1. İdarəetmə strukturunda təsdiqlənmiş mehmanxana işinin təşkilinin əsas modelləri


Motel və kempiklərin funksional təyinatı



Yüklə 47,98 Kb.
səhifə45/46
tarix11.05.2022
ölçüsü47,98 Kb.
#86618
1   ...   38   39   40   41   42   43   44   45   46
aydın mlm.imtahan

62. Motel və kempiklərin funksional təyinatı. Motellər, bir qayda olaraq, nəqliyyat magistralları boyunca və ya bilavasitə turist zonalarında yerləşir. Turist zonalarında motellər mehmanxanalar kimi əlavə xidmətlər kompleksinin təklif edilməsi imkanına malik olurlar. Motellərin layihələndirilməsində əsas tələb nəqliyyat yollarının və dayanacaqların olmasıdır. Motel binaları adətən 1-2 mərtəbəli olur və kifayət qədər geniş sahə tutur.Kempinqlər - mətbəxi, özünəxidmət yeməkxanası, ticarət köşkləri, oyun meydançası, avtomobil dayanacağı və nəqliyyatın yuyulması üçün nəzərdə tutulmuş meydançası olan kottec və çadırlardan ibarətdir. Kempinqlər turistlər üçün ucuz və kütləvi yerləş­ dirmə müəssisəsidir. Kempinq üçün ayrılmış sahələr aşağıdakı tələblərə cavab verməlidir: nəqliyyatın girişi üçün abad yol, sahənin minimal enişliyi, küləkdən mühafizə üçün yaşıllıqların və ağacların olması. Bir çox ölkələrdə standartlara uyğun olaraq kempinqləri sahəsinə və komfort səviyyəsinə görə dərəcələrə bölürlər. Bütün kempinqlərdə enerji, su və kanalizasiya sistemlərinin olması vacib sayılır.Kempinqlər əsas dörd dərəcəyə bölünür:1.Tranzit kempinqlərdə minimum komfort olur və 48 saatdan artıq qalmaq nəzərdə tutulmur.2.istirahət gününün kempinqləri adətən kənd yerlərində yerləşir, fəal istirahət və idmanla məşğul olmaq üçün nəzərdə tutulur.3. Məzuniyyətdə olanlar üçün nəzərdə tutulan kempinqlər turistləri cəlb edən rayonlarda yerləşir və burada geniş məişət xidmətləri təklif olunur.4.Turist kempinqləri turist zonalarında yerləşir və bu tip yerləşdirmə müəssisələri arasında yüksək komforta malikdir.Hər bir kempinqin ərazisində 100 nəfər hesabı ilə rahatlıq və şərait olmalıdır:- paltarların yuyulması və ütülənməsi üçün otaq nəzərdə tutulur;- kempinqlərin ərazisində idman və uşaqlar üçün oyun meydan­ çaları yerləşir;- bu ərazidə su təchizatı, kanalizasiya və çirkab suların təmizlənməsi sistemi olur.
Yüklə 47,98 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə