,  gülünə-

çiçəyinə sürtərək, uyumaq istəyir dağ qucağında. 



Can atır göylərə o məğrur başın,

Ağrıdır, Şahdağdır, çoxdur qardaşın.

Vətənə keşikçi sənin hər daşın,

Bu xalqın əyilməz bir oğlusan sən. 

Şair  böyük  ustalıqla  dağları,  onun    hər  daşının  vətənə  keşikçi  olmasını 

poetik dildə tərənnüm edir. 

Həyatda  təbiəti  sevən  insanlar  çoxdur.  Hər  təbiəti  sevəndən    şair  olmaz. 

Şair  olmaq  üçün  gərək  təbiətlə  təbiətin  dili ilə danışmağı  bacarasan,  onu 

sevəsən, oxşayasan, ruhun, qəlbin təbiətlə bağlı ola. Bu qəlb çırpıntıları Sədnik 

Pirsultanlının  şeirlərində    özünü  açıqcasına  biruzə  verir.  Dağları  Tanrının 

möcüzəsi, səddi adlandırır. 

“A dağlar” şeirindən:

A Sədnik, başından leysanlar töküb,

Qayalardan ona daş hasar çəkib,

Ç in səddini insan əlləri tikib,

Səninkidi Tanrı səddi, a dağlar.

Öz  sevgisini  çəməndə,  güldə,  çiçəkdə  tapan  şair  “Bənövşə”  şeirində  öz 

dərdini bənövşənin dərdi ilə eyniləşdirir, maraqlı təzad yaradır. 

Neynəyim ki, mən də yara dərdimi,

Sənin kimi tez açmışam,  bənövşə.

Sən nələr çəkmisən bütün el bilir,

Mən dərdimi az açmışam, bənövşə.



46

SƏDNİK  PAŞA   PİRSULTANLI -80     

                                  TƏBRİKLƏR

Dərdini  bənövşədən  tez açdığına  görə  ürəyində  gəzdirdiyi  dərdi  ona  əzab 

verir. 

Yuxarıda dediyimiz kimi həqiqətən Sədnik müəllim gözəllik aşiqidir. Onun 



bu aşiqliyə mənəvi haqqı çatır. 

“Dağlar gözəli” şeirini böyük həssaslıqla qələmə alaraq deyir:



Sədnik onu gördü sevdaya düşdü,

Yandı eşq oduna Kərəmi keçdi,

Yüz gözəl içindən tək onu seçdi,

Köksündə ürəkdi, dağlar gözəli. 

O,  bu  şeirində  öz  ülvü  sevgisini  Kərəmin  sevgisindən  də  yüksəkdə  tutur, 

onu ülvi, müqəddəs adlandırır. 

“Səfərlər” rubrikası altında verdiyi şeirlərində vətəni qarış-qarış gəzir, onun 

gözəlliyi, bakirəliyi qarşısında baş əyir, səcdə qılır. Dağıstanda olarkən yazdığı 

şeir ibrətamiz və tarixi baxımdan çox əhəmiyyətlidir. Dağıstanın itkin düşməsi, 

əlimizdən alınması onu yanım-yanım yandırır. 

“Gəlmişəm” şeirində yazır:



Bu dağlarda itkin düşüb qardaşı,

Abdaloğlu az tökməyib göz yaşı,

Vətənə sarı əyilib o başdaşı,

Qibləsinə döndərməyə gəlmişəm. 

Hörmətli  Sədnik  müəllim.  Sizi  başa  düşürük.  Qibləsindən  üz  döndərən 

məzar  daşını  elə  çevirməyiblər  ki,  sən  onu  düzəldəsən.  “Düzəlməz, nə  də 

düzələsi deyildir”. 

Aşıq qızlara yazdığı şeirlərdə də poetik tapıntılar çoxdur. Mikayıl Azaflının 

qızı Aşıq Gülarəyə yazdığı şeirdə Gülarənin avazının gəlməməsinə dözə bilmir, 

qəmini,  kədərini  dağa  söyləməyi, dağa  göndərməyi   tövsiyə  edir.  Bilir  ki,  dağ 

dərdini, ancaq dağ çəkə bilər:



Ay Gülarə, sazın niyə inləyir,

Hardan alıb bu kədəri, bu qəmi?

Hanı sənin şən avazın, ay zalım,

Dözəmmədim yaş götürdü didəmi,

Dağa söylə, dağa göndər bu  qəmi.

Buludun göz yaşlarına da  dözə bilmir şair  ürəyi. Buludla həmahəng olub,  

o, da göz yaşı tökmək istəyir. 



Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə