1953-cü ilin L. P. Beriyanın xarici kapitalın mənafeyi naminə sovet dövlətini sarsıtmaq



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə8/27
tarix21.06.2018
ölçüsü0,58 Mb.
#50822
1   ...   4   5   6   7   8   9   10   11   ...   27

 

15 


 

Müsavat partiyası  şöbəsinin təşkilatçısı Rüstəm  Əbil Qasım da repressiya olunmadı. 

Sovet ordusu Qubaya daxil olanda o qaçıb gizləndi, 1923-cü ildə isə Bağırov tərəfindən üzə 

çıxarıldı. Bundan sora o, Qubada yaşayır, 11 №-li sovxozda yanğından mühafizə idarəsinin rəisi 

işləyirdi. 

Bağırovun Azərbaycan BSİ-də xidməti müddətində  dəfələrlə Rüstəmovun həbsi və 

məsuliyyətə  cəlb olunması  məsələsi ortaya  çıxırdı, ancaq Bağırov buna icazə vermirdi. Bu 

məsələ ilə bağlı şahid - A.M.Qasımov belə ifadə vermişdir: 



 

“Mən özüm bilirəm ki, Qubada müsavat partiyasının təşkilatçısı Əbil Qasım Rüstəmovu 

üzə  çıxaran Bağırovdur. Müsavatcıların Quba üzrə başçısı 1920-ci ilin 27 aprelində 

(sovet ordusu daxil olan gün) Qubadan qaçıb haradasa gizlənib. 

Onun harada gizlənməsi Bağırova bəlli olmalıdır. 1923-cü ildə o, yenidən peyda oldu və 

Bağırovun köməkliyi ilə üzə çıxdı. 

1925-ci ildə  mən Azərbaycan BSİ aparatında işlədiyim vaxt Bağırov qarşısında onun 

məsuliyyətə cəlb olunması barədə məsələ qaldırdım. Bağırov buna qol qoymadı və dedi 

ki, qoy o yaşasın”. 

 

Qasımovun verdiyi bu ifadəni müttəhim Atakişiyev də  təsdiq etdi. O göstərdi ki. Əbil 



Qasım Rüstəmov barədə materiallarla Bağırov məlumatlandırılırdısa da , Rüstəmovun həbs 

edilməsi haqda göstəriş vermirdi. 

Bu barədə Bağırovun özünə sual veriləndə göstərdi ki, o, Əbil Qasım Rüstəmovu 

müsavatçı kimi tanıyır və ona elə gəlir ki, o artıq güllələnmişdir. 

Istintaqdan həmçinin məlum olub ki, Bağırov iri mülkədar, bəy ailəsindən çıxmış 

Məmməd Aslan oğlu Sarıcalinskiyə (Mirzəyevlərin qohumu) də himayədarlıq etmişdir. 1917-ci 

ildən 1820-ci ilədək Sarıcalinski müsavat ordusunda zabit kimi xidmət edib, orada da hərbi 

məktəbi bitirib. Sarıcalinskinin  əksinqilabi Cavanşir üsyanında iştirakı barədə  məlumat var. 

Sarıcalinskinin qardaşı Qiyasbəy də müsavat  ordusunda zabit olub və  həmin üsyanda iştirak 

edib: 1929-cu ilədək onun qolçomaq təsərrüfatı olub. 

O biri qardaşı – Zülfüqar bəy sovetləşmə dövründə  əhaliyə divan tutur, mal-qaranı 

qaçırdırmış. Buna görə də həbs olunub və Ağdam həbsxanasında vəfat edib. 

Sarıcalinskilərin yaxın qohumlarından biri – Surxanbəy Sarıcalinski sürgün olunub, 

digəri – Məmişbəy Kələbədinski İrana mühacirət edib. 

Bütün bu məlumatlar Azərbaycan XDİK işçilərinin 1938-ci ilin 25 iyununda tərtib 

etdikləri arayışda göstərilib. 

Bu cür tərcümeyi-hal göstəricilərinə baxmayaraq, Sarıcalinski 1921-ci ildə “ÇK”-ya işə 

götürüldü - əvvəlcə suvari diviziyasına, sonra isə sərhəd qoşunlarına. O, bir müddət Bağırovun 

özü ilə birgə xidmət etmişdir. Nəticədə Sarıcalinski partiya sıralarına da soxulmuşdur. 

1938-ci ildə Sarıcalinski, Bağırovun adına teleqram vurdu və bildirdi ki, Sarıcalinskinin 

işə göndərilməsi barədə Bağırovun Xalq Daxili İşlər komissarlığına göstərişi yerinə yetirilmir, 

odur ki, o, Bağırovun müvafiq sərəncamını gözləyir. 

Bu teleqramın üzərində Bağırov 1938-ci ilin 26 iyununda aşağıdakı dərkənarı qoyub: 

 

“Yol. Rayevə  və Borşevə. Üzr istəyirəm ki, sizin ikinizə  də birdən müraciət edirəm. 



Xatırlaya bilmirəm ki, onu işə düzəltmək barədə hansınızdan xahiş etmişdir. Təkrar 

xatırladıram, xahiş edirəm – insanı tamamilə məhv etməyə lüzum yoxdur”. 

 

Bağırov bu dərkənarı yüzlərlə günahsız adamı heç bir əsas olmadan, yalnız bir şifahi və 



yoxlanılmamış fitvaya əsasən öz fərmanı ilə həbsxanalar küncünə atdığı, qətlinə fərman verdiyi 

vaxtlarda imzalanmışdır. 

Bağırov Sarıcalinski barədə suala belə cavab vermişdi ki. O, Məmməd Sarıcalinskini 

1921-ci ildən tanıyır. Sarıcalinski müsavat zabiti olub. 1938-ci il iyunun 25-də  tərtib olunmuş 




 

16 


 

arayışdan onun xəbəri yoxdur, dərkənarı da Sarıcalinskinin  ərizəsinə  və teleqramına  əsasən 

yazıb.  

Lakin Bağırovun bu ifadələri artıq yuxarıda göstərilən dəlillərlə təkzib olunur. 

Bağırovun məsuliyyətdən xüsusilə qoruduğu və himayədarlıq etdiyi şəxslər arasında 

Triniçin Əhməd Bədi xüsusi yer tutur. 

Istintaqdan məlum olub ki, əvvəllər Triniçin türk ordusunun zabiti olub. Onun başçılığı 

altında bolşeviklərə qarşı Bakıda və Qubada fəal mübarizə aparılıb. Bundan sonra bir müddət 

gizlənib. 1919-cu ilin əvvəllərində isə  “İttihad” partiyasının məsul katibi olub. Əsl tərcümeyi-

halını gizlədən Triniçin Azərbaycan K(b)P-na da daxil ola bilib. 

Azərbaycan Respublikası  mərkəzi arxivindəki işlərin arasında vaxtilə Triniçin 

Azərbaycan müsavat partiyası sədrinin adına öz dəst-xətti ilə yazdığı ərizə aşkara çıxarılmışdır. 

Həmin  ərizədə Triniçin Quba şəhərinin komendantı olduğunu, Xırdalandakı döyüşlərdə 

iştirakını, Qubada könüllülər dəstəsi yaradıb, Azərbaycan türk ordusunun hücumundakı 

döyüşlərdə  iştirakını, Qubada könüllülər dəstəsi yaradıb, Azərbaycana türk ordusunun 

hücumunadək bolşeviklərə qarşı  fəal mübarizəsini  əsas tutaraq, müsavat parlamentinin 

mühafizəsi üçün dəstə yaradılmasını ona tapşırmağı xahiş edirdi. 

Yalnız bundan sonra, Triniçin tutulmasını  tələb edən  ərizələrin təsiri altında o, həbs 

edildi. 

Şahidlərin ifadələrindən də göründüyü kimi, Triniçlə Bağırov çox yaxın münasibətdə 

imişlər. Bağırov onu yüksək vəzifələrə irəli çəkirmiş, hətta respublika qəzetinin redaktoru kimi 

vəzifəyə təyin edibmiş. 

Triniçin  əksinqilabi keçmişi barədə  dəfələrlə siqnallar daxil olmasına baxmayaraq, 

Bağırov 1933-cü ildə onu hökümət mükafatına – ordenlə mükafatlandırmağa təqdim etdi. Triniç 

mükafata təqdim olunandan sonra Azərbaycan MİK-nin keçmiş  sədri Baba Əliyev Bağırovun 

adına rəsmi ərizə yazıb. Triniçin keçmişdə cəllad olduğunu açıq-aşkar göstərmişdir. 

Bağırovun Triniçin cinayətkar keçmişindən xəbərdar olduğunu aşağıdakı fakt bir daha 

sübut edir.  

1936-cı ilin 27 oktyabrında Triniçin bacısı – Nemət Kamal Məlikova qardaşının həbs 

edilməsi ilə əlaqədar ərizə yazıb Bağırova müraciət etmişdir. Həmin ərizədə deyilirdi: 



 

“Heç kimə  də olmasa, Triniçin Qubada və  qəzada türk zabiti olarkən keçirdiyi həyat 

şəraiti və fəaliyyəti Sizə yaxşı məlum olmalıdır”. 

 

Həmin rizədə daha sonra o, Triniçin azad olunmasını israrla tələb edir və göstərirdi ki, 



Triniç günahkar olsa belə, Bağırov onu azad etməlidir. 

Triniç  əksinqilabi fəaliyyətdə günahlandırılıb həbs edildikdən sonra onun işi baxmaq 

üçün Azərbaycan SSR Ali Məhkəməsinin xüsusi kollegiyasına verildi. Triniç 1936-cı ilin 16 

oktyabrında xüsusi kollegiya sədrinin adına aşağıdakı məzmunda ərizə yazdı: 

 

 

 



 

 

 



 

“Düşmənlərimi ifşa etmək üçün mən bu ayın 7-də 

prokurora üz tutub, mənə açıq cavab yazmaq imkanı 

verilməsini xahiş etdim. Lakin mənim xahişim cavabsız 

qaldı, iş isə Sizə göndərildi.  

Diqqətinizi yuxarıda göstərilənlərə yönəldərək, 

həmin imkanın mənə verilməsini xahiş edirəm. Arxayın ola 

bilərsiniz, düşmənlərimin mənə lağ edib gülməsinə yol 

vermərəm, odur ki, məhkəmədə susacağam (qapalı 

məhkəmə iclası istisna olmaqla)”. 

 


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə