1. Beynəlxalq hüququn mahiyyəti, predmeti və sistemi


L İnkorporasiya («daxiletmə»)



Yüklə 93,38 Kb.
səhifə37/43
tarix24.01.2022
ölçüsü93,38 Kb.
#83104
1   ...   33   34   35   36   37   38   39   40   ...   43
Huquq 75

L İnkorporasiya («daxiletmə»).Bu zaman beynəlxalq hüquq normaları, onların məcburiliyi dövlət tərəfindən müvafiq qaydada tanındıqdan sonra heç bir dövlətdaxili akt olmadan birbaşa milli hüquqa daxil edilir və milli hüquq normalan kimi tətbiq edilir. İnkorporasiya aşağıdakı qaydada formulə edilir: «beynəlxalq hüquq milli hüququn tərkib hissəsidin). Dünyanın əksər ölkələrində,o cümlədən Azərbaycan Respublikasında bu üsuldan istifadə olunur.

2. Transformasiya («çevirmə»).

Bu halda beynəlxalq hüquq ipso facto milli hüququn hissəsi sayılmır. Beynəlxalq hüquq milli hüquqa ayrı-ayrı qanunvericilik.aktları vasitəsilə daxil edilir (yəni beynəlxalq hüquq milli hüquqa «çevrilİD>, «transformasiya edilİD>). Deməli, beynəlxalq nonnanı milli hüquq sisteminə gətirən qanun verilməyibsə, milli məhkəmə həmin normanı heç cür tətbiq edə bilməz. Böyük Britaniyada, Skandinaviya ölkələrində, Tailandda və bir sıra digər dövlətlərdə transformasiya üsulu əsas götürülür.



  1.  Beynəlxalq müqavilənin bağlanması 

Beynəlxalq müqavilənin bağlanması bir neçə ardıcıl mərhələdən ibarət olan bir prosesdir. 

Bu mərhələlər aşağıdakılardır:  

1. Müqavilənin mətninin tərtib olunmaı və qəbulu. 

2. Müqavilənin mətninin autentikliyinin müəyyən olunması.     

3. Müqavilənin məcburiliyinə razılığın ifadə olunması. 

Dövlətlər arasında müqavilələr onların nümayəndələri tərəfindən bağlanılır. Müqavilənin bağlanmasında, daha doğrusu, yuxarıda göstərilmiş ilk iki mərhələdən birində və ya hər ikisində iştirak etmək üçün həmin nümayəndəyə xüsusi sənəd – vəkalət verilir. Vəkalət milli qanunvericiliyə müvafiq olaraq, dövlətin səlahiyyətli orqanları tərəfində verilir. Dövlətin müəyyən vəzifəli şəxslərinə, onların vəzifə mövqeyinə görə xüsusi vəkalət lazım deyil. 1969-cu il Vyana Konvensiyasına görə, bu şəxslər aşağıdakılardır: 1) dövlətlərin başçıları; 2) hökumətlərin başçıları; 3) xarici işlər nazirləri; 4) diplomatik nümayəndəliklərin başçıları və 5) dövlətlərin beynəlxalq konfranslardakı və beynəlxalq təşkilatlardakı nümayəndələri. Diplomatik nümayəndəliyin başçısı yalnız öz dövləti ilə akkreditə olunduqları dövlət arasındakı müqavilənin, dövlətin beynəlxaq konfranslardakı və beynəlxalq təşkilatlardakı 


nümayəndəsi isə yalnız bu konfrans və ya təşkilat çərçivəsində bağlanılan müqavilənin mətninin qəbul olunması ilə bağlı hərəkətləri həyata keçirə bilər.  
Beynəlxalq təşkilatın iştirakı ilə müqavilələr bağlanılması üçün həmin təşkilatın qaydalarına əsasən onu təmsil edən şəxsə vəkalət tələb olunmur (1986-cı il Vyana Konvensiyasının 7-ci maddəsi). 

Vəkaləti olmayan şəxs tərəfindən və ya vəkalətin pozulması ilə, beynəlxalq müqavilənin bağlanılması ilə əlaqədar hər hansı hərəkətin həyata keçirilməsi, əgər müvafiq dövlət bundan sonra bu hərəkəti təsdiq etmirsə, heç bir hüquqi əhəmiyyətə malik olmur. Beynəlxalq müqavilənin mətninin tərtib olunması və qəbulu aşağıdakı üç formadan biri vasitəsilə həyata keçirilir: 



danışıqlar; beynəlxalq konfranslar; Məsələn, Beynəlxalq Cinayət Məhkəməsinin Statutu 1998-ci il iyulun 17-də Roma Beynəlxalq diplomatik konfransında qəbul olunmuşdur. 


Yüklə 93,38 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə