11
Allah, ona itaət ilə Rəsuluna itaəti bir yerdə qeyd edərək buyurur:
«Allaha və
Peyğəmbərə itaət edənlər (axirətdə) Allahın nemətlər verdiyi Nəbilər (Peyğəmbərlər)
siddiqlər (təmamilə doğru danışanlar, etiqadı dürüst, Peyğəmbəri hamıdan əvvəl
təsdiq edən şəxslər), şəhidlər və salehlərlə (yaxşı əməl sahibləriylə) bir yerdə
olacaqlar. Onlar isə necə də gözəl yoldaşlardır». (ən-Nisa 69).
Allah, Rəsuluna itaəti ona itaət olaraq adlandırmış və buyurmuşdu: «Peyğəmbərə
itaət edən şəxs, şübhəsiz ki, Allaha itaət etmiş olur. Kim üz döndərsə, biz ki, səni
onların üzərində gözətçi olmağa göndər-məmişik».(ən-Nisa 80).
Allah, Rəsuluna itaət etməməyi əməllərin boşa çıxartmaq olduğunu qeyd edərək
buyurur: «Ey iman gətirənlər! Allaha itaət edin, Rəsuluna itaət edin və əməllərinizi
boşa çıxartmayın». (Muhəmməd 33).
Allah bizlərə Rəsulunun əmrlərinə mıxalif olmamağımızı qadağan edərək buyurur:
«Hər kəs Allaha və Peyğəmbərinə itaət etməyib onun sərhədlərini aşarsa, Allah da
onu həmişəlik Cəhənnəmə daxil edər. Onu rüsvayedici əzab gözləyir». (ən-Nisa 14).
Allah bizlərə Peyğəmbərinin bizə əmr etdiklərini yerinə yetirməyimizi və qadağan
etdiklərindən çəkinməyimizi əmr edərək buyurur: «Peyğəmbər sizə nə verirsə onu
götürün, nəyi qadağan edirsə, ondan əl çəkin. Allahdan qorxun. Həqiqətən, Allahın
cəzası çox şiddətlidir». (əl-Həşr 7).
Allah bizlərə Peyğəmbər - sallallahu aleyhi və səlləm
–
i həyatımızın bütün
xüsuslarında hakim təyin etməyimizi əmr edərək buyurur: «Amma xeyr! Sənin
Allahına and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim təyin
etməyincə və verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan sənə tam bir
itaətlə boyun əyməyincə iman gətirmiş olmazlar». (ən-Nisa 65).
Allah ona olan sevgini Rəsuluna itaət ilə bağlayaraq buyurur: De ki: «Əgər Allahı
sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın.
Allah bağışlayan və mərhəmətlidir». (Ali İmran 31).
Buna görə də Peyğəmbər, Səhabə və Tabiinlərə uymaq daha doğru, nəticə etibarı ilə
daha xeyirlidir. Peyğəmbər - sallallahu aleyhi və səlləm
–
buyurur: «İnsanların ən
xeyirliləri mənim əsrimdəkilərdir. Sonra onların ardınca gələnlər, sonra yenə onların
ardınca gələnlər»
24
.
Peyğəmbər
- sallallahu aleyhi və səlləm
–
dən sonra sələfin ən xeyirlisi sidq və ixlas
üzərə dini Rəsulullah - sallallahu aleyhi və səlləm
–
dən öyrənən Səhabəi Kiramdır.
«Möminlər arasında elələri də vardır ki, Allahla etdikləri əhdə sadiq olarlar.
Onlardan kimisi (bu yolda) şəhid olmuş, kimisi də (şəhid olmasını) gözləyir. Onlar
(verdikləri sözü) əsla dəyişməzlər». (əl-Əhzab 23). «(İslamı) ilk əvvəl qəbul edib
(başqalarını bu işdə) qabaqlayan mühacirlərə və ənsara, həmçinin yaxşı işlər
görməkdə onların ardınca gedən kimsələrə gəldikdə, Allah onlardan, onlar da
Allahdan razıdırlar. Allah onlar üçün əbədi qalacaqlar, altından çaylar axan
Cənnətlər hazırlamışdır. Bu ən böyük qurtuluş və uğurdur». (ət-Tövbə 100).
Sələf yolu müsəlmanı bir başa olaraq Allah və Rəsulu - sallallahu aleyhi və səlləm
–
ə və onların sevgisinə bağlayır. Çünki Sələfi etiqadının qaynağı havadan və insan
ağlının qüsurlarından uzaq olaraq, Allah və Rəsulu - sallallahu aleyhi və səlləm
–
in
buyurduqlarına dayanır. Bu əqidə olduqca gözəl, başa düşülən və aydın bir əqidədir.
Sələf etiqadını mənimsəyən kimsə şəkk-şübhələrdən və şeytanın vəsvəsələrindən uzaq-
24
Buxari, Müslim.
12
dır. Çünki bu əqidəyə inanan hər bir insan bu ümmətin Peyğəmbərinin, Səhabəi-
Kiramın göstərdiyi yol üzərində yürüyür.
Sünnə
–
lüğətdə – Sünnə, Yəsinnu, Yəsunnu deməkdir. Sünnəyə əməl etmək,
sünnəyə riayət etmək mənasında işlədilir. Sünnə olunmuş əmələ «
Məsnun» deyilir.
Sənnəl Əmra
–
bir işi açıqladı deməkdir. Başqa bir mənası: Sünnə izlənilən yol, həyat
tərzi (sira) və s. deməkdir
25
. Allah Qurani Kərimdə buyurur: «Allahın evlərinizdə
oxunan ayələrini və hikməti (Sünnəni) xatırlayın
…
» (əl-Əhzab 34). «
…
Sənin
ayələrini onlara oxusun Kitabı və hikməti onlara öyrətsin
…
» (əl-Bəqərə 129).
«
…
Çünki Allah sənə Quranı və hikməti nazil edərək bilmədiklərini öyrətdi» (ən-Nisa
113). «
…
Onlara Kitabı və hikməti öyrədər» (əl-Cumuə 2). Muaz b. Cəbəl -
radıyallahu anhu
–
rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm
–
onu
Yəmənə göndərərkən belə buyurmuşdu: «Sənə bir məsələ haqqında hökm verməyini
istəyənlərə necə hökm verəcəksən?» Muaz: «Allahın Kitabı ilə hökm verəcəyəm» dedi.
Peyğəmbər: «Əgər Allahın Kitabı olmasa?» Muaz: «Onda Allahın Elçisinin sünnəsi ilə
(hökm verəcəyəm)»
26
.
İstilahi Mənası - Rəsulullah
- sallallahu aleyhi və səlləm
–
in və səhabələrin elm,
etiqad, söz, davranış və təqrir (edilən, lakin qadağan olunmayan) xüsuslarda izlədikləri
yol deməkdir. Sünnənin ziddi bidətdir.
Cəmaat
–
bir şeyin parçalarını bir-birinə yaxınlaşdırdım, cəm etdim demək olan
Cəm sözündən alınmışdır. Mən onu cəm etdim və s. Cəmaat ictimadan törənmişdir.
Ayrılıb dağılmağın və ayrılmağın ziddidir. Cəmaat çoxlu sayda insan və eyni məqsəd
ətrafında birləşən insanlar topluluğu deməkdir
27
. Cəmaata bu adın verilməsinin səbəbi
cəmaatın ictima kəlməsi ilə eyni mənaya malik olmasıdır. Ziddi təfriqədir. Cəmaat
kəlməsi hər nə qədər bir yerə yığılan topluluğun adı olsa da, qeyd etdiyimiz mənaya
gəlir
28
. Qatadə
–
rahmətullahi aleyhi
–
deyir ki: «Onlar Allahın rəhmətinin əhlidirlər.
Ölkələri, bədənləri ayrı olsa da, cəmaat əhlidirlər. Allaha üsyan edənlər isə ölkələri və
bədənləri bir yerdə olsa da ixtilaf və ayrılıq əhlidirlər»
29
.
İstilahi Mənası
–
müsəlmanların cəmaatı olub, bunlar da səhabələr, tabiin və
Qiyamət gününə qədər onlara gözəl bir şəkildə uyan, Kitab və Sünnə ətrafında
toplanmış, Rəsulullah - sallallahu aleyhi və səlləm
–
in həm zahirən və həm də batinən
getdiyi bu yolu izləyən bu ümmətin sələfi deməkdir. Allah mömin qullarına cəmaat
olmaqlarını, bir-biri ilə qaynayıb yardımlaşmalarını əmr etmiş, onlara təfriqəni, ayrılığı
və bir-birlərini didmələrini qadağan etmişdi. «Hamınız bir yerdə Allahın ipindən
möhkəm yapışın, bir-birinizdən ayrılmayın! Allahın sizə verdiyi neməti xatırlayın ki,
siz bir-birinizə düşmən ikən o sizin qəlblərinizi birləşdirdi və onun neməti sayəsində
bir-birinizə qardaş oldunuz. Siz oddan ibarət olan bir uçurumun kənarında ikən o
sizi oradan xilas etdi. Allah öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, bəlkə
haqq yola yönəlmiş olasınız». (Ali İmran 103). «Açıq-aydın dəlillər gəldikdən sonra,
bir-birindən ayrılan və ixtilaf törədən şəxslər kimi olmayın! Onlar böyük bir əzaba
düçar olacaqlar». (Ali İmran 105). Ömər
- radıyallahu anhu
–
rəvayət edir ki,
Peyğəmbər
- sallallahu aleyhi və səlləm
–
buyurdu: «Cəmaata möhkəm bağlanın.
Ayrılıqdan çəkinin, çünki şeytan tək qalanla birlikdədir. O, iki nəfərdən uzaqdır. Kim
25
«Lisanul Ərab» 13/225.
26
Darimi «Sünən» səh 57.
27
«Mucəmul Vəsit» 1/136.
28
«Məcmuə Fətava» 3/157.
29
Muxtəsər İbn Kəsir 2/236.