1. İdarəetmə strukturunda təsdiqlənmiş mehmanxana işinin təşkilinin əsas modelləri


Reklamın ticarət və kommunikativ effektləri



Yüklə 47,98 Kb.
səhifə41/46
tarix11.05.2022
ölçüsü47,98 Kb.
#86618
1   ...   38   39   40   41   42   43   44   45   46
aydın mlm.imtahan

58. Reklamın ticarət və kommunikativ effektləri.Reklam-məlumat fəaliyyətinin istiqamətini təyin etmək üçün bu reklamın görəcəyi effekti bilmək vacibdir. Reklamın ticarət və kommunikativ effektləri seçilir.Reklamın ticarət effektini reklam kampaniyasından əvvəl və sonra olan satış həcmi ilə müəyyən edirlər. Kommunikativ effekti tədqiqat və anketləşdirilmiş sorğular keçirilməsilə müəyyən edirlər. İnformasiya və reklamın növ və formaları İnformasiyanın verilməsi üçün nəzərdə tutulmuş vasitələr üzrə reklam təsnif edilə bilər.Bu anlayışları fərqləndirmək mühümdür. Reklam ötürücüləri məqsədli aiditoriyaya reklamın çatdırılması üçün nəzərdə tutulmuş ödənişli vasitələrdir. Reklamın əsas vasitələri - qəzet, jurnal, stend, vərəqə, məktub, reklam şiti, nəqliyyat vasitələri üzərindəki elanlar və s. olur.Sözdən istifadə edən reklam növləri müxtəlifdir: müşahidə, eşitmə və müşahidə-eşitmə reklam növləri seçilir.Birinci növ reklam növünə qəzet, jurnal, digər nəşrlər, işıq və bədii tərtibatlı işlər, fotoreklam daxildir, ikinci qrupa radioreklam, şifahi elanlar və məlumatlar daxildir. Üçüncü qrup tele və kino reklamdan ibarətdir.Bukletlərdə reklam mətni ilə yanaşı mehmanxananın və ya mehmanxana şəbəkəsi rəhbərinin fotoşəkli, qısa tərcümeyi-halı, mehmanxananın ictimai və xeyriyyəçilik tədbirlərində iştirakı, fəaliyyəti və dünya mehmanxana sistemində tutduğu nüfuzlu yeri qeyd olunur. Reklam vərəqləri - bir vərəqdən ibarət olur, şəkilli və ya ancaq mətnlə olur. Kataloqlar - mehmanxana və onun göstərdiyi xidmətlərin qısa izahı və onların qiymətlərini göstərən çap nəşridir.
Yüklə 47,98 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə