2 m ü n d ə r I c a t gəNCƏ DÖVLƏt universiteti 70


SƏDNİK  PAŞA   PİRSULTANLI -80                                      TƏBRİKLƏR



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə18/20
tarix08.07.2018
ölçüsü3,02 Mb.
#53843
1   ...   12   13   14   15   16   17   18   19   20

51

SƏDNİK  PAŞA   PİRSULTANLI -80                                      TƏBRİKLƏR

kitabına  redaktorluq  etməyindən  danışdı,  Sədnik  müəllimin  böyük  söz 

sənətkarına, fitrət və ilham sahibinə həsr etdiyi monoqrafiyanın  elmi, ədəbi 

ictimaiyyətimiz üçün kəsb etdiyi dəyəri iştirakçıların diqqətinə çatdırdı. 

Professor  Həsən  Mirzə,  şair  tədqiqatçı  Adil  Cəmil,  folklorşünas  Elxan 

Məmmədli,  Maşallah    Xudubəyli,  Aşıq  Şəmşirin  həyat  və  yaradıcılıq  yolu 

barədə  namizədlik  dissertasiyası  yazmış  araşdırmaçı  Səbinə  İsayeva  çıxış 

edərək  S.P.Pirsultanlının  bu  kitabını  yüksək  dəyərləndirdilər.  Mərasimdə 

iştirak edən aşıqlardan Aşıq Ulduz və Aşıq Firudin də həm Dədə Şəmşir, həm 

təqdimatı keçirilən kitab haqqında ürək sözlərini söylədilər. 

Aşıq  Şəmşirin  övladı  Qənbər  Şəmşiroğlu  və  nəvəsi  – Milli  Məclisin 

deputatı  Cavid  Qurbanov  ulu  ozan  haqqında  maraqlı  xatirələrini  danışıb 

Sədnik Paşa Pirsultanlıya, təqdimat mərasimini idarə edən Zəlimxan Yaquba, 

bu  tədbirin  keçirilməsinə  şərait  yaradan  Nizami  Cəfərova

dərin 

minnətdarlıqlarını  bildirdilər.  Sədnik  müəllim  də  öz  növbəsində  bu  tədbirin 



bütün iştirakçılarına təşəkkürünü bildirib 47 il müddətində dostluq əlaqələrini 

itirmədiyi  Aşıq  Şəmşir  ailəsinə  yeni  kitabı  ilə  azacıq  da  olsa  sevinc  bəxş 

etməyindən məmnun olduğunu vurğuladı. 

A.Savalan,

“Ədəbiyyat qəzeti” № 14, 

17 aprel 2009-cu il, səh 5

                                                      




52

SƏDNİK  PAŞA   PİRSULTANLI -80     

                                 TƏBRİKLƏR

AŞIQ ŞƏMŞİR SƏNƏTİNƏ EHTİRAM

Bu  günlərdə  Atatürk  Mərkəzində  

professor  Sədnik  Paşa  Pirsultanlının  “Aşıq 

Şəmşirin  poetik  aləminə  səyahət”  kitabının 

təqdimat  mərasimi  keçirildi.  Tədbirin 

aparıcısı  xalq şairi,  Azərbaycan  Aşıqlar 

Birliyinin  sədri  Zəlimxan  Yaqub  işti-

rakçıları salamladı.  Professor  S.P.Pirsul-

tanlının  aşıq  sənətinin  sirlərini  dərindən 

bilməsini  diqqət  önünə  gətirdi.  Bildirdi  ki, 

bu  dəfə  professor  oxucularını  ustad  aşıq-

larımızdan  biri  ilə  - Aşıq  Şəmşirin  zəngin 

poetik dünyası ilə yaxından tanış edir. Özü 

də  bu  kitabda  poetika  məsələləri  özünə 

geniş  yer  alıb  ki,  bu  da  kitabın  dəyərini 

daha da artırır, - deyən natiq düşüncələrinin 

axarını  Dədə  Şəmşir  yaradıcılığına  yönəl-

dərək onun zəngin mənəvi-ədəbi irsindən məhəbbətlə danışdı. 

Atatürk  Mərkəzinin  direktoru,  AMEA-nın  müxbir  üzvü,  millət  vəkili 

Nizami  Cəfərov  çıxışında  Sədnik  Paşa  yaradıcılığını  yüksək  qiymətləndirdi, 

kitabın elmi məziyyətləri barədə ətraflı məlumat verdi. 

Məclisə  təşrif  buyurmuş  elm,  söz-sənət  adamlarından    professor  Həsən 

Mirzəyev, şair  İlyas  Tapdıq, Türkiyənin  Qars  vilayətindən qonaq  gəlmiş sabiq 

millət vəkili Arslan Aydar, AMEA Folklor İnstitutunun əməkdaşlarından Elxan 

Məmmədli,  Maşallah  Xudubəyli,  Səbinə  İsayeva,  “Ədəbiyyat”  qəzetinin  şöbə 

müdiri  şair  Adil  Cəmil,  ADPU-nun  dosenti  Yaqub  Babayev,  aşıq  Ulduz,

kəlbəcərli  aşıq  Musa  və  başqalarının  çıxışlarında  saz-söz  sənətinə  olan  böyük 

sevginin və dərindən bələdliyin nəticəsində belə bir kitab araya-ərsəyə gəldiyini 

vurğuladı. 

Tədbirdə  Aşıq  Şəmşirin  oğlu  Qənbər  və  nəvəsi  Cavid  çıxış  edib  kitabın 

müəllifinə minnətdarlıqlarını bildirdilər.

Sonra  professor  Sədnik  Paşa  Pirsultanlı  tədbirdə  iştirak  edənlərə  səmimi 

minnətdarlığını çatdırdı. 

Şakir ƏLİFOĞLU,

AMEA-nın Folklor İnstitutunun əməkdaşı, 

“Qarabağa aparan yol” qəzeti, 

№ 07, 23 aprel 2009-cu il




53

SƏDNİK  PAŞA   PİRSULTANLI -80     

                                 TƏBRİKLƏR

SƏDNİK PAŞAYA HƏSR OLUNMUŞ

  

ŞEİRLƏR

                         Sədnik   Paşa   Pirsultanlı

Qopuzdan, sazdan sıyrılıb, 

Sədnik Paşa  Pirsultanlı.

Söz-söz   arınıb, durulub,

Sədnik Paşa  Pirsultanlı.

Sazdan süzülən sənələr,

boşalıb-dolan sinələr,

əsatirlər, əfsanələr –

Sədnik Paşa  Pirsultanlı.

Soraqlaşdı, suallaşdı,

Yunuslaşdı, Abdallaşdı.

Yerlə, göylə dualaşdı,

Sədnik Paşa  Pirsultanlı.

Yanardağ odu sönmədi,

yetmişində diksinmədi.

Səksənində səksənmədi,

Sədnik Paşa  Pirsultanlı.

Adı yüz illər aşası,

əfsanə yaşı yaşasın.

Folklorşünaslar Paşası,

Sədnik Paşa  Pirsultanlı.



     Məmməd   Alim

20 may 2009-cu il.

             Gəncə. 


54

SƏDNİK  PAŞA   PİRSULTANLI -80     

                                  TƏBRİKLƏR

80 ili yaşamağa hünər gərək

Sözlərində ildırımın çaxışı var,

Gözlərində Dədə Qorqud baxışı var,

80 ilin enişi var, yoxuşu var,

80 ili yaşamağa hünər gərək. 

Ürkütmədən ayna gölün sonasını,

Qoxuyasan ləpələrin xanasını,

Babaların sazlı-sözlü dünyasını,

Yaşayaraq yaşatmağa hünər gərək,

80 ili yaşamağa hünər gərək.

Sözlərinə cavab verə o dağ, bu  dağ,

Yadigarı ilmə-ilmə , qalaq-qalaq,

Ozan adlı bir ümmana baş vuraraq,

Yazıları yaşatmağa hünər gərək

80 ili yaşamağa hünər gərək. 

Y

ığış

m

ışı

q 80 ilin i

şığı

na,


Doxsanına, yüzünədir bu astana,

Sədnik Paşa yaşayıbdı, yana-yana 

Bu illəri yaşamağa hünər gərək,

80 ili yaşamağa hünər gərək. 

Sədnik müəllim, bu ad günün mübarək,

Böyük ustad 80 yaşın mübarək,

Fəridəyəm sözdən hördün bir çələng,

80 ili yaşamağa hünər gərək. 

80 ili yaşamağa hünər gərək. 

                    Fəridə Əbülfəz qızı

                               Şairə, jurnalist  



Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə