1. Audit və auditor haqqında anlayış və onların mahiyyəti



Yüklə 1,48 Mb.
səhifə14/68
tarix25.05.2023
ölçüsü1,48 Mb.
#112824
1   ...   10   11   12   13   14   15   16   17   ...   68
Audit suallar-Ayten

15 – ci standart: İlk auditor yoxlaması – ilkin qalıq.
Audit standartının məqsədi maliyyə hesabatının auditi ilk dəfə və yaxud əvvəlki dövrdə başqa auditor tərəfindən aparıldığı hallarda ilkin qalığa dair tövsiyələrin verilməsi və standartın müəyyən edilməsindən ibarətdir.
16 – cı standart: Analitik prosedurlar.
Audit standartının məqsədi auditor yoxlaması aparılan zaman analitik prosedurların tətbiqinə dair tövsiyələrin verilməsi və standartın müəyyən edilməsindən ibarətdir.
17 – ci standart: Auditorun seçməsi.
Audit standartının məqsədi auditorun seçməsi prosedurlarından istifadə üzrə və standartın müəyyən edilməsindən ibarətdir.
18 – ci standart: Əhəmiyyətli qiymətləndirmənin auditi.
Audit standartının məqsədi maliyyə hesabatının əks etdirilən əhəmiyyətli qiymətləndirmənin auditinə dair tövsiyələrin və standartın müəyyən edilməsindən ibarətdir.
19 – cu standart: Əlaqədar tərəflər.
Audit standartının məqsədi “Əlaqədar tərəflər haqqında məlumatların açıqlanması” beynəlxalq maliyyə hesabatları standartına daxil edilib – edilməsindən asılı olmayaraq əlaqədar tərəflərə auditorun vəzifələri haqqında tövsiyələrin verilməsi və standartın müəyyən edilməsindən ibarətdir.
20 - ci standart: Sonrakı hadisələr.
Audit standartının məqsədi sonrakı hadisələrlə əlaqədar auditorun vəzifələrinə dair tövsiyələrin verilməsi və standartın müəyyən edilməsindən ibarətdir.
21-ci standart: Müəssisənin fəaliyyətində fasiləsizlik haqqında ehtimal.
Audit standartının məqsədi maliyyə hesabatının yoxlanması zamanı müəssisənin fəaliyyətində fasiləsizlik haqqında maliyyə hesabatının tərtib edilməsi üçün əsas hesab edilməsinin münasibliyi barədə auditorun vəzifələrinə dair tövsiyələrin verilməsi və standartın müəyyən edilməsindən ibarətdir.
22-ci standart: Rəhbərliyin məlumatı.
Audit standartının məqsədi təsərrüfat subyektlərinin rəhbərliyi tərəfindən təqdim edilmiş məlumatların auditor sübutu kimi qiymətləndirilməsi və sənədləşdirilməsi, və standartın müəyyən edilməsindən ibarətdir.
23-cü standart: Başqa auditorun işinin nəticəsindən istifadə edilməsi.
Bu standartının məqsədi təsərrüfat subyektlərinin mühasibat (maliyyə) hesabatına daxil edilən bir və ya bir necə bölmənin maliyyə informasiyasını yoxlayan başqa auditorun işinin nəticələrindən istifadə edərək, auditorun həmin təsərrüfat subyektlərinin mühasibat hesabatı barədə auditor rəyi tərtib etdiyi hallar üçün tövsiyələrin verilməsi və standartın müəyyən edilməsindən ibarətdir.
24-cü standart: Daxili audit işinə baxılması.
Audit standartının məqsədi daxili audit işlərinə baxılarkən kənar auditorlar üçün tövsiyyələrin verilməsi və standartın müəyyən edilməsindən ibarətdir.

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə