1. Beynəlxalq hüququn mahiyyəti, predmeti və sistemi



Yüklə 93,38 Kb.
səhifə41/43
tarix24.01.2022
ölçüsü93,38 Kb.
#83104
1   ...   35   36   37   38   39   40   41   42   43
Huquq 75

İkili vətəndaşlıq (bipatrizm) – şəxsin iki və ya artıq vətəndaşlığının olmasıdır. İkili vətəndaşlıq naturalizasiya zamanı və ya “qan hüququ” prinsipi tətbiq edən dövlətin vətəndaşlarının “torpaq hüququ” tətbiq edən dövlətin ərazisində uşağı doğularkən ortaya çıxa bilər. İkili vətəndaşlıq şəxs üçün əlavə çətinliklər yarada bilər. Məsələn, hər iki dövlətdə hərbi xidmət; hər iki dövlətə vergi ödənilməsi və s. Digər tərəfdən, ikili vətəndaşlıq müvafiq iki dövlət üçün də mənfi nəticələr ortaya çıxarır; bu, əsasən, həmin şəxsə diplomatik müdafiəni hansı dövlət tərəfindən təmin edilməsi ilə bağlıdır. Bu səbəbdən, habelə dövlət suverenliyində çıxış edərək, ikili vətəndaşlığı olan şəxsi, dövlət, bir qayda olaraq, öz vətəndaşı kimi tanıyır. Mübahisəli məsələ olduqda beynəlxalq məhkəmə təcrübəsində “effektiv və təndaşlıq” prinsipindən istifadə olunur: ikili vətəndaşlığı olan şəxs daimi yaşadığı, işlədiyi, daşınmaz əmlakının yerləşdiyi dövlətin vətəndaşı sayılr. İkinci vətəndaşlıqdan fərqli olaraq, ikili vətəndaşlıq ölkələr arasında müvafiq müqavilə bazası olduqda icazə verilir. Dövlətlər yuxu vətəndaşlığının əsas prinsipindən irəli gəlir, yəni başqa vətəndaşlığı olan öz vətəndaşlarını yalnız öz vətəndaşları hesab edirlər.

Vətəndaşsızlıq - heç bir dövlətə mənsub olmayan şəxslər vətəndaşsızlar və apatrtidlər adlanırlar. Vətəndaşsızlıq problemi müxtəlif səbəblərdən meydana gəlir. Məsələn qadın ərə gedərkən vətəndaşlıq qanun vericiliyi "qadın kişinin vətəndaşlığına keçir" prinsipinə uyğun onun vətəndaşlığı kənar edilirsə və ərin mənsub olduğu dövlətin qanunvericiliyi qadının vətəndaşlığını qəbul etmirsə, uşaq vətəndaşlığı olmayan belə valideynlərdən doğulursa yada şəxs bu və ya digər səbəblərdən vətəndaşlığını itirib, yeni vətəndaşlıq əldə edə bilmirsə belə hal yaranır.


  1. Yüklə 93,38 Kb.

    Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə