1. Audit və auditor haqqında anlayış və onların mahiyyəti


Auditin bazar iqtisadiyyatı şəraitində rolu



Yüklə 1,48 Mb.
səhifə3/68
tarix25.05.2023
ölçüsü1,48 Mb.
#112824
1   2   3   4   5   6   7   8   9   ...   68
Audit suallar-Ayten

2.Auditin bazar iqtisadiyyatı şəraitində rolu.
Bazar iqtisqdiyyatı şəraitində nəzarət funksiyası makro- və mikro səviyyədə həyata keçirilir.Makro- səviyyədə nəzarət – dövlət nəzarəti – təsərrüfat subyektlərinin fəaliyyətləri üzərində nəzarət orqanları tərəfindən aparılır.Mikro-səviyyədə nəzarət – idarəetmə funksiyalarından biridir.Dövlət nəzarəti müxtəlifistiqamətli olmaqla, milli iqtisadiyyatın bütün tərəflərini əhatə edir. Dövlət nəzarətinin istiqamətlərindən biri – maliyyə nəzarətidir. Ümumdövlət maliyyə nəzarəti aşağıdakı məsələləri həll edir:

  • Azərbaycan Respublikasının büdcəsinin əmələ gəlməsi və istifadəsi üzərində nəzarət;

  • kredit resurslarından düzgün və səmərəli istifadə üzərində nəzarət;

  • pul, vergi və valyuta siyasəti siyasətinin həyata keçirilməsi üzərində nəzarət;

  • dövlətin daxili və xarici borcları üzərində nəzarət.

Dövlətin sahəvi nəzarətinin əsas forması – təftişdir. Təftişin əhəmiyyəti – təsərrüfat əməliyyatlarının qanuna müvafiqliyinin və həmin əməliyyatların icrası zamanı vəzifəli şəxslərin hərəkətlərinin normativ aktlara uyğunluğunu yoxlamaqdır. Beləliklə, təftiş, kommersiya təşkilatlarında mikrosəviyyədə nəzarəti həyata keçirir. Lakin, investorları təkcə işlərin qanunamüvafiq aparılması deyil, həm də həyata keçirilən təsərrüfat-maliyyə əməliyyatlarının iqtisadi səmərəliliyi və məqsədəmüvafiqliyi maraqlandırır.
Bazar iqtisadiyyatında müəssisələrin fəaliyyəti haqqında həqiqi informasiyalar mühüm rol oynayır. Bu, ilk növbədə sаhibkаr üçün müəssisənin fəaliyyətinin inkişaf etdirilməsi strateqiyasının hazırlanması və səmərəliliyin yüksəldilməsi metodlarının müəyyən edilməsi, dövlət orqanları üçün vergitutma ilə əlaqədar haqda qanunveriæilik aktlarına əməl olunmasına nəzarət, banklara, digər kreditorlara və sığorta şirkətlərinə müəssisənin ödəmə qabiliyyətini və kreditlərin qaytarılması ehtimalının qiymətləndirilməsi, sığorta riskinin müəyyən edilməsi üçün zəruridir.
Eyni zamanda malgöndərənlər, alıcılar, investorlar və təsərrüfat subyekti ilə işgüzar qarşılıqlı əlaqələrə malik olan müəssisə və təşkilatlar da informasiyaların dürüst olmasında maraqlıdır.
İqtisad elminin inkişafı aşağıda qeyd edilmiş 5 mənbədən qidalanır:

  • Yeni tədqiqat metodları ilə(“oyunlar nəzəriyyəsi”);

  • Daxiki inkişaf ( qeyri-mükəmməl rəqabət nəzəriyyəsi);

  • Fənlərarası əməkdaşlıq(bihevioristik iqtisadiyyat);

  • Yeni iqtisadi problemlər(Böyük depressiya, sovet sosializminin məhvi-keçid iqtisadiyyat);

  • Uzunmüddətli problemlərin müşahidəsi(yeni iqtisadi coğrafiya)– müşahidələrin dəqiqliyi və etibarlılığı – Auditin elmi əsasını təşkil edir.

İnkişaf etmiş bazar yönlü bütün dövlətlərdə mühasibat uçotunun, eləcə də dövlət orqanlarına təqdim olunan və nəşr olunan maliyyə hesabatlarının düzgünlüyünə müstəqil nəzarət həyata keçirilir.

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə