7
yaşayacaq olanlar bir çox ayrılıqlar görəcəklər. Mən sizə mənim sünnətimə və
hidayətdə olan Rəşidi xəlifələrin sünnəsinə sarılmağınızı tövsiyə edirəm. Ona möhkəm
sarılın, arxa dişlərınızlə ondan yapışın. Sonradan uydurulan işlərdən uzaq durun.
Çünkü sonradan uydurulan hər bir şey bir bidət, hər bir bidət isə zəlalətdir»
8
. Əbu Amr
Abdullah b. Luhey deyir ki, Muaviyə b. Əbu Sufyan ilə birlikdə həcc etdik. Məkkədə
zöhr namazından sonra ayağa qalxıb dedi: «Allah Rəsulu
–
sallallahu aleyhi və səlləm
–
buyurdu: «Mənim ümmətim yetmiş üç firqəyə bölünəcəkdir. Biri xaric hamısı
Cəhənnəmdədir. O, da cəmaatdır. Mənim ümmətimdən elə bir topluluq çıxacaq ki, ağıl
və istəkləri onları itlərin sahiblərini təqib etdikləri kimi təqib edib onlarla bərabər
olacaqdır. Ey ərəb topluluğu! Vallahi, əgər siz Peyğəmbərnizdən gələnə sahib
çıxmasanız, ona sizdən daha yaxşı sahib çıxacaq kimsələr olacaqdır»
9
.
Allah bu ümməti firqələr arasında
Vasat
–
həmçinin də bu ümmət əvvəlki ümmətlər
arasında da
Vasat
–
olandır. «Beləliklə də, sizi Vasat bir ümmət etdik ki, insanların
əməllərinə şahid olasınız». (əl-Bəqərə 143). Vasat
–
ədalətli, xeyirli kimsələr
mənasındadır. Əbu Səid əl-Xudri
- radıyallahu anhu
–
rəvayət edir ki, Rəsulullah
–
sallallahu aleyhi və səlləm
–
buyurdu: «Qiyamət günü Nuh çağırılacaq. O, buyur, ya
Rəbbim, əmrinə hazıram» deyəcək. Allah ona: «Təbliğ etdinmi?» deyə soruşacaq. O,
da: «Bəli, ya Rəbbim!» deyəcək. Allah bu dəfə onun ümmətinə buyuracaq: «Sizə təbliğ
etdimi?» Onlar: «Bizə heç kim təbliğ etmədi» deyəcəklər. Bu dəfə Allah ona: «Sənin
lehinə kim şahidlik edə bilər?» deyə soruşacaq. O, da: «Muhəmməd və onun ümməti»
deyəcək. Onun təbliğ etdiyinə şahidlik edəcəklər. Rəsulullah da ona qarşı şahid olacaq.
Allah buyuracaq: «Beləcə sizi vasat bir ümmət etdik ki, insanlara qarşı şahid
olasınız»
10
.
O, halda bu ümmət zərər verən, sapmış ümmətlər ilə həlaka aparan qüsurlu yollara
meyl etmiş firqələr arasında vasat bir ümmətdir. Onlar Sıratal-Mustəqimdən sapmış
ümmətin bidətçi firqələri arasında orta yolu tutmuş vasat olanlardır. Auf b. Məlik -
radıyallahu anhu
–
rəvayət edir ki, Rəsulullah
–
sallallahu aleyhi və səlləm
–
buyurdu:
«Yəhudilər yetmiş bir firqəyə bölünəcəklər, onlardan yalnız biri Cənnətə qalanları isə
Cəhənnəmə düşəcəkdir. Xristianlar yetmiş iki firqəyə bölünəcəklər, onlardan yalnız
biri Cənnətə qalanları isə Cəhənnəmə düşəcəkdir. Qəlbim əlində olan Allaha and olsun
ki, mənim ümmətim yetmiş üç firqəyə bölünəcəkdir, onlardan yalnız biri - Cənnətə,
qalanları isə Cəhənnəmə düşəcəkdir»
11
. İbn Ömər - radıyallahu anhu
–
nun
rəvayətində isə səhabələr Cənnətə düşən firqə haqqında soruşdular. Rəsulullah
–
sallallahu aleyhi və səlləm
–
buyurdu: «Onlar mənim və səhabələrimin yolu ilə
gedənlərdir»
12
. Başqa rəvayətdə: Rəsulullah
–
sallallahu aleyhi və səlləm
–
buyurdu:
«O, da cəmaatdır»
13
. Abdullah b. Amr b. əl-As - radıyallahu anhu
–
rəvayət edir ki,
Rəsulullah
–
sallallahu aleyhi və səlləm
–
buyurdu: «Ümmətimin başına İsrail
oğullarının başına gələnlərin bənzəri gələcəkdir. Hətta onlardan biri anası ilə zina etmiş
olarsa ümmətimin içindən də bunu edən birisi tapılar. İsrail oğulları yetmiş iki firqəyə
ayrıldılar. Mənim ümmətim isə yetmiş üç firqəyə ayrılacaqdır. Biri xaric olmaqla
qalanları cəhnnəmdədir». Səhabələr: «Ey Allahın Rəsulu! Cənnətə düşən firqə
8
Əbu Davud 4607, Tirmizi 2676.
9
Həkim, əl-Albani səhih.
10
Buxari 4487, İbn Həcər «Fəthul Bəri» 8/172.
11
İbn Məcə 2/479.
12
Əbu Davud 2/503, Tirmizi 3/367, əl-Albani «Səhih Hədislər Silsiləsi» 1348.
13
İmam Əhməd «Musnəd» 4/102, əl-Albani «Ziləlul Cənnə».
8
hansıdır» deyə soruşdular. Peyğəmbər: «Onlar mənim və səhabələrimin yolu ilə
gedənlərdir»
14
.
Bütün bu hədislər bizlərə Cəhənnəm atəşindən qurtulmuş toplumun orta yolu
mənimsəmiş Əhli Sünnə Vəl Cəmaat olduğunu açıqca göstərməkdədir. Çünkü onlar
bütün ixtilaflarda orta yolu tutmuş, Kitab və Sünnətin bildirdiyi iman əsaslarından
başqa hər hansı bir inanca yönəlməmiş, insan üçün lazımlı hər şeyin bu iki qaynaqda
bəyan edildiyinə inanmışlar. Sünnəti bəyan etmək, əsaslarını gücləndirmək və bidətləri
yıxmaq üçün bir çox əsərlər də yazmışlar.
Buna görə də hörmətli müsəlman bacı və qardaşlarım hər biriniz bu müxaliflərə
qarşı mübarizə aparmalısınız. Çünki bu İslam və müsəlmanların düşmənlərinin fikirləri
birdir. Allahın nurunu söndürmək, yəni İslamı məhv etməkdir. Lakin bu əsla belə
deyildir. Allah buyurur: «Onlar Allahın nurunu (İslam dinini) öz ağızları (öz iftiraları
və şər sözləri) ilə söndürmək istəyirlər. Allah isə kafirlərin xoşuna gəlməsə də öz
nurunu (dinini) tamamlayacaqdır». (əs-Səff 8). Allahu Əkbər! Həqiqətən də onların
xoşlarına gəlsə də, gəlməsə də belə Allah öz dinini qoruyur və tamamlayır. Hər dövrdə,
hər zamanda, hər vaxtda Allahın dinini bəxş etdiyi iman, elm və hikmət ilə din
düşmənlərinə qarşı vuruşan, onların hiylələrinə, bidətlərinə qarşı çıxan, bidətlərini yox
edən və onları Quran və Sünnə ilə məhv, Allahın dinini qoruyan və Allaha yardım edən
sünnət əhlindən olan cəmaat olub və olacaqdır. İnşəallah! «Ey iman gətirənlər! Əgər
siz Allaha yardım göstərsəniz, o da sizə yardım göstərər və sizi sabitqədəm edər».
(Muhəmməd 7). Allaha yardım göstərmək isə onun dinini qorumaq ilə olur. İbn Məsud
–
radıyallahu anhu
–
rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm –
buyurdu: «Allahın məndən əvvəlki ümmətlərə göndərdiyi hər Nəbinin öz ümmətindən
sünnətini alan və əmrlərinə uyan bir çox həvvariləri və səhabələri vardır. Sonra onların
ardından etməyəcəkləri şeyləri söyləyən və əmr olunmadıqları işləri edən bir çox
nəsillər zühur edər. Kim onlara qarşı əli ilə mübarizə apararsa o, bir mömindir. Onlara
qarşı kim diliylə mübarizə apararsa o, da bir mömindir. Onlara qarşı kim qəlbi ilə
mübarizə apararsa o, da mömindir. Amma bundan aşağı (imandan) bir xardal dənəsi
qədər də iman yoxdur»
15
. Başqa bir hədisdə Peyğəmbər - sallallahu aleyhi və səlləm –
buyurdu: «Bu elmi sonradan gələn hər bir nəsildən o, nəslin ədalət sahibi olan adamları
daşıyır. Onlar bu elmdən azdıranların təhriflərini, batil işlərlə məşğul olanların işlərini
və cahillərin yalnış izahlarını aradan götürürlər»
16
. Əbu Hureyrə - radıyallahu anhu
–
rəvayət edir ki, Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
buyurdu: «Heç şübhəsiz ki,
Allah bu ümmət üçün hər yüz ilin başlanğıcında dinini qoruyan kimsələr
göndərəcəkdir»
17
.
Bu batil firqələrin yoluna uymamaq, onların ardınca getməmək üçün, Rəsulullah
–
sallallahu aleyhi və səlləm
–
in yoluna uymaq, hidayət yolunda olan cəmaatdan olmaq
üçün hər bir müsəlman, hər bir şəxs öz əqidəsini gözəl bir şəkildə öyrənməli,
öyrəndikdən sonra isə ona əməl edib başqalarına öyrətməlidir. İbn Teymiyyə
–
rahmətullahi aleyhi
–
bu məsələ ilə bağlı demişdir: «Buna görə də Əhli Sünnə alimləri
- Sünnətə sarılmaq qurtuluşdur demişlər». Allah rəhmət etsin İmam Məlik
–
rahmətullahi aleyhi
–
deyir: «Sünnət Nuhun gəmisi kimidir, minən qurtulur, arxada
14
əl-Albani «Səhih Tirmizi» 2/333.
15
Müslim.
16
əl-Xatib «Şərəfu Əshəbil Hədis» 28-29, İbn Adiy «əl-Kamil» 1/152,153, 3/902, Saleh əl-Suheymi «Ulul Əbsarın
Qeyidləri» s. 64.
17
Əbu Davud «Məlahim» 4391.