1. Orfoepiya təliminin nəqsəd və vəzifələri


Orfoepiya təliminin başlıca prinsipləri



Yüklə 125,57 Kb.
səhifə20/52
tarix23.01.2023
ölçüsü125,57 Kb.
#99079
növüQaydalar
1   ...   16   17   18   19   20   21   22   23   ...   52
orfoqrafiya və orfoepiya

23.Orfoepiya təliminin başlıca prinsipləri
Ədəbi tələffüzün əsas prinsipi tələffüzdə ağırlıq törədən, kobud səslənən, dilin ahəngini pozan cəhətlərdən qaçmaq, asanlıqla tələffüz edilən və aydın səslənən cəhətləri saxlamaqdan ibarət olmalıdır. Orfoqrafiyada morfoloji prinsipin tələbi üzrə feilin şərt və arzu formaları keçmiş zamanda iki variantlı şəkilçilərlə (-sa, -sə, -a, -ə) verilirsə; məs.: alsa idi, gəlsə idi, tapa idi, gələ idi, orfoepiyada –say2, -ay2-lə ifadə olunur. Məs.: alsaydım, alaydım
2. Orfoepiyada ümumxalq danışıq xüsusiyyəti daşıyan cəhətlərə yer verilir, dar dialekt xüsusiyyətləri isə nəzərə alınmır.
Məlum olduğu kimi, orfoqrafiya morfoloji prinsipdən çıxış edərək assimilyasiya hadisəsinə yol vermir, orfoepiyada isə, bunun əksinə olaraq, assimilyasiyadan geniş istifadə edilir. Lakin elə assimilyasiya tipləri vardır ki, onlar dar dialekt xüsusiyyəti daşıyır. Əlbəttə, assimilyasiyanın bu tipləri orfoepiyaya daxil ola bilməz. Məsələn, -lar şəkilçisi n səsi ilə bitən sözlərdən sonra gəldikdə ümumxalq danışıq xüsusiyyəti daşıyır və ədəbi tələffüzə daxil olur (danışannar, qalannar, odunnar və s.); lakin bu şəkilçi m səsindən sonra gəldikdə, məs.: adamnar dar dialekt xüsusiyyəti daşıdığı üçün orfoepiyaya daxil ola bilmir və bu söz yazıldığı kimi (adamlar) tələffüz olunur.
3. Orfoepiyada saitlərin uzun və qısa tələffüzü xüsusi əhəmiyyətə malikdir.
4. Şəkilçilərin tələffüzündə də ahəng qanunu əsasən gözlənir; lakin orfoepiyanın prinsipləri ilə əlaqədar olaraq bəzi şəkilçilərin tələffüzündə ahəng qanunundan kənara çıxma halları nəzərə çarpır.
5. Assimilyasiya və səs düşümü hadisəsi şifahi dilin xüsusiyyəti ilə bağlı olduğu üçün bunlar orfoepiyada daha geniş yer tutur.
24 .Orfoepiya təlimində istifadə olunan ənənəvi və fəal təlim üsulları
Orfoepiya və intonasiya üzrə vərdişlərin formalaşdırılması üçün ibtidai siniflərdə müxtəlif iş üsullarından istifadə olunur;

  • səsin tələffüz məxrəcinin izah olunması(ağızın, dodaqların vəziyyətini göstərməklə artikulyasiyanın başa salınması);

  • sözün hecalara ayrılması və hecalarla tələffüz üzrə məşq edilməsi;

  • şagirdlərin dinləmə və eşitmə qabiliyyətinin inkişaf etdirilməsi;

  • şagirdlərin maqnitafonun köməyilə öz tələffüzlərinə nəzarət etməsi;

  • düzgün tələffüz ilə səhv tələffüzün müqayisəsi;

  • orfoepik – orfoqrafik cədvəllərdən istifadə;

şeirlərin öyrədilməsi; bədii parçaların ifadəli oxusu; didaktik oyun – çalışmalardan istifadə olunması;

  • atalar sözü, tapmaca, yanıltmac və saymacalar vasitəsilə düzgün tələffüz qaydalarının yaradılmasına çalışmaq və s.


Yüklə 125,57 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə