1. İdarəetmə strukturunda təsdiqlənmiş mehmanxana işinin təşkilinin əsas modelləri


Mehmanxananın layihələndirilməsində normativ və tövsiyəvi sənədlər



Yüklə 47,98 Kb.
səhifə44/46
tarix11.05.2022
ölçüsü47,98 Kb.
#86618
1   ...   38   39   40   41   42   43   44   45   46
aydın mlm.imtahan

61. Mehmanxananın layihələndirilməsində normativ və tövsiyəvi sənədlər.Mehmanxananın layihələndirilməsi normativ və tövsiyəvi sənədlər əsasında aparılır. Mehmanxana layihələrində binanın ümumi həcmi, tikilinin sahəsi, tikintinin, materialların, konstruksiyaların, iaşə müəssisələrinin və əlavə xidmətlərin, mühəndis avadanlığının qiyməti, otaqların və yerlərin sayı ciddi nizamlanır. Mehmanxanalar bir çox xassələrinə görə fərqlənir: konstruksiyaların növü, ümumi tutumu, mərtəbələrin sayı, təyinatı, istismar üsulu və s. Konstruksiyaların növünə və istifadə olunmuş materiallara görə mehmanxanalar karkaslı, bloklu və s. fərqlənir.Komfortun səviyyəsi yalnız mehmanxananın maddi bazasının vəziyyəti ilə deyil, həmçinin işçilərin yüksək xidmət göstərmək qabiliyyəti ilə də qiymətləndirilir. Mehmanxananın interyeri estetik, bədii məna daşımalı, binanın funksional təyinatına cavab verməlidir. Mebellə yanaşı, yataq dəstləri, xalçalar, xalça örtükləri və s. yüksək estetik səviyyədə olmalıdır.Funksional təyinatına görə mehmanxana vestibül, yaşayış və qeyri-yaşayış sahəsi, qonaqların qidalanması üçün nəzərdə tutulmuş obyektlər, ticarət-məişət xidməti, idman və əyləncə ilə məşğul olmaq üçün yerlər,konfrans və simpoziumlar keçirmək üçün zallar və s.-dən ibarətdir, Vestibül sahəsi məsuliyyətli yerdir. Burada qonaqlar qarşılanır və yola salınır.Mehmanxananın isitmə sistemi su, hava və ya buxarla ola bilər. Mehmanxananın yaşayış sahəsi üçün adətən xüsusi isitmə sistemi mövcud olur. Elektrik sistemində adətən iki sxem nəzərdə tutulur: əsas mənbədən olan xətt və ehtiyat xətti.Mehmanxanalarda xəbərdarlıq sistemləri çoxməqsədli audiosistemdən ibarət olur. Bu sistemin funksiyası mehmanxana personalına fövqəladə xəbərləri çatdırmaq, mikrofondan yazılmış məlumatları səsləndirmək, radioproqramların və digər xəbərlərin yayımını, musiqili fonun yaradılması və s.-dən ibarətdir.
Yüklə 47,98 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə