2
RƏHİMLİ VƏ MƏRHƏMƏTLİ OLAN ALLAHIN ADI İLƏ
«Ey Rəbbimiz! Bizi doğru yola yönəltdikdən
sonra ürəklərimizə şəkk-şübhə (azğınlıq, əyrilik)
salma! Bizə Öz tərəfindən bir mərhəmət bəxş et,
çünki Sən, doğurdan da, bəxşiş verənsən!» (Ali İmran 8).
«Ey Rəbbimiz! Unutduqda və ya yanıldıqda bizi cəzalandırma!
Ey Rəbbimiz! Bizdən əvvəlkiləri yüklədiyin kimi, bizi ağır yükləmə!
Ey Rəbbimiz! Gücümüz çatmayan şeyi bizə yükləyib daşıtdırma!
Bizi əfv edib bağışla, bizə rəhm et! Sən bizim ixtiyar sahibimizsən.
Kafirlərə qələbə çalmaqda bizə kömək et!» (əl-Bəqərə 286).
Allahım! Bütün əməllərimin saleh əməl olmasını və bunları heç kimsə üçün
deyil, sadəcə sənin rizan üçün olmasını diləyirəm.
Allahım! Bu kitabı yazan üçün, tərcümə edən üçün, oxuyan üçün, dinləyən
üçün, yayan üçün və bu kitabın üzərində əziyyəti olan
hər bir kəs üçün xeyirli et! Amin!
4
ÖN SÖZ
Xutbətul-Hacə
Həmd ancaq Allahadır, Ona həmd edir, Ondan yardım və məğfirət diləyirik.
Nəfslərimizin şərindən və pis əməllərimizdən Allaha sığınırıq. Allah kimi hidayətə
yönəltmişsə, onu heç kəs azdıra bilməz, kimi də azdırmışsa, heç kəs onu hidayətə
yönəldə bilməz. Mən şəhadət edirəm ki, Allahdan başqa ilah yoxdur. O, təkdir, şəriki
də yoxdur və şəhadət edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
«Ey iman gətirənlər! Allahdan lazımınca qorxun. Yalnız müsəlman olduğunuz
halda ölün». (Ali-İmran 102).
«Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini
(Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən
qorxun. (Adı ilə) Bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan, həmçinin
qohumluq əlaqələrini kəsməkdən qorxun. Şübhəsiz ki, Allah sizin üzərinizdə
nəzarətçidir». (ən-Nisa 1).
«Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin! (Əgər belə etsəniz)
Allah əməllərinizi islah edər və günahlarınızı bağışlayar. Hər kəs Allaha və
Peyğəmbərinə itaət etsə, böyük bir səadətə (Cənnətə) nail olar». (əl-Əhzab 70-71)
1
.
Şübhəsiz ki, sözlərin ən doğrusu Allahın kəlamı, yolların ən xeyirlisi Muhəmməd -
sallallahu aleyhi və səlləm - in yoludur. Əməllərin ən pisi sonradan uydurulanlardır.
Sonradan uydurulub dinə salınan hər bir əməl (iş) bir bidətdir, hər bir bidət isə
zəlalətdir (sapıqlıqdır), hər bir zəlalət isə oddadır
2
.
«Ey Rəbbim! köksümü açıb genişlət, işimi yüngülləşdir, dilimdəki düyünü aç ki,
sözümü yaxşı anlasınlar». (Ta ha 25
–
28).
1
Xutbətul-Hacə - adı ilə məşhur olan bu duanı, cümə və s. xütbələrdə Peyğəmbər
- sallallahu aleyhi və səlləm -
oxumuşdu. Səhabələrinə də bunu əmr etmiş və özü də onları öyətmişdir. Hədisin ilk hissəini bizə: – Əhməd 1/392-
393,432, Əbu Davud 2188, Tirmizi 1105, Nəsəi 3/104-105, 6/69 və «Əməlul Yəum vəl Leyl» 488, İbn Məcə 1892,
Darimi 2202, Tayalisi «əl-Musnəd» 1557, AbdurRazzaq «əl-Musənnəf» 10449, Bəzzar «əl-Musnəd» - Kəşful Əstar
1/314, Əbu Yəla «əl-Musnəd» 5233-5234,5257, Tahavi «Şərhul Müşkilil Asar» 1-3, Təbərani «Məcmuul Kəbir»
10/10079-10080, Həkim «əl-Mustədrək» 2744, Beyhəqi «Sünnənul Kubra» 3/214-215, Bəğavi «Şərhus Sunnə» 2268
İbn Məsud - radıyallahu anhu – yolu ilə, Müslim «Şərhu Nəvəvi» 6/156-158, Əhməd 1/302,350, Nəsəi 6/89-90, İbn
Məcə 1893 və Tahavi «Şərhul Müşkilil Asar» 4 İbn Abbas - radıyallahu anhu – yolu ilə, Tahavi «Şərhul Müşkilil Asar»
5, Beyhəqi «Sünnənul Kubra» 3/215 Nubeyt b. Şərit - radıyallahu anhu – yolu ilə, Əbu Yəla «əl-Musnəd» 7221, Nəsəi
«Sünnənul Kubra» bax: «Tuhfetul Əşraf» 6/472 № 9148 əbu Musa əl-Əşari - radıyallahu anhu – yolu ilə.
2
Hədisin İkinci Hissəsini – Müslim «Şərhu Nəvəvi» 6/153-156, Əhməd 3/319,371, Nəsəi 3/188-189, Beyhəqi
«Sünnənul Kubra» 3/214 Cabir b. Abdullah
- radıyallahu anhu – yolu ilə. Bu ləfz Nəsainin ləfzidir. Hədisi Əhməd
3/371 və Müslim: «Sözlərin ən doğrusu» ləfzi yerinə: «Sözlərin ən xeyirlisi» ləfziylə rəvayət edilmişdir. İmam
Əhmədin digər rəvayətlərində isə 3/319: «Sözlərin ən gözəli» şəkilindədir. Müslim: «Sonradan uydurulub dinə salınan
hər bir əməl (iş) bidətdir» ləfzi yerinə: «Hər bir bidət bir zəlalətdir (sapıqlıqdır)» ləfziylə ravayət etmişdir. Hədisin
sonunda olan: «Hər bir zəlalət isə oddadır» ləfzini zikr etməmişdir. Bu beş səhabədən başqa hədsi: Aişə - radıyallahu
anhə –, Səhl b. Sad - radıyallahu anhu – mərfu olaraq. Mərfu Hədis -
Bu o, hədisdir ki, hansısa bir əməlin, sözün və ya
sifətin Peyğəmbər – sallallahu aleyhi vəs səlləm – ə çatması mərfu hədis adlanır. 1. əl-Mərfu əl-Qövli - Peyğəmbər –
sallallahu aleyhi vəs səlləm – in dediyi söz. 2.
əl-Mərfu əl-Feli - Peyğəmbər
– sallallahu aleyhi vəs səlləm – in etdiyi
əməl. 3. əl-Mərfu əl-Təqriru - Peyğəmbər – sallallahu aleyhi vəs səlləm – in görüb qadağan etmədiyi (hər hansısa bir
əməl, və ya söz). 4. əl-Mərfu əl-Vəsfiyu - Peyğəmbər – sallallahu aleyhi vəs səlləm – in ən gözəl əxlaqlı olması.
Tabiinlərdən isə İbn Şihab əz-Zuhri isə mursəl olaraq rəvayət etmişdir. Mursəl Hədis - Tabiin Peyğəmbər – sallallahu
aleyhi vəs səlləm – dən danışır. Lakin onlar arasındakı ravini qeyd etmir. Səhabədən də mursəl rəvayət olur. Bu o,
deməkdir ki, səhabə Peyğəmbər – sallallahu aleyhi vəs səlləm – in sözünü eşitmədən, əməlini görmədən danışır. Bu da
onun o, vaxt uşaq olması və ya İslamı sonra qəbul etməsi ilə izah olunur. Bunlar da qəbul edilə bilər. Hədis səhihdir.
Muhəddis Muhəmməd Nəsrəddin əl-Albani – rahmətullahi aleyhi – hədisin bütün rəvayətlərini bir yerə toplayaraq
«Xutbətul Həcə» isimli bir kitab yazmışdır. İstəyənlər bu kitaba baxa bilərlər. Ayrıca bax: əl-Albani «Muxtəsər Səhih
Müslim» 409, «Mişkətul Məsabih» 3149,5860.