1. Orfoepiya təliminin nəqsəd və vəzifələri


Kurikulumda ( 1- 4 cü siniflər) orfoepiya məsələləri



Yüklə 125,57 Kb.
səhifə3/52
tarix23.01.2023
ölçüsü125,57 Kb.
#99079
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   52
orfoqrafiya və orfoepiya

3. Kurikulumda ( 1- 4 cü siniflər) orfoepiya məsələləri
Azərbaycan dili kurrikulumu(I-IV siniflər) bu fənn üzrə məqsəd və vəzifələri müəyyənləşdirən və konseptual sənəddir.
Azərbaycan dili ibtidai siniflərdə tədris olunmaqla şagirdlərdə nitq bacarıqlarının, nitq mədəniyyətinin formalaşmasına xidmət edir. Şagirdlər Azərbaycan dili fənni sayəsində ana dilini öyrənir, onun səs sisteminə, lüğət ehtiyatına, ədəbi tələffüz normalarına üslubi-qrammatik xüsusiyyətlərinə yaxından bələd olurlar.
Azərbaycan dili fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) dörd məzmun xətti üzrə(1. Dinləyib-anlama-danışma; 2) Oxu; 3) Yazı; 4) Dil qaydaları) əsas və alt standartları, inteqrasiyanı, təlimin təşkili üsullarını, planlaşdırma və qiymətləndirməni əhatə edir.
Azərbaycan dili fənni üzrə ümumi təlim nəticələri ibtidai təhsil səviyyəsi (I-IV siniflər) üzrə aşağıdakı kimi əks olunur. Şagird:
•danışanın fikrinə münasibət bildirir, öz fikirlərini sərbəst və ardıcıl ifadə edir;
•düzgün,sürətli, şüurlu, ifadəli oxuyur, oxuduğu mətnlərə münasibət bildirir;
•kiçikhəcmlıi rabitəli mətnlər qurur;
•lüğətlərdən, məlumat kitablarından istifadə edir;
•Azərbaycan xalqının dili, tarixi, əxlaqi-mənəvi dəyərləri, incəsənəti, adət-ənənələri haqqında öyrəndiyi məlumatları sadə formada təqdim edir;
•yazılı və şifahi nitqində fonetik, leksik, qrammatik qaydalara yiyələndiyini nümayiş etdirir.
4. I- IV siniflərdə məzmun xətləri üzrə orfoepik işkərin məzmunu.
Azərbaycan dili fənn kurikulumunda I-IV siniflər üzrə Oxu məzmun xəttində 2.2.ǝsas standartın alt standartlarında düzgün tələffüz məsələləri aşağıdakı kimi verilir:
I sinif. Şagird: 2.2.1. Kiçikhəcmli mətnləri düzgün tələffüz etməklə oxuyur.
2.2.2. Müxtəlif bədii mətnləri (nǝzm, nəsr) fərqləndirir.
2.2.3. Mətnin şəkilli planını tutur.
2.2.4. Mətndəki əsas fikri müəyyənləşdirir və sadə formada ifadə edir.
2.2.5. Mətnnin məzmununu nəql edir.
Il sinif. Şagird: 2.2.1. Müafiq mətnləri tələffüz normalarına uyğun düzgün və sürətli oxuyur.
2.2.2. Kiçikhəcmli bədii mətnləri janrlara görə fərqləndirir.
2.2.3. Mətnin hissələrinə başlıqlar verməklə məzmununa aid sadə plan tutur.
2.2.4. Mətnin məzmununu tərtib etdiyi plana uyğun nəql edir.
2.2.5. Mətndəki əsas fikri həyatla əlaqələndirir.
III suinif. Şagird:
2.2.1. Müvafiq mətnləri düzgün, sürətli, intonasiya ilə (cümlə növlərinə görə) oxuyur.
2.2.2. Bədii və elmi-kütləvi mətnləri fərqləndirir.
2.2.3. Mətnin geniş planını tutur.
2.2.4. Mətndəki əsas fikrə münasibətini bildirir.
2.2.5. Mətnin əsas hissələrini seçib nəql edir.
IV sinif. Şagird: 2.2.1. Müvafiq mətnləri düzgün, sürətli, intonasiya ilə (obrazların
xarakterinə uyğun) oxuyur.
2.2.2. Bədii və elmi-kütləvi mətnlər haqqında kiçik təqdimatlar edir.
2.2.3. Verilmiş mətni genişləndirmək, dəyişdirmək və ya davam etdirmək məqsədi ilə yaradıcı plan tutur.
2.2.4. Mətnin məzmununu genişləndirir, dəyişdirir, yaradıcı şəkildə davam etdirir.
2.2.5. Mətnin ideyasını müəyyənləşdirir və obrazları sadə şəkildə səciyyələndirir.

Yüklə 125,57 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə