1. İdarəetmə strukturunda təsdiqlənmiş mehmanxana işinin təşkilinin əsas modelləri


Mehmanxanaların xarici və daxili reklamlarının əhəmiyyəti



Yüklə 47,98 Kb.
səhifə42/46
tarix11.05.2022
ölçüsü47,98 Kb.
#86618
1   ...   38   39   40   41   42   43   44   45   46
aydın mlm.imtahan

59. Mehmanxanaların xarici və daxili reklamlarının əhəmiyyəti. Mehmanxananın xarici, zahiri görünüşündə işıqla tərtib edilmiş reklam vacib amildir. Zahiri, xarici işıqlı reklam mehmanxananın adının hafizədə qalmasında, ani qavranmasında, potensial qonağın diqqətini cəlb etməkdə böyük rol oynayır. Zahiri reklam neon, bilbord, brandmauer, rotafiş, sürətlə yazılan sətir və s. ibarətdir.Neon - mehmanxanada işıqlanan reklamdır. Bilbord - şitdə tərtib edilmiş reklamdır.Brandmauer - binanın divarına bərkidilmiş şit reklamı, ya da binanın divarına suvaq üstünə çəkilmiş rəsmdir. Adətən brendmauer üzərindəki reklam kifayət qədər iri ölçüdə olur. Üzərinə reklam çəkilmiş, daxildən işıqlanan, stasionar olan üçbücaqlar, qutular, kürələr rotafiş adlanır.Elektron tabloda rəngli reklam mətni ilə yanaşı, kino, video və ya kompüter nümayiş etdirmək olar.Reklam rolikini hazırlamaq üçün mehmanxana müdiriyyəti reklam mütəxəssislərinə müraciət edir. Reklam roliki teleyayımda verilir. Mehmanxananın imicini, nüfuzunu qaldırmaq üçün televiziya reklamından da istifadə olunur.Mehmanxananın daxili reklamında aşağıdakı məlumatlar öz əksini tapmalıdır:- bütün xidmətlərin iş rejimi, telefonu, yerləşdiyi yer;- əlavə xidmətlərin növləri və siyahısı;- kabel televiziyası və liftdən istifadə qaydaları;- məlumat şöbəsinin işi və s.Düzgün təşkil olunmuş xidmətlərin satışı çox vaxt mehmanxana nömrəsinin qiymətindən daha çox gəlir gətirir.
Yüklə 47,98 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə