13
Cənnətin geniş yerini istiyirsə həmən cəmaata möhkəm sarılsın»
30
. Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
buyurdu: «Şübhəsiz ki, Allah mənim ümmətimi sapıqlıq
üzərində bir yerə cəm etməz. Allahın əli cəmaat üzərindədir. Kim ayrılarsa atəşə doğru
ayrılmış olar»
31
. Çünki burada Sünnət bidətin qarşısında, Cəmaat da təfriqənin,
ayrılığın qarşısındadır.
İbn Abbas - radıyallahu anhu
–
Allahın: «Bəzi üzlər ağ, bəzi üzlərin isə qara
olacağı gündə
…
.». (Ali İmran 106) ayəsini təfsir edərkən demişdi: «Əhli Sünnə vəl
Cəmaatın üzləri ağaracaq, bidət və təfriqə əhlinin üzləri isə qaralacaq»
32
. Numan b.
Bəşir
- radıyallahu anhu
–
rəvayət edir ki, Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
buyurdu: «…Və cəmaat rəhmətdir, ayrılıq isə əzabdır»
33
.
İslam ümmətini ilk nəslinin saf və səlim əqidəsi budur. Bu əqidənin qaynağı Kitab,
Sünnət, Sələf imamlarının sözləridir. Ümmətin ilk nəslinin qəlbləri bu əqidə ilə
dirilmişdir. Bu Sələfi Salih, Firqətul Nəciyə, Əhli Hədis, Əhli Sünnə vəl Cəmaat, Dörd
İmam və alimlərin bu günə qədər və Qiyamətə qədər onların yolunu təqib edənlərin
əqidəsidir. Sonradan gəlib onların sözlərini dəyişdirənlərin yolları sizi aldatmasın. İbn
Məsud - radıyallahu anhu
–
rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm
–
in ətrafında oturmuşduq. O, torpaq üzərində bir düz xətt çəkərək buyurdu: «Bu düz yol
Allahın haqq yoludur». Sonra bu düz yolun sağ və sol tərəflərindən yollar (xətlər)
çəkdi: «Bu isə digər yollardır. Bu yolların hər birinin başında o, yolu izləməyə dəvət
edən bir şeytən vardır. Bu yolu gələnlər üçün gözəlləşdirir» deyə buyurdu və bu ayəni
oxudu: «Bu şübhəsiz ki, mənim doğru yolumdur. Onu tutub gedin. Sizi Allahın
yolundan sapdıracaq yollara uymayın. Allah bunları sizə tövsiyə etdi ki, bəlkə pis
əməllərdən çəkinəsiz». (əl-Ənam 153)
34
. Peyğəmbər - sallallahu aleyhi və səlləm
–
buyurdu: «Uca Allah doğru və düz bir yolu misal çəkdi. Bu yolun hər iki tərəfində açıq
qapıları olan divar vardır. Qapıların üzərində endirilmiş pərdələr vardır. Yolun qapısı
üzərində bir dəvətçi səsləyərək: «Ey insanlar! Birlikdə doğru yolla gedin. Ayrılığa
düşməyin» deyir. Yolun üst tərəfində də bir dəvətçi bu açıq qapılardan içəri girmək
istəyən hər bir kəsi səsləyərək: «Vay sənin halına! O, qapını açma. Əgər onu açsan ora
girəcəksən» deyir. Bu doğru yol İslamdır. Ətrafda olan divarlar Allahın sərhədləridir.
Açıq qapılar isə Allahın haramlarıdır. Yolun başında olan dəvətçi Allahın kitabıdır.
Yolun üstündə olan dəvətçi isə hər bir müsəlmanın qəlbində olan nəsihətçidir»
35
.
ƏHLİ SÜNNƏ VƏL CƏMAATIN BƏZİ XÜSUSİYYƏTLƏRİ
1. Əhli Sünnə istər etiqad, istər əhkam, istər yaşayış baxımından ifrat və təfrit
arasında vasat və itidal üzərə olanlardır. O, halda bu ümmət digər ümmətlər arasında
vasat olduğu kimi onlar da bu ümmətin firqələri arasında vasat olanlardır. Ənəs -
radıyallahu anhu
–
rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm
–
buyurdu:
30
Tirmizi 2165, Həkim «Müstədrək» 1/114, İmam Əhməd «Musnəd», əl-Albani – İbn Əbu Asimin «əs-Sünnə» əsərində
səhih olduğunu qeyd edir.
31
əl-Albani «Səhih Sünnən Tirmizi».
32
İbn Kəsir «Təfsir» 1/390.
33
Əhməd «Musnəd» 4/278-375, əl-Albani həsən.
34
İmam Əhməd «Musnəd» 1/435,465, Nəsai 10/95 h. 11109, Darimi 1/60, əl-Albani «Ziləlul Cənnə» 1/5 H. 17. Sələfi
Salihin, Əhli Sünnə vəl Cəmaat haqqında geniş məlumata Nasir AbdulKərim əl-Əqlin «Məhfumu Əhli Sünnəti vəl
Cəmaat» adlı əsərinə baxa bilərsiniz.
35
İmam Əhməd «Musnəd» 4/182-185, 5/435, əl-Albani səhih.
14
«Asanlaşdırın, çətinləşdirməyin. Sevdirin, nifrət etdirməyin»
36
. Peyğəmbər - sallallahu
aleyhi və səlləm
–
buyurdu: «Çox şişirtməkdən çəkinin. Sizdən əvvəlkiləri çox
şişirtmək məhv etdi»
37
. Peyğəmbər - sallallahu aleyhi və səlləm
–
buyurdu: «İfrata
varanlar həlak oldular və bunu 3 dəfə təkrar etdi»
38
.
2. Dinin hökmlərini yalnız Kitab və Sünnətdən götürürlər. Bunlara üstünlük
verirlər. Nasslarına
39
təslim olub, bunlardan öyrənirlər. «Aralarında hökm vermək
üçün Allahın və Peyğəmbərinin yanına çağrıldıqları zaman möminlərin sözü ancaq
eşiydik və itaət etdik deməkdən ibarətdir. Nicat tapanlar da məhz onlardır». (ən-Nur
51).
3. Onların Peyğəmbər - sallallahu aleyhi və səlləm
–
dən başqa təzim etdikləri hər
hansı bir imamları yoxdur. Peyğəmbərin hallarını, sözlərini və əməllərini insanlar
arasında ən yaxşı bilənlər onlardır. Buna görə də insanlar arasında Sünnəni ən çox
sevən, ona tabe olmaq üçün ən çox səyy göstərən və bu sünnət əhlini də ən çox sevən
də onlardır.
4. Dinə görə düşmənçiliyi tərk edərlər, düşmənçilik etməkdən uzaq olarlar. Halal və
haram məsələsində mübahisəni bir kənara qoyarlar. «Yaxşılıq etməkdə və pis
əməllərdən çəkinməkdə əlbir olun. Günah iş görməkdə və düşmənçilik etməkdə bir-
birinizə kömək göstərməyin. Allahdan qorxun. Həqiqətən Allahın əzabı şiddətlidir».
(əl-Maidə 2).
5. Sələfi Salihi təzim edər, elmə ən uyğun və möhkəm olduqlarına inanırlar.
6. Təvili qəbul etməzlər, şəriətə təslim olarlar, bununla bərabər nəqli ağıldan üstün
tutarlar və ikincinin birinciyə boyun əyməsini söyləyərlər. Ağlı dəyərləri kiçiltməzlər.
Onlara görə ağıl təkmilin qaynağıdır. Ağıl şəriətin önünə keçməz. Əksi təqdirdə
insanların Peyğəmbərlərə ehtiyacları olmazdı. Ağıl şəriətin çərçivəsi içərisində
fəaliyyət göstərməlidir.
7. Haqq üzərə yeriyirlər. Allaha təvəkkül etməklə yanaşı səbəblərdən yapışırlar.
Dünya nemətlərini əldə edərkən dünyaya qarşı zahid olarlar. Qorxu və ümüd, sevgi və
nifrət duyğularını birlikdə daşıyırlar. Möminlərə qarşı mərhəmətli və yumşaq olmaqla
yanaşı, kafirlərə qarşı sərt və şiddətli olurlar. Zaman və məkanın dəyişməsi ilə birlikdə
dəyişilməyən haqqa hidayət edən və doğru yolu göstərən salehlərin öndərləridirlər.
8. Onlar İslam, Sünnə və Cəmaatdan başqa hər hansı bir isim almazlar.
9. Səhih əqidəni, doğru dini yaymağa, bunları insanlara öyrədib qəlbən onlara
nəsihət edən, onların işləri ilə maraqlanmağa əsas verirlər.
10. Cəmaata, qaynaşmağa çox səyy göstərirlər. Buna dəvət edər, insanları buna
təşviq edərlər. Ayrılığı, təfriqəçiliyi bir kənara buraxarlar, insanları bundan
çəkindirərlər. Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
buyurdu: «İnsanlarla
ünsiyyətdə olub onların zülmünə məruz qalan mömin, insanlarla ünsiyyətdə olmayıb
onların əzabına məruz qalmayan mömindən daha xeyirlidir»
40
. Peyğəmbər
–
sallallahu
aleyhi və səlləm
–
buyurdu: «İnsanlar arasında ən ağır bəlalara məruz qalan
Peyğəmbər-lərdir. Sonra onlara oxşamaq istəyənlər, sonra yenə də onlara oxşamaq
istəyənlər. İnsan dininə görə bəlaya məruz qalır. Əgər dini sağlamdırsa bəla da
36
Buxari.
37
Əhməd 1/215, Nəsai 5/268, 4063, İbn Məcə 3029, Həkim 1711, əl-Albani “Səhihul Cəmİ” 2680.
38
Müslim 2670, Əbu Davud 4608, Əhməd 1/386, Əbu Yəla 5004.
39
Nass - Quran və Sünnə (ayə və hədis) deməkdir.
40
Əhməd, Tirmizi, İbn Məcə.