1. İdarəetmə strukturunda təsdiqlənmiş mehmanxana işinin təşkilinin əsas modelləri


Mehmanxanada yanğın təhlükəsizliyinə dair təlimat



Yüklə 47,98 Kb.
səhifə38/46
tarix11.05.2022
ölçüsü47,98 Kb.
#86618
1   ...   34   35   36   37   38   39   40   41   ...   46
aydın mlm.imtahan

55. Mehmanxanada yanğın təhlükəsizliyinə dair təlimat.Biznes və ya turist səfərinə çıxan müsafirlərin qalacaqları iri şəhərlərdəki mehmanxanaların əksəriyyəti kifayət qədər təhlükəsizdir. Lakin mehmanxanalarda yanğın baş verməsi riski olduqca yüksək ola bilər.İstənilən halda isə istər sizin şəxsi rahatlığınız,istərsə də yanğın baş verəcəyi təqdirdə təhlükəsizliyi təmin etmək üçün aşağıdakı məlumatı diqqətlə oxumaq çox vacibdir. Xüsusən tüstü ilə bağlı təhlükəsizlik təlimatlarına fikir verilməlidir. Belə ki, tüstünün udulması nəticəsndə baş verən ölüm hallarının sayı yanğın ilə ölüm hallarından daha çoxdur. Bununla əlaqədar hər bir müsafirin bu məlumat sənədini oxumasını tövsiyyə edirik.Otağınıza daxil olarkən:Ən yaxın yanğın çıxışlarının yerini müəyyən edin və onlardan istifadə etməklə aşağı enin;Pilləkən meydançalarının ümumi yerləşmə planını və alternativ təxliyə marşrutlarını nəzərdən keçirin;Sizə ən yaxın yanğın siqnalizasiyasının yerini müəyyən edin.Əgər yanğın baş verərsə:Əgər yaxınlıqda yanğın siqnalizasiyası varsa onu işə salın. Əks təqdirdə mehmanxananın qəbul otağına zəng edin. Mümkün olarsa, yanğınsöndürmə idarəsinə şəxsən özünüz zəng edin;Təşvişə düşməkdənsə sakit olmağa çalışın.Mümkün olarsa otağı tərk edin.Otağın açarını özünüzlə götürün;Ağız və burun nahiyənizə nəm əsgi tutun və ya ətrafınızı yaş dəsmal ilə bürüyün; Qapını arxanızca örtün.Əgər otağınızı tərk etmək mümkün olmazsa: Vanna və çanağı soyuq su ilə doldurun;Otağınızı təcrid etmək üçün vanna otağındakı dəsmal və mələfələri yaş edərək qapının ətrafındakı çat yerlərindən və pəncərələrdən asın;Kondisioneri söndürün.Yadda saxlayın!Otağınıza daxil olarkən ən yaxın yanğın çıxışının yerini müəyyənləşdirin;Yanğın baş verdiyi təqdirdə dərhal otağı tərk edin. İlk olaraq standart təxliyə marşrutlarından istifadə edin.Plan cızmağa çalışın və təşvişə düşməyin.
Yüklə 47,98 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə