1. Orfoepiya təliminin nəqsəd və vəzifələri


Orfoepiyanın orfoqrafiya ilə inteqrativ tədrisi



Yüklə 125,57 Kb.
səhifə17/52
tarix23.01.2023
ölçüsü125,57 Kb.
#99079
növüQaydalar
1   ...   13   14   15   16   17   18   19   20   ...   52
orfoqrafiya və orfoepiya

20. Orfoepiyanın orfoqrafiya ilə inteqrativ tədrisi
Azərbaycan dilinin orfoqrafiyası ilə orfoepiyası arasında həm fərq, həm də möhkəm əlaqə vardır. Orfoqrafiya sözlərin düzgün yazılışını, orfoepiya isə sözlərin düzgün tələffüz olunmasını tələb edir. Buna görə də düzgün yazmaq üçün düzgün danışmağı, düzgün tələffüz etməyi bacarmaq lazımdır. Orfoqrafiya ilə orfoepiyanın fərqi ondan ibarətdir ki, dildəki söz və ifadələr həmişə yazıldığı kimi tələffüz olunmur. Azərbaycan dilində morfemləri tələffüzcə, daha doğrusu, fonetik prinsipə münasibəti baxımından iki yerə ayırmaq mümkündür: 1) fonetik yazılışa malik olan morfemlər; 2) fonetik yazılışa malik olmayan morfemlər. Bu bölgü morfemlərin yazılışı ilə tələffüzü arasındakı əlaqəni, bir növ, zahiri cəhətdən fərqləndirməyə əsas verir. Aydın olur ki, qüvvətli mövqedə olan fonemlərin hərflərlə ifadəsində qarşıya çətinlik çıxmır. Çünki tələffüz sözdəki həmin fonemlərin yazılışını tamamilə düzgün müəyyən edir. Bütün bunlar, yəni morfemlərin fonetik yazılışa malik olması və ya olmaması orfoqrafiyanın tələffüzə münasibət məsələsini tam şəkildə açmağa kifayət qədər əsas vermir. Buna görə yazı qaydalarının tələffüzə münasibətində aşağıdakı bölgü daha məqsədəuyğundur: 1) Yazılışı bilavasitə tələffüzünə görə müəyyənləşən morfemlər 2) Yazılışı bilvasitə tələffüzünə görə müəyyənləşən morfemlər, 3) Yazılışı tələffüzünə görə müəyyənləşməyən morfemlər. Bu bölgü sözün düzgün yazılışında tələffüzə nə dərəcədə istinad etməyin obyektiv imkanlarını və bu imkanlardan təlim prosesində istifadə etməyin yollarını müəyyənləşdirmək baxımından daha məqsədəuyğundur. 1) Yazılışı bilavasitə tələffüzünə görə müəyyənləşən morfemlər: Belə morfemlərin (ata, ana, dərə, yol, dağ, su, meşə, üzüm, alma, duz, əl, göz, ayna, bahar, kimi, həm, -can, -cən) yazılışına təminat verən amil onların tələffüzüdür. Bu baxımdan yazılışı tələffüzünə görə müəyyənləşən morfemləri şərti olaraq iki qrupa bölmək mümkündür: a) tələffüzü bilavasitə düzgün yazılışı üçün təminat verən morfemlər, b) tələffüzü yazılışına əsasən dəqiqləşdikdən sonra düzgün yazılışı üçün təminat verən morfemlər. Birinci qrupa daxil olan morfemlərin düzgün yazılışında yalnız qrafikanın qaydalarını bilmək kifayətdir, belə halda morfemlərin yazılışına fonetik prinsipin “tələffüz etdiyin kimi yaz” hökmü tam təminat verir. İkinci qrupa daxil olan morfemlərin yazılışı tələffüzünə görə müəyyənləşmir, çünki bu sözlər fonetik yazılışa malik olmalarına baxmayaraq, adi danışıq dilinin xüsusiyyətlərini özündə əks etdirməsi, yazılışından (yazılışına görə düzgün deyilişindən) fərqli şəkildə tələffüzü mümkündür. Belə sözlərin düzgün tələffüzü düzgün yazılış əsasında qurulur və bundan sonra həmin sözlərin yazılışında tələffüz əsas kimi qəbul edilir. Bu proses əks-əlaqə nəticəsində olur, yəni sözün tələffüzü onun yazılışına görə cilalanır, dəqiqləşir, beləliklə, tələffüz həmin sözün düzgün yazılışı üçün əsas verir.
2) Yazılışı bilvasitə tələffüzünə görə müəyyənləşən morfemlər. Bu sözlərin əsas əlaməti ondan ibarətdir ki, həmin sözlər cingiltili samitlərlə bitib, saitlə başlanan şəkilçi və ya sözün (birləşmə təşkil etdikdə) qarşısında həmişə məhz düzgün yazılışa uyğun şəkildə tələffüz olunur, samitlə başlanan şəkilçi və ya sözün qarşısında isə onların sonundakı cingiltili samit karlaşır
3) Yazılışı tələffüzünə görə müəyyənləşməyən morfemlər. Tələffüzü bilavasitə yazılışı üçün əsas ola bilməyən, eləcə də bu və ya digər foneminin hərflə ifadəsində qrafikanın imkanlarından iki cür istifadə olunmasına yol verilə bilən söz və şəkilçilər yazılışı tələffüzə görə müəyyənləşməyən morfemlər adlanır. Azərbaycan dilində yazı qaydalarının tələffüzə münasibəti mürəkkəb bir mexanizmə malikdir. Bunun başlıca səbəblərindən biri ədəbi dilin yazı və tələffüz qaydaları arasında həmişə eyniyyət olmaması ilə bağlıdırsa, digəri ədəbi tələffüz normalarının tam vahid şəklə düşməməsi ilə bağlıdır. Orfoepiya ilə orfoqrafiya arasındakı fərqlərin olmaması dil üçün mühüm əhəmiyyətə malikdir. Hazırda qanunauyğun şəkildə bunlar arasında yaxınlaşma prosesi sürətlə davam edir. Bu proses bərabərləşməklə, yaxud da əhəmiyyətsiz dərəcəli fərqlərlə nəticələnəcəkdir. Dilimizin müasir vəziyyəti bunu aydın göstərir.

Yüklə 125,57 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə