1. Beynəlxalq hüququn mahiyyəti, predmeti və sistemi


Dövlətlərin məsuliyyətini istisna edən hallar



Yüklə 93,38 Kb.
səhifə43/43
tarix24.01.2022
ölçüsü93,38 Kb.
#83104
1   ...   35   36   37   38   39   40   41   42   43
Huquq 75

Dövlətlərin məsuliyyətini istisna edən hallar

 Dövlətin istənilən beynəlxalq hüquqa zidd əməli onun beynəlxalq məsuliyyətinı ortaya çıxarır. Lakin bəzən elə hallar baş verir ki, dövlət öz beynəlxalq öhdəliklərini lazımi qaydad və müddətdə yerinə yetirə bilmir və yaxud məcburi pozmalı olunr. Bu zaman həmin dövlətin 

əməlində formal olaraq beynəlxalq hüquq pozuntusu tərkibi olsa da, o, beynəlxalq məsuliyyətdən azad edilir. Bu hallar aşağıdakılardır: razılıq; əks tədbirlər; fors-major və qabaqcadan görünə bilməyən hadisə; fəlakət; son zərurət; özünümüdafiə. 

Razılıq. əgər bir dövlət başqa bir dövlətin formal olaraq beynəlxalq hüquq pozuntusu hesab edilən əməlinə özü razılıq vermişsə, bu halda ikinci dövlətin beynəlxalq məsuliyyəti istina edilir. Məsələn, məlumdur ki, dövlətin öz qoşunlarını xarici dövlətin ərazisinə yeritməsi büynəlxalq hüququn ciddi pozuntusu kimi nəzərdən keçirilir. Lakin əgər qoşunların yeridilməsi həmin xarici dövlətin xahişi və ya razılığı ilə həyata keçirilirsə, onda göstərilən əməlin büynəlxalq hüquqa ziddiliyi istisna olunur. əlavə edək ki, dövlətin razılığı hüquqi cəhətdən etibarlı olmalıdır, yəni belə bir razılıq səhv, şantaj və ya güc tətbiqi nəticəsində verilməməlidir. 

əks tədbirlərin hüquqi təbiəti barədə aşağıda ətraflı bəhs ediləcəkdir. 



 

Fors-major və qabaqcadan görünə bilməyən hadisə. əgər dövlətin öz beynəlxalq öhdəliyini pozmasına qarşısıalinmaz qüvvə (“fors-major”) və ya qabaqcadan görünə bilməyən hadisə səbəb olubsa, həmin dövlət bu halda beynəlxalq məsuliyyət daşımayacaqdır. Məsələ burasındadır ki, fors-major halında (məsələn, zəlzələ, sel, yanğın və s.) dövlət başqa bir dövlətə vurulan zərərin qarşısını heç cür ala bilmir. Dövləti beynəlxalq məsuliyyətdən azad edən əsas kimi fors-major Dəniz hüququ üzrə1982-ci il BMT Konvensiyasında (98-ci maddə), Neftlə çirklənmədən dəyən zərərə görə mülki məsuliyyət haqqında 1992-ci il Beynəlxalq Konvensiyasında (111-ci maddə) nəzərdə tutulmuşdur. 



Falakat. Bu, o hallardır ki, dövləti təmsil edən orqan və ya şəxslər təbiət qüvvələrinin və ya qəzaların təsiri altında, özlərinin və yaxud onlara etibar olunmuş adamların həyatını xilas etməyə başqa imkanları olmadığından, həmin dövlətin beynəlxalq öhdəliyini pozmuş olurlar. Fors-majordan fərqli olaraq, fəlakət halında, faciəvi nəticələrdən yan qaçmaq üçün beynəlxalq hüquq norması şüurlu surətdə, başa düşülarək pozzulur (məsələn, fəlakətə uğrayan gəminin kapitanı icazəsiz xarici dövlətin limanını daxil olur; labüd qəzadan yan və sərnişinlərin həyatını xilas etmək üçün təyyarənin pilotu icazəsiz əcnəbi dövlətin ərazisinə enməli olur və s.) Bütün bu hallarda beynəlxalq hüquq pozulsa da, dövlətin məsuliyyəti istisna olunur. 
Yüklə 93,38 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə