Ii dəRS: kommunikasiya anlayişi haqqinda kommunikasiyanin əsas vasiTƏLƏRİ VƏ onlarin funksiyalari



Yüklə 36,91 Kb.
səhifə1/3
tarix29.11.2023
ölçüsü36,91 Kb.
#139695
növüDərs
  1   2   3
II dərs


II DƏRS: KOMMUNİKASİYA ANLAYIŞI HAQQINDA. KOMMUNİKASİYANIN ƏSAS VASİTƏLƏRİ VƏ ONLARIN FUNKSİYALARI
I. Kommunikasiya anlayışı haqqında məlumatın verilməsi.
1. Kommunikasiya insan fəaliyyətinin mühüm amili və fikir mübadiləsi (ünsiyyət) prosesi kimi.
2. Kommunikasiyanın əsas vasitələri: dil və yazı.
1. Dilin funksiyaları. Kommunikativliyin dilin əsas funksiyası olması.
2. Dil və nitq
Kommunikasiya anlayışı haqqında məlumatın verilməsi.
“Kommunikasiya” (“communication”) latın mənşəli termin olub, bir neçə məna ifadə edir: rabitə, ünsiyyət, əlaqə, “ümumi” və ya “hamı ilə paylaşılan” və s. Kommunikasiya anlayışından iki anlamda istifadə edilir: nəqliyyat, rabitə, şəhər təsərrüfatı şəbəkəsini anlatmaq üçün və informasiyanın ötürülməsini, mübadiləsini təsvir etmək üçün.
Birinci mənada (rabitə) bu söz texniki vasitələrin köməyi ilə müəyyən məsafədə əlaqə saxlayan sistem mənasını ifadə edir. İkinci mənada (ünsiyyət) isə qarşılıqlı anlaşmaya dayanan ünsiyyət aktı, iki və ya daha artıq insan arasında informasiya mübadiləsinə əsaslanan əlaqə mənasını ifadə edir. Son dövrlərdə geniş yayılmış “kommunikasiya” termini çox zaman “ünsiyyət” sözü ilə sinonim kimi işlənir.
Kommunikasiya insana hava və su kimi gərəkli olub, onun həyat və fəaliyyətinin zəruri hissəsini təşkil edir, onu müxtəlif sahələrdə müşayiət edir.
Ünsiyyət aktı və ya kommunikasiyanın əsasında bir neçə vacib məqam dayanır:
1. iki və ya daha artıq insanın bu prosesə cəlb olunması;
2. informasiya mübadiləsi;
3. qarşılıqlı hörmət və anlaşma.
Ünsiyyət real fəaliyyətdir, əsas göstəricisi və vasitəsi nitqdir – daim şifahi və ya yazılı nitq şəklində təzahür və inkişaf edir. Bu fəaliyyət təkcə hər hansı birgə işin əməli və praktik həllini yox, eyni zamanda mənəvi tələbatı əhatə edir, nəticədə mənəvi-informasiya mübadiləsi baş verir. Ünsiyyət prosesi mənəvi məzmun qazanaraq digər şəxslərlə qarşılıqlı əlaqələrə zəmin yaradır, bütövlükdə cəmiyyətin həyat fəaliyyətini səciyyələndirir. Ünsiyyət insan amilidir, bütün göstəriciləri sosial kontekstlə – insanla bağlıdır, əsas mənbəyi insan təfəkkürü, intellektidir, idrakdan, davranış norması və hissi təsəvvürlərin məcmusundan asılı olaraq düşüncələri büruzə verir. Sonralar bu rasional münasibətə, şəxsi davaranış qaydalarına – dostluğa, əməkdaşlığa və s. çevrilə bilir. İnsanlar ünsiyyətlə bir-birilərini tanıyırlar! Bu formulda insanların qarşılıqlı əlaqələrinin vacibliyi və hər birinin ünsiyyət fərdiliyi ehtiva olunur, belə yanaşma ünsiyyətin həm də mədəniyyətin əsas elementi, atributu olduğuna işarədir, “İnsan insanı yalnız ünsiyyət, qarşılıqlı əlaqə vasitəsilə kəşf edir və bu üsulla özünü də tanıyır”
İnsanın sosial statusu ünsiyyət mədəniyyəti ilə birbaşa bağlıdır; həyatda effektiv ünsiyyət qura bilmək bacarığı, bu bacarıqlara yiyələnmək və onu inkişaf etdirmək, hər şeydən əvvəl, ünsiyyət mədəniyyətinin səviyyəsinə təsir edir.
Ünsiyyətdə səmimiyyətə yüksək dəyər verilir – fikir qarşılığı rəqabət yox, sağlam düşüncəyə, inandırmaya, o da öz növbəsində ümumi nəticələr çıxarmağa əsaslanır. Ünsiyyətin əsas məqsədi təkcə informasiya ötürmək və ya almaq deyil, həm də ona dəstək vermək, onu qurmaq, insanlar arasında qarışlıqlı anlaşmanın daha yüksək səviyyəsinə çatdıra bilməkdir. Bu da mədəniyyət amili ilə həyata keçirilir.
İnsanların bir-biri ilə kommunikasiya qurmaq bacarığı onlara bəşər sivilizasiyasına müxtəlif töhfələr verməyə, nailiyyətlər əldə etməyə (kosmosu fəth etməyə, yerin təkinə getməyə və s.) kömək edir. Kommunikasiya həmçinin insan hisslərini (etirafetmə, kədər və sevincini bölüşmə və s.) ifadə edir. Kommunikasiya şəxsiyyətin formalaşmasına, tərbiyəsinə, intellektual inkişafına kömək edir. O, insanlara işbirliyi yaratmağa, nəzərdə tutulan işləri müzakirə etməyə və reallaşdırmağa imkan verən vasitədir. Kommunikasiya insanlar arasında hər hansı problemi, anlaşılmazlığı danışıq və fikir mübadiləsi vasitəsilə həll etmək gücünə malik “qızıl” bir vasitədir.
Kommunikasiya bacarığı (mədəniyyəti) cəmiyyətdə tutduğu mövqeyindən, işindən, peşəsindən asılı olmayaraq hamı üçün vacibdir. Belə ki, sahibkar da, həkim də, memar da, satıcı da, bir sözlə, hər kəs öz işini yerinə yetirərkən danışıqlar aparmağa, nəyisə müzakirə etməyə, məsləhətləşməyə, sual verməyə, cavab almağa məcburdur. Göründüyü kimi, kommunikasiyasız, ünsiyyətsiz heç bir fəaliyyət mümkün deyil. Bu isə onu göstərir ki, istənilən peşəkar fəaliyyətin uğuru düzgün kommunikasiya qurmaq bacarığından asılıdır.
Kommunikasiya prossesinin həyata keçirilməsinin 4 əsas elementi var:

  • İnformasiyanı göndərən

  • Məlumat-informasiyanin özü

  • Kanal-informasiya ötürücü vasitə

  • İnformasiya qəbul edən

Yüklə 36,91 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə