5
Möhtərəm müsəlman bacı və qardaşlarım! İlk öncə hamınızı Allahın salamı ilə
salamlayıram. Allahın kitabına və Rəsulullah
- sallallahu aleyhi və səlləm
–
in yoluna
uyaraq bu risaləni «
Bismilləh» ilə başlayıram. Çünkü Allah Rəsulu
- sallallahu aleyhi
və səlləm - də öz məktublarını «
Bismilləh» ilə başlamış və buyurmuşdu: «Hər mühüm
bir işə «Bismilləh» ilə başlanılmazsa, o işin sonu kəsikdir»
3
.
Allah - subhənəhu və təalə
–
nin bu ümmət üzərindəki nemətlərindən biri də heç
şübhəsiz ki, bu ümmətin dinini kamil etməsi, bu ümmət üzərindəki nemətini
tamamlaması və ona İslamı din olaraq seçmiş olmasıdır. Allah, Muhəmməd -
sallallahu aleyhi və səlləm
–
i aləmlərə rəhmət, əməl edənlərə öndər, qullarına hüccət
olaraq hidayət və haqq dini ilə göndərdi. O,
- sallallahu aleyhi və səlləm - ona verilən
əmanəti yerinə yetirdi, risalətini təbliğ etdi, ümmətinə öyüd verdi, dinin əsaslarından
tutmuş hər bir şeyi incəliyinə kimi bizə xəbər verdi. Açıqlamadığı bir şey, ümmətini
sövq etmədiyi bir xeyr və onları çəkindirmədiyi bir pislik buraxmadı. Səhabələr onun
aydınlıq yolu üzərində yürüdükləri kimi, onların yollarına uyan kimsələr də bu yolda
yürüməyə başladılar. Bu ümməti gecəsi gündüzü kimi aydın olan bir yolun üzərində
buraxmamış canını təslim etmədi. Rəsulullah - sallallahu aleyhi və səlləm
–
buyurdu:
«Sizə gecəsi gündüzü kimi tər-təmiz bir yol qoyuram. Bundan sonra kimsə yoldan
azmaz. Azanlar isə həlak olurlar»
4
. Belə ki, bu yoldan həlak olandan başqası azmaz.
Bu rəhmət Peyğəmbəri, bu ümməti Cənnətə yaxınlaşdıracaq və Cəhənnəm atəşindən
uzaqlaşdıracaq xeyir naminə hər nə varsa mütləq onu göstərmiş, nə qədər pislik varsa
bu ümməti o, pislikdən çəkindirmişdir. Allah bizlərə anlaşılmazlığa düşdüyümüz
məsələlərdə bu anlaşılmazlığı Allah və Rəsuluna buraxmağımızı tövsiyə edərək: «Əgər
bir iş barəsində mübahisə etsəniz, Allaha və Qiyamət gününə inanırsınızsa, onu
Allaha və Peyğəmbərinə həvalə edin! Bu daha xeyirli və nəticə etibarı ilə daha
yaxşıdır». (ən-Nisa 59).
Lakin bütün bunlara baxmayaraq günümüzdəki İslam ümməti, müsəlmanların
ayrılığa düşməsi, firqə-firqə bölünməsi bu kitabın toplanmasına səbəb oldu. Bu cəmaat
və firqələrin hər biri öz əqidəsinə və yollarına çağırmaqla insanları çaşqınlığa salmış,
artıq insanların kimin ardınca gedəcək, kimin dediklərinə inanacaq çaşqınlığında
qalmışlar. Gecə qaranlıqları kimi bidətlər ortaya çıxmağa başladı. Bu bidətlər,
uydurmalar İslamı və müsəlmanları dağıtmağa və onların firqələrə və məzhəblərə
bölünməsinə gətirib çıxartdı. Müsəlmanlar da cahilcəsinə bu bidətlərə doğru yürüməyə
başladılar. İnanclarını bu çürümüş şeylər üzərində qurmağa başladılar. Əksinə
Rəbbimiz isə bizə bir olmağımızı, heç bir firqə və məzhəblərə bölünməməyimizi,
müsəlman olmağımızı əmr edir. «Hamınız bir yerdə Allahın ipindən möhkəm yapışın,
bir-birinizdən ayrılmayın! Allahın sizə verdiyi neməti xatırlayın ki, siz bir-birinizə
düşmən ikən o sizin qəlblərinizi birləşdirdi və onun neməti sayəsində bir-birinizə
qardaş oldunuz. Siz oddan ibarət olan bir uçurumun kənarında ikən o sizi oradan
xilas etdi. Allah öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, bəlkə haqq yola
yönəlmiş olasınız». (Ali İmran 103). «Açıq-aydın dəlillər gəldikdən sonra, bir-
birindən ayrılan və ixtilaf törədən şəxslər kimi olmayın! Onlar böyük bir əzaba
düçar olacaqlar». (Ali İmran 105). Onlar Rəblərinin kitabı və Nəbilərinin sünnətindən
uzaqlaşdıqları üçün öz ağıllarına və nəfsi istəklərinə uydular. Sıratal Mustəqimdən
ayrıldıqca yalanlamağa başladılar. Allah və Rəsulunun hökmünün önünə keçdilər.
3
Əbu Davud.
4
İmam Əhməd «Musnəd».
6
Beləcə də nəsildən-nəsilə zəlalətə düşdülər. İxtilaf edib firqələrə bölündülər. İbn
Teymiyyə
–
rahmətullahi aleyhi
–
deyir ki: «Kim nübuvət cizgisindən ayrılarsa şirkə
və digər günahlar içərisinə düşər. İnsanların inanclarında şirk yox idi. Adəm
–
əleyhissəlam – və uşaqları Allahı tövhid etmək inancı üzərə idilər. İnsanlar tək bir
ümmət idilər sonra ixtilafa düşdülər. «İnsanlar (əvvəlcə) ancaq tək bir ümmət idilər
(eyni bir dində idilər). Sonra (aralarında ixtilaf düşdüyü üçün) ayrıldılar». (Yunus
19)». «İnsanlar tək bir ümmət idilər». (əl-Bəqərə 213). İbn Abbas
–
radıyallahu anhu
–
deyir ki: «Adəm ilə Nuh
–
əleyhimussəlam – arasında altı əsr (Başqa rəvayətdə: on
əsr) vardır. Bu dövürdə yaşayan insanların hamısı da Allahın şəriəti üzərə idilər.
Onların hamısı İslam dini üzərə idilər. Daha sonra ixtilafa düşdülər. Rəsulların
şəriətlərinə uymağı tərk etdikləri üçün şirkə düşdülər. Allah da müjdələyən və qoxudan
Rəsullar göndərdi. Göndərilən ilk Rəsul isə Nuh
–
əleyhissəlam – idi»
5
.
Rəsuldan sonra, onun səhabələri bu dini ən gözəl bir biçimdə öyrəndilər. Rəblərinin
onlara yükləmiş olduğu əmanəti ən xeyirli bir şəkildə əldə etdilər. «Biz əmanəti
göylərə, yerə və dağlara təklif etdik. Onlar onu götürməkdən qorxub çəkindilər. Çox
zalim və çox cahil insan isə onu götürdü». (əl-Əhzab 72). Bunu da özlərindən sonra
gələnlərə əskiksiz olaraq daşıdılar. Tabiinlər də eyni minval üzərə bu əmanəti
özlərindən sonra gələn sünnət əhli olanlara ötürdülər. Onlar da səhabələr yolu ilə
onlara gələn bu əmanəti pozmadan, ağıl və istəklərinə uymadan, bidətlərə yol
vermədən haqqıyla qoruyub, Nəbiləri - sallallahu aleyhi və səlləm
–
in sünnətinə və
əsərlərinə sahib çıxaraq ona sımsıxı sarıldılar və özlərindən sonra gələn cəmaata
öyrətdilər.
Allaha şükürlər olsun! Bu ümmətdə xeyir olub və bu xeyir əsla tükənməyəcəkdir.
Qiyamətin qopacağı vaxta qədər bu ümmətin hidayət və haqqa sarılan, azı dişləri ilə
ondan yapışan bir qism cəmaat olacaqdır. Onlar Allahın izni ilə bu dinə sahib çıxaraq
onu qoruyacaqlarına əhd etmişlər. «Möminlər içərisində elələri də vardır ki, Allahla
etdikləri əhdə sadiq olarlar». (əl-Əhzab 23). Səvban
–
radıyallahu anhu
–
dən gələn
rəvayətdə Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurur: «Ümmətimdən bir qrup
insanlar olacaq ki, Qiyamətin qopacağı vaxta qədər haqq üzrə gedəcəklər. Heç nə və
heç kim onlara zərər vura bilməyəcək. Allahın əmri gəlincəyə qədər»
6
. İmran b.
Hüseyn -
radıyallahu anhu
–
rəvayət edir ki, Rəsulullah
–
sallallahu aleyhi və səlləm
–
buyurdu: «Ümmətimdən Qiyamət saatı gəlincəyə qədər haqq üzərə savaşacaq olan
kimsələr olacaqdır. Onlarla döyüşənlərə qarşı müzəffərdilər (yenilməz). Onların
sonuncuları Məsih Dəccəllə qarşı döyüşən (cəmaatdır)»
7
. Bu cəmaat Firqətun Nəciyə –
qurtuluşa çatan firqə, Əhli Sünnə vəl Cəmaat, Sələfi-Salihin, Əhli Hədis və s. deyə
adlandırılmışdır. Onlar isə Peyğəmbər - sallallahu aleyhi və səlləm
–
in və əshabələrin
izləmiş olduğu yolu davam etdirən kimsələrdir. Əbu Nəcih əl-İrbad b. Səriyə -
radıyallahu anhu
–
rəvayət edir ki, Rəsulullah
–
sallallahu aleyhi və səlləm
–
bizimlə
elə bir tərzdə danışdı ki, qəlblərimiz titrədi, gözlərimiz yaşla doldu. Biz dedik: «Ey
Allahın Rəsulu, bu vidalaşan bir kişinin öyüdünə oxşayır, bizə vəsiyyət et». Rəsulullah
–
sallallahu aleyhi və səlləm
–
buyurdu: «Mən sizə Uca və Böyük olan Allahdan haqq
təqvası ilə qorxmağınızı, başınıza Həbəşı bir kölə əmir olaraq təyin edilərsə, onu
dinləyib itaət etməyinizi tövsiyə edirəm. Şübhəsiz ki, aranızdan (uzun bir ömür)
5
İbn Kəsir 1/250, Məcmuul Fətava 20/106.
6
Buxari, Müslim.
7
Əbu Davud “Cihad” 4, 2484, İmam Əhməd.