1. Orfoepiya təliminin nəqsəd və vəzifələri


Saitlərin əvəzlənməsi ilə bağlı orfoepik qaydalar



Yüklə 125,57 Kb.
səhifə13/52
tarix23.01.2023
ölçüsü125,57 Kb.
#99079
növüQaydalar
1   ...   9   10   11   12   13   14   15   16   ...   52
orfoqrafiya və orfoepiya

14.Saitlərin əvəzlənməsi ilə bağlı orfoepik qaydalar
2.5.1 ai, ia, iǝ, ei, io yanaşı saitlərinin işləndiyi alınma sözlərin tələffüzü zamanı həmin saitlərin arasına [y] sesi artırılır: aile [a:yile]. dairə [da:yirǝ], vəsait [vesa:yit], dialekt [diyalek't], dialoq [diyalok'], facia [fa:ciye], müdafie [muda.fiye], tebiet [tabiyet], radio [radiyo], stadion [stadiyon], zeif [zeyif] və s.; 2.5.2. aə yanaşı saitlərinin işləndiyi sözlərdə a səsi uzun tələffüz olunur: bəraət [bera:et], itaət [ita:at], qənaət [qǝna:ǝt] və s.; 2.5.3. ae, ea, es, ea, eo, üa, üa, au, ua, ue, uə yanaşı saitlərinin İşləndiyi sözlər yazıldığı kimi və uzanma hadisəsi baş vermədən tələffüz olunur: aerodrom [aerodrom], aeroport [aeroport], okean [okean], realizm [realizm], teatr [teatr], fealiyyet [fealiyet], seadet [seadet], teorem [teorem], müalicə [müalica], müavin [müavin], müəllim [müəllim], müəllif [müellif], aktual [aktual], aul [aul], dua [dua], duel [duel], manee [manee], macmua [məcmua], mətbuat [mətbuat], pauza [pauza], Rauf [Rauf], taun [taun], Zaur [Zaur] və s.;

Qeyd. Yanaşı üa, üǝ saitlərində ü səsi qısa tələffüz olunur.

2.5.4. saitlə bitən sözün açıq saitlə başlayan sözlə birləşməsi nəticəsində yaranmış mürəkkəb sözlərin tələffüzündə birinci sözün son saiti düşür: bacıoğlu [bacoğlu], bibioğlu [biboğlu], eliaçiq [elaçix]

2.6. Rus və Avropa dillərindən alınmış sözlərdə vurğusuz hecalardakı o saiti vurğulu hecadan əvvəl [a] səsi ilə tələffüz olunur: fontan [fantan], laboratoriya [labaratoriya], Moskva [Mask'va], Odessa [Adessa], samovar [samavar] və s. Oktyabr və noyabr sözləri yazıldığı kimi deyilir.


2.7. Tərkibində ov, öv hərf birləşmələri olan sözlərdə səs düşümü hadisəsi baş vermir, fonetik prinsipe uyğun olaraq sözlər yazıldığı kimi tələffüz edilir: cövhər [cövhər], çovğun [çovğun], dovğa [dovğa], dövlət [dövlet], mövqe [mövqe], mövsüm [mövsüm], novlu [novlu], novruz [novruz], növbe [növbə], şövkət [şövket], şövq [şövq], tövbe [tövbe] ve s.


15. Samitlərin tələffüzünə aid qaydalar
Müasir Azərbaycan ədəbi dilində kar samitlər cingiltili, cingiltili samitlər isə kar tələffüz oluna bilir.
1) Söz ortasında eynicinsli qoşa kar samitin (kk, pp, tt) və ya müxtəlifcinsli iki kar samitin (st, xt, sk, tk və s.) ikincisi cingiltili tələffüz olunur: səkkiz [səkgiz], təşəkkür [təşəkgür], guppultu [gupbultu], hoppanmaq [hopbammax],
2) Söz ortasında qq cingiltili samitinin birincisi kar tələffüz olunur: diqqət [dik'qət], müvəqqəti [müvək'qəti],
3) Söz ortasında eynicinsli digər qoşa cingiltili (bb, cc, dd, ll, mm, nn, rr, vv, yy, zz) və qoşa kar (ff, hh, ss, şş) samitlər yazıldığı kimi tələffüz olunur: addım [addım], amma [amma], bənna [bənna], dəbbə [dəbbə], güllə [güllə], qəyyum [qəyyum],
4) Söz ortasında kk ilə yazılan rus və Avropa mənşəli sözlər bir [k'] ilə tələffüz olunur: akkordeon [ak'ardeon], akkreditasiya [ak'reditasiya],
5). Ərəb mənşəli sözlərdə -iyyat, -iyyət, -iyyə şəkilçilərindəki yy samitləri [y] kimi tələffüz olunur: cəmiyyət [cəmiyət], ədəbiyyat [ədəbiyat]
6). Söz ortasında yanaşı gələn müxtəlifcinsli kar samitlərin ikincisi əsasən, cingiltili tələffüz olunur: axtarış [axdarış], asfalt [asvalt], bəxtiyar [bəxdiyar]
7) Söz ortasında b, m samitlərindən əvvəl gələn n hərfi [m] kimi
tələffüz olunur: dinməz [dimməz], günbəz [gümbəz], sönməz [sömməz], sünbül [sümbül],
Sonu müxtəlifcinsli ft, xt, st, şt samitləri ilə bitən sözlərin tələffüzündə aşağıdakı qaydalar gözlənilir:
.1. belə sözlərdən sonra samitlə başlayan şəkilçi və ya söz işləndikdə, t hərfi tələffüz olunmur: behiştdən [behişdən], behişt müjdəsi [behiş müjdəsi], xoşbəxtsən [xoşbəxsən], xoşbəxt tale [xoşbəx tale],və s.;
2. belə sözlərdən sonra saitlə başlayan şəkilçi və ya söz işləndikdə, t hərfi [d] kimi tələffüz olunur: behiştin [behişdin] behişt arzusu [behişd arzusu], xoşbəxtin [xoşbəxdin], xoşbəxt adam [xoşbəxd adam],
3. belə sözlərdən sonra samitlə başlayan şəkilçi və ya söz işləndikdə də son samit kar tələffüz olunur: ağacdan [ağaçdan]
4 belə sözlərdən sonra samitlə başlayan şəkilçi və ya söz işləndikdə, q samiti [x] kimi tələffüz olunur: qonaqsan [qonaxsan],
5.. ərəb mənşəli alınma sözlərdə söz ortasında kar samitdən əvvəl işlənən q samiti [k′] kimi tələffüz olunur: iqtisad [ik′tisat],
Qeyd. Kar samitlə bitən sözlərə qoşulan fars mənşəli -kar, -keş,
-paz şəkilçiləri fars dilindəki leksik mənasını saxladığı üçün (kar “iş”, keş“çəkən”, paz “bişirən”) yazıldığı kimi tələffüz olunur: sənətkar [sənətkar],
zəhmətkeş [zəhmətkeş], aşpaz [aşpaz]
6. Qapalı hecalardakı q samiti aşağıdakı qaydada tələffüz
olunur:
7.Azərbaycan mənşəli çoxhecalı sözlərin sonundakı q samiti
[x] kimi tələffüz olunur: balıq [balıx], bucaq [bucax], buruq [burux],
Qeyd. Azərbaycan əlifbasında [x'] səsini ifadə edən ayrıca hərf
olmadığı üçün həmin səs şərti olaraq y samitinin kar qarşılığı kimi qəbul
edilmişdir.
8. bu qəbildən olan sözlərdən sonra samitlə başlayan şəkilçi
və ya söz işləndikdə də k samiti [x'] kimi tələffüz olunur: çiçəklər
[çiçəx'lər], çiçək dərdim [çiçəx' dərdim], diləksiz [diləx'siz],
9. belə sözlərdən sonra saitlə başlayan şəkilçi işləndikdə,
k samiti yazıda olduğu kimi tələffüzdə də [y] səsinə keçir: çiçəyin
[çiçəyin], diləyimiz [diləyimiz], əriyə [əriyə], körüyü [körüyü] və s.;
10. belə sözlərdən sonra saitlə başlayan söz işləndikdə,
k samiti [y] kimi tələffüz olunur: çiçək ətri [çiçəy ətri], döşəküzü
[döşəyüzü], ərik ağacı [əriy ağacı], kəklikotu [kəkliyotu] və s.;



Yüklə 125,57 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə