17
idilər. Məs: Xristianlar İsa
–
əleyhissəlam - ın dövründə, Yəhudilər Musa
–
əleyhissəlam - ın dövründə müsəlman idilər. Lakin İslam, son Peyğəmbər Muhəmməd
- sallallahu aleyhi və səlləm - gəldikdən sonra Allah bütün bu dinləri nəsx
48
etmiş və
onlar Muhəmməd
- sallallahu aleyhi və səlləm - i inkar etdiklərinə görə artıq müsəlman
deyildilər. Çünki hər bir göndərilən Peyğəmbər öz qövmünü, tayfasını və ya öz
dövlətini qorxutmaq (Allahın əzabı ilə) və müjdələmək (Allahın Cənnəti ilə) üçün
göndərilmişdir. «Biz Peyğəmbərləri müjdə verən və əzabla qorxudan kimi göndərdik
ki, daha insanlar üçün Peyğəmbərlərdən sonra Allaha qarşı bir bəhanə yeri
qalmasın. Allah yenilməz qüvvət və hikmət sahibidir». (ən-Nisa 165).
Muhəmməd - sallallahu aleyhi və səlləm - isə bütün bəşəriyyətə göndərilmişdi. «Biz
səni aləmlərə rəhmət olaraq göndərdik». (əl-Ənbiya 107). Hədislərə gəlincə
Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurmuşdu: «İstər Yəhudi, istər Xristian
olsun mənim Peyğəmbərliyim haqqında eşidib və mənə iman etməzsə mütləq
Cəhənnəm atəşini dadar»
49
. Buna görə də Yəhudi və Xristianlardan qurtuluş istiyənlər
İslama girərək, İslam Peyğəmbəri Muhəmməd
- sallallahu aleyhi və səlləm
–
ə tabe
olmaq məcburiyyətindədirlər. Ancaq bu şəkildə, Allahın salat və salamı onların üzərinə
olsun Musa, İsa və Muhəmməd
–
əleyhimussəlam
–
a həqiqi şəkildə itaət etmiş olarlar.
Maraqlı burasıdır ki, bu dinin adı nə bir tayfa, nə bir insan, nə də bir dövlət adı ilə
bağlıdır. Necə ki, digər dinlərin adlarına nəzər salsaq, Xristianlıq İsa
–
əleyhissəlam -
ın adından, İudaizm İuda adlı tayfadan, Buddizm Quatama Budda adlı şəxsin adından,
həmçinin Konfusianizm Konfusianın adından, Marksizm Karl Marksın adından
götürülmüşdü. Yeganə İslam dinidir ki, bu sadaladıqlarımızdan heç birinə məxsus
deyildir. Çünkü bu adı ona Allah vermişdi. «Allah dərgahında din, əlbəttə ki,
İslamdır». (Ali-İmran 19).
İslam dinidir ki, Allahın dərgahında qəbul edilən və qəbul edənə fayda verəndir.
«Kim İslamdan başqa bir din ardınca gedərsə heç vaxt ondan qəbul olunmaz və o
şəxs axirətdə zərər çəkənlərdən olar». (Ali-İmran 85). «Necə ola bilər ki, onlar (kitab
əhli) Allahın dinindən başqa bir din axtarsınlar? Halbuki, göylərdə və yerdə
olanların hamısı istər-istəməz ona (Allaha) təslim olmuşlar və onun hüzuruna
qayıdacaqlar». (Ali-İmran 83). İbn Teymiyyə
–
rahmətullahi aleyhi
–
deyir ki:
«Rəsulların hamısı Allahın dini olan İslamı təbliğ etməklə əmr olunaraq
göndərilmişlər. İslam, Allahın nə ilk insanlardan, nə də onlardan sonra gələcək
olanlardan ondan başqa heç bir dini qəbul etməyəcəyi tək haqq dinidir. Rəsullardan
bizə gələn səməvi mutəvatir kitablarda xəbər verildiyinə görə Allah insanlardan hənif
din olan İslamdan başqa heç bir dini qəbul etməyəcəkdir. Allahın bütün insanlara
göndərdiyi, Rəsulların hamısına əmr etdiyi Tövhiddir. O, da Rəsulların, üzərində ittifaq
etdikləri İslam dinidir. Bu dinin əsli olan Tövhiddir, ədalətin ən ucasıdır. Əksi isə
zülmlərin ən böyüyü olan şirkdir. İbn Teymiyyə
–
rahmətullahi aleyhi
–
sözünə davam
edərək deyir: «Allahın dini olan İslam iki təməl üzərində qurulmuşdur. Heç bir şeyi
Allaha şərik qoşmayaraq Ona ibadət etmək, bunu da Alahın Rəsulunun diliylə bizə
bildirdiyi şəriət üzərə etmək. Bu da şəhadət kəliməsinin özüdür»
50
.
48
Nəsx – lüğətdə nəql etmək, axtarmaq deməkdir. İstilahi Mənası – şəri bir dəlilin hökmünü yaxud da ləfzini Kitab və
Sünnətdən bir dəlil ilə qaldırmaq deməkdir. Hökmü qaldırmaq. «Usuli Fiqh» Şeyx Useymin.
49
Müslim.
50
Fətva əl-Kubra 1/335, 348, əl-Ubudiyyə s. 34.
18
İslam dinidir ki, Allah onu Muhəmmədə və ümmətinə lütf etmişdir.
«Bu gün
dininizi tamamlayıb mükəmməl etdim, sizə olan nemətimi başa çatdırdım və bir din
kimi sizin üçün İslamı bəyənib seçdim». (əl-Maidə 3).
İslam dininin mərtəbələri, rukunları haqqında bizə (müsəlmanlara) məlumatı
Rəsulullah - sallallahu aleyhi və səlləm - ın sünnəsində varid olunmuş Cəbrail
–
əleyhissəlam - ın hədisi xəbər verir. Ömər
–
radıyallahu anhu - rəvayət edir ki, bir gün
Rəsulullah - sallallahu aleyhi və səlləm - in hüzurunda oturmuşduq. Bu vaxt paltarı
dümağ, saçları olduqca qara, üzərində səfər əlaməti görünməyən və aramızda heç
kimin tanımadığı bir nəfər icəri girib, Peyğəmbər - sallallahu aleyhi və səlləm
–
in
yanında oturdu. İki dizini onun dizlərinə söykəyib, əllərini dizlərinin üstünə qoyaraq
dedi: «Ey Muhəmməd, mənə İslam haqqında xəbər ver». Rəsulullah - sallallahu aleyhi
və səlləm - buyurdu: «İslam, Allahdan başqa ibadətə layiq haqq ilah olmadığına,
Muhəmmədin Allahın Rəsulu olduğuna şəhadət etmək, namaz qılmaq, zəkat vermək,
Ramazanda oruc tutmaq, Beyti imkan olduqda həcc etmək». (Adam): Doğru söylədin,
dedi. (Ömər) dedi: «Adama heyrət etdik. Həm ona sual verir, həm də onun
söylədiklərini təsdiq edirdi». (Yenə) soruşdu: «Mənə İman haqqında xəbər ver».
(Peyğəmbər) buyurdu: «(İman) Allaha, Mələklərinə, Kitablarına, Peyğəmbərlərinə,
Axirət gününə və xeyir və şərin Allahdan olmasına inanmaqdır». (Adam): «Doğru
söylədin» dedi. Bu dəfə «Mənə Ehsan haqqında xəbər ver». (Peyğəmbər) buyurdu:
«(Ehsan) Allahı onu görmüş kimi ibadət etməkdir. Lakin sən onu ğörməsən də, o, səni
görür». (Adam): «O halda mənə Qiyamət saatı haqqında xəbər ver». Rəsulullah:
«Soruşulan soruşandan cox bilmir». (Adam): «Onda mənə onun əlamətləri haqqında
xəbər ver». (Peyğəmbər) buyurdu: «Qul qadın öz ağasını doğması, ayaq yalın, çılpaq,
cobanların hündür bina tikməkdə bir-birləri ilə yarışmaları». (Ömər) dedi: Sonra o
adam durub getdi». Bir müddətdən sonra (Peyğəmbər) mənə buyurdu: «Ey Ömər, o
sual verənin kim olduğunu bilirsən?» Allah və Rəsulu daha gözəl bilir. (Peyğəmbər)
buyurdu: «O, Cəbrail
–
əleyhissəlam - idi. Sizə dininizi öyrətməyə gəlmişdi»
51
.
Həmçinin Əbu AbdurRəhman b. Ömər b. əl-Xəttab
–
radıyallahu anhu
–
rəvayət edir
ki, mən Rəsulullah
- sallallahu aleyhi və səlləm - in belə buyurduğunu eşitdim. «İslam
beş təməl üzərində bina edilmişdi. Allahdan başqa ibadətə layiq haqq ilahi olmadığına
və Muhəmmədin Allahın Rəsulu olduğuna şəhadət gətirmək, namaz qılmaq, zəkat
vermək, Beyti həcc etmək və Ramazan ayının orucunu tutmaq»
52
. Bu hədislərdən
göründüyü kimi İslam zahiri əməlləri əhatə edir. Şəhadət kəlməsini dil ilə söyləmək
dilin əməli, namaz, oruc, həcc bədənin, zəkat isə malın əməlidir. Buna görə də İslam
dini üç mərtəbədən ibarətdir.
1. İslam. 2. İman. 3. Ehsan.
Hər bir mərtəbənin də öz rukunları vardır.
İslam haqqında çox geniş danışmaq olar, lakin mən, hörmətli bacı və qardaşlarım,
ilk öncə özümə, sonra da sizə İslam dinini gözəl bir şəkildə öyrənməyinizi və bu
dindən möhkəm yapışmağınızı tövsiyə edirəm. Çünkü Rəsulullah - sallallahu aleyhi və
səlləm - bu dində olanların dünya və axirətlərinin xoşbəxt olması ilə bizi müjdələmişdi.
Əbu Hureyrə, İbn Ömər
–
radıyallahu anhum
–
dən gələn rəvayətdə Rəsulullah -
sallallahu aleyhi və səlləm - buyurur: «İslam qərib olaraq başladı, başladığı kimi yenə
51
Buxari, Müslim.
52
Buxari, Müslim.