1. Orfoepiya təliminin nəqsəd və vəzifələri



Yüklə 125,57 Kb.
səhifə22/52
tarix23.01.2023
ölçüsü125,57 Kb.
#99079
növüQaydalar
1   ...   18   19   20   21   22   23   24   25   ...   52
orfoqrafiya və orfoepiya

B - bilirəm İB - istəyirəm bilim Ö - öyrəndim

  1. Müəllim lövhədə 3 sütundan ibarət cədvəl qurur və aşağıdakı bölmələri qeyd edir: - Bilirəm / İstəyirəm bilim / Öyrəndim.



  1. Şagirdlər problemlə bağlı bildiklərini söyləyir və cavablar birinci sütunda qeyd olunur.

  2. Həmin məsələ ilə bağlı bilmək istədikləri isə 2-ci sütuna yazılır.

  3. Dərsin sonunda bir daha həmin cədvələ diqqət yetirilir və mövzu ilə bağlı öy­rən­dikləri üçüncü sütunda qeyd edilir.

“Anlayışın müəyyən edilməsi” – bu üsul tapmaca rolunu oynayan üsuldur. Müəl­lim hər hansı bir karta şagirdlərin tapacağı sözü yazır və onun üzünü lövhəyə çe­vi­rə­rək lövhədən asır. Sonra müəllim şagirdə anlayışı aça bilən 2 və ya 3 is­ti­qa­mət­lən­di­ri­ci sözü sadalayır. Şagirdlər həmin sözlərə uyğun gizlədilmiş sözü tapırlar.
“Venn diaqramı” – bu üsulun qrafik təsviri bir-biri ilə kəsişən iki dövrədən iba­rət­dir. Bunun mahiyyəti odur ki, dairələrin kəsişdiyi yerdə hər hansı iki anlayışın oxşar, dairə­lərin özlərində isə anlayışların hər birinə məxsus fərqli cəhətlər yazılır. Yəni, Venn diaqramı əşya və hadisələri müqayisə etmək, onların oxşar və fərqli cəhətlərini müəy­yənləşdirmək üçün istifadə olunan üsuldur.
“Layihələrin hazırlanması” – bu üsul şagirdlərin tədqiqatçılıq bacarığının inkişaf et­dirilməsi üçün vacibdir. Müəllim hər hansı bir mövzunu və ya problemi müəyyən edir və şagirdə layihə hazırlamağı tapşırır.
“Problemli vəziyyət” – bu üsul tənqidi təfəkkürü, təhliletmə və ümumiləşdirmə vər­dişlərini inkişaf etdirir.
Müəl­lim əvvəlcədən problemi və müzakirə üçün sualları hazırlayır. Şagirdlər 4-5 nə­fərlik qruplara bölünür. Problemli vəziyyət əks olunmuş işçi vərəqləri uşaqlara pay­lanır. Hər qrup təklif edilən vəziyyətlərdən birini müzakirə edir və həlli yolunu gös­tərir. Qruplar öz işlərini bitirdikdən sonra sinifdə ümumi müzakirə aparılır.
“Karusel”- dərsdən əvvəl müəllim iri kağızlarda mövzuya aid qrupların sa­yına uy­­ğun suallar yazır. Sonra müəllim onlara müxtəlif sual yazılmış bir kağız ve­rir. Qrup üzvləri sualı oxuyur və bir cavab yazır. Kağızlar saat əqrəbi istiqamətində müəl­li­­min köməyilə qruplara ötürülür. Müəllim bu kağızları yazı lövhəsinə yapışdırır və bü­tün si­nif cavabları müzakirə edir.


Yüklə 125,57 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə