1. Orfoepiya təliminin nəqsəd və vəzifələri


Sözlərdə bəzi saitlərin uzun və qisa tələffüz olunması



Yüklə 125,57 Kb.
səhifə12/52
tarix23.01.2023
ölçüsü125,57 Kb.
#99079
növüQaydalar
1   ...   8   9   10   11   12   13   14   15   ...   52
orfoqrafiya və orfoepiya

13.Sözlərdə bəzi saitlərin uzun və qisa tələffüz olunması.
2. Saitlərin tələffüzü
2.1. Müasir Azərbaycan ədəbi dilində saitlər adi, bəzi hallarda isə qısa və uzun tələffüz olunur.
2.2. Ərəb və fars dillərindən bir çox alınma sözlərdə a, e, a, i, ö, u saitləri uzun tələffüz olunur və bu hala, əsasən aşağıda göstərilən açıq hecalarda rast gəlinir:
2.2.1. ərəb və fars mənşəli bəzi sözlərin a, u, i saitləri ilə bitən açıq hecalarında uzanma baş verir: adil [a:dil], mübariz [müba:riz], hökumət [höku:mət], xəzinə [xəzi:ne], xüsusi [xüsu:si],
2.2.2. ərəb mənşəli bir çox sözlərdə e, a, ö saitləri mənbə dilin təsirinin nəticəsi olaraq açıq hecada və əsasən, ilk hecada uzun tələffüz olunur: elan [e:lan], etibar [e:tibar], əla [e:la], memar [me:mar], məna [mə:na],
2.2.3. ǝrǝb və fars mənşəli sözlərdə ba-, bi-, la-, na- ön
şəkilçilərində saitlər uzun tələffüz olunur: baməzə [ba:məzə], bitərəf
[bi:tərəf], laməkan [la:məkan], narazı [na:razı) və s. 2.3. Tərkibində eynicinsli qoşa saitlər olan ərəb mənşəli sözlər bir uzun saitlə tələffüz olunur: bədii [badi:], camaat [cama.t], inşaat [inşa:at], maarif [ma:rif], maaş [ma:ş], mətbəə [mətbə:], saat [sa:t], təbəǝ [təbə:], teessüf [te:ssüf], təbii [təbi:] ve s.
2.4. Avropa mənşəli sözlərdəki qoşa o saiti bir uzun [o:] və ya adi [a] səsi ilə tələffüz olunur: kooperativ [k'aperativ], koordinasiya [k'ardinasiya], zoologiya [zo:logiya],
2.5. Müxtəlifcinsli qoşa saitlər aşağıdakı qaydada tələffüz olunur: 2.5.1. ai, ia, ia, ai, io yanaşı saitlərinin işləndiyi alınma sözlərin tələffüzü zamanı həmin saitlərin arasına [y] səsi artırılır: ailə [a:yile], daire [da:yire], vəsait [vesa:yit], dialekt [diyalek't], və s.; 2.5.2. aa yanaşı saitlərinin işləndiyi sözlərdə a səsi uzun tələffüz olunur: bəraət [bera:et], itaət [ita:et], qənaət [qena:ǝt] və s.;
2.5.3. ae, ea, ea, ǝa, eo, üa, üǝ, au, ua, ue, ua yanaşı saitlərinin İşləndiyi sözlər yazıldığı kimi və uzanma hadisəsi baş vermədən tələffüz olunur: aerodrom [aerodrom], aeroport [aeroport], okean [okean], realizm [realizm], teatr [teatr],fealiyyet [faaliyet], seadet [seadet], teorem [teorem], müalice [müalice], müavin [müavin], müellim [müellim], müəllif [müellif], aktual [aktual], aul [aul], dua [dua], duel [duel], manea [manee], məcmuə [məcmuə], Qeyd. Yanaşı üa, üǝ saitlərində ü səsi qısa tələffüz olunur. 2.5.4. saitlə bitən sözün açıq saitlə başlayan sözlə birləşməsi nəticəsində yaranmış mürəkkəb sözlərin tələffüzündə birinci sözün son saiti düşür: bacıoğlu [bacoğlu], bibioğlu [biboğlu], aliaçıq [əlaçıx],
2.6. Rus və Avropa dillərindən alınmış sözlərdə vurğusuz hecalardakı o saiti vurğulu hecadan əvvəl [a] səsi ilə tələffüz olunur: fontan [fantan], laboratoriya [labaratoriya], Moskva [Mask'va], Odessa [Adessa], samovar [samavar] və s. Oktyabr və noyabr sözləri yazıldığı kimi deyilir.
2.7. Tərkibində ov, öv hərf birləşmələri olan sözlərdə səs düşümü hadisəsi baş vermir, fonetik prinsipə uyğun olaraq sözlər yazıldığı kimi tələffüz edilir: cövhər [cövhər], çovğun [çovğun], dovğa [dovğa], dövlət [dövlət], mövqe [mövqe], mövsüm [mövsüm], novlu [novlu], novruz [novruz], növbə [növbə].

Yüklə 125,57 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə