1. Orfoepiya təliminin nəqsəd və vəzifələri


)Orfoqrafiya va intonasiya üzrə işlərin aparılması metodikası



Yüklə 125,57 Kb.
səhifə6/52
tarix23.01.2023
ölçüsü125,57 Kb.
#99079
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   52
orfoqrafiya və orfoepiya

7)Orfoqrafiya va intonasiya üzrə işlərin aparılması metodikası.
intonasiya nitqin ahəngi (sasin yüksəlməsi və ya alçalması), ritmi (vurgul və vurğusuz hecaların nisbəti, əlaqəsi), nitqin tempi və ya sürəti (sürətlə və yavaş tələffüzü), intensivliyi (nəfəsalmanın güclənməsi və ya zəifləməsi), məntiqi vurğusu, tembri kimi hadisələrin məcmusuna deyilir.
Sözdə hecalardan birinin o birinə (və ya o birilərinə) nisbətən qüvvətli deyilməsinə vurğu deyilir. Vurğu qəbul edən heca vurğulu heca adlanır. Vurğul heca vurğusuz hecalardan iki əlamətə görə fərqlənir:
1. Yüksək səs tonuna malik olur. 2. Qüvvətli tələffüz olunur.
Qeyd:Intonasiya zamanı səs tonunun yüksəlib alçalması ilə əlaqələndirdim altından xətt çəkdiyim cümləni.
Cümlədə sözlərdən birinin digərlərinə nisbətən qüvvətli deyilməsinə məntiqi vurğu deyilir. Məntiqi vurğu altına düşən söz, əsasən, felin yanında işlənir. Mas Man sabah kəndə gedəcəyəm. Mən sabah kəndə gedəcəyəm. Mən kəndə sabah gedəcəyəm. Sabah kəndə mən gedəcəyəm.
Qeyd: Bunu deyəndən sonra deyirik ki,bu cümlələrdə xəbərin yanında gələn söz qüvvətli tələffüz olunur.
Cümlənin məqsəd va intonasiyaya görə dörd növü vardır: nəqli, sual, omr, nida.
1. Nəqli cümlə
Bir iş, hadisə, əlamət haqqında məlumat verən adi təsviri cümlələrə nəqli cümlə deyilir. Nitqdə nəqli cümlələr daha çox işlənir. Yazıda nəqli cümlələrin sonunda nöqtə qoyulur. Dünyada əlli milyona qədər azərbaycanlı var.
Əsas tonun hərəkəti alçalan tonda olur.
2. Sual cümləsi
Sual məqsədi ilə işlədilən cümlələrə sual cümləsi deyilir. Sual cümlələri üç formada va aşağıdakı üsullarla düzəlir:
1. Sual əvəzlikləri ilə: Nə vaxt yola düşəcəyik? - Sabah.
2. Sual ǝdatları ilə: Bu cavan oğlana deyimmi indi? 3. Sual intonasiya ilə: Şəhərə gedəcəyik?-Bali.
Sual cümlələrinin sonunda sual işarəsi qoyulur.Sual cümləsində intonasiya yüksələn tonda olur.
4. Əmr cümləsi Tǝkid, tələb, məsləhət, nəsihət və s. İfadə edən cümlələrə əmr cümləsi deyilir. Əmr cümləsinin xəbəri, adətən, felin əmr şəklində olur. Bu, qrammatik göstərici hesab olnur.Əmr cümləsində də intonasiya yüksələn tonda olur
5. Nida cümləsi
Yüksək hiss və həyəcanla tələffüz edilən cümlələrə nida cümlələri deyilir. Nəqli, sual, əmr cümlələri hiss və həyəcanla tələffüz edildikdə nida cümləsinə çevrilir. Nida cümlələri iki yolla əmələ gəlir:
1. İntonasiya vasitəsilə: Böyüklərə hörmət etmək lazımdır!
2. Nidaların köməyi ilə: Bəh-bəh, bir evin yaraşığıdır yüksələn ton.


Yüklə 125,57 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə