1. Audit və auditor haqqında anlayış və onların mahiyyəti



Yüklə 1,48 Mb.
səhifə1/68
tarix25.05.2023
ölçüsü1,48 Mb.
#112824
  1   2   3   4   5   6   7   8   9   ...   68
Audit suallar-Ayten


1.Audit və auditor haqqında anlayış və onların mahiyyəti.
Bazar iqtisadiyyatı şəraitində nəzarət funksiyası makro və mikro səviyyədə həyata keçirilir.
Makro-səviyyədə nəzarət–dövlət nəzarəti–təsərrüfat subyektlərinin fəaliyyətləri üzərində nəzarət orqanları tərəfindən aparılır.
Mikro-səviyyədə nəzarət – idarəetmə funksiyalarından biridir.
Dövlət nəzarəti müxtəlif istiqamətli olmaqla, milli iqtisadiyyatın bütün tərəflərini əhatə edir. Dövlət nəzarətinin istiqamətlərindən biri – maliyyə nəzarətidir.
Ümumdövlət maliyyə nəzarəti aşağıdakı məsələləri həll edir:

Dövlətin sahəvi nəzarətinin əsas forması – təftişdir. Təftişin əhəmiyyəti – təsərrüfat əməliyyatlarının qanuna müvafiqliyinin və həmin əməliyyatların icrası zamanı vəzifəli şəxslərin hərəkətlərinin normativ aktlara uyğunluğunu yoxlamaqdır. Beləliklə, təftiş, kommersiya təşkilatlarında mikro səviyyədə nəzarəti həyata keçirir. Lakin, investorları təkcə işlərin qanuna müvafiq aparılması deyil, həm də həyata keçirilən təsərrüfat-maliyyə əməliyyatlarının iqtisadi səmərəliliyi və məqsədəmüvafiqliyi maraqlandırır.
Bazar iqtisadiyyatında müəssisələrin fəaliyyəti haqqında həqiqi informasiyalar mühüm rol oynayır. Bu, ilk növbədə sаhibkаr üçün müəs­sisənin fəaliy­yətinin inkişaf etdirilməsi strateqi­ya­sının hazırlanması və səmərəliliyin yüksəldil­məsi metodlarının müəyyən edilməsi, dövlət orqanları üçün vergitutma ilə əla­qədar haqda qanunvericilik aktlarına əməl olunmasına nəzarət, banklara, di­gər kre­ditorlara və sığorta şirkətlərinə müəssisənin ödəmə qabiliyyətini və kre­ditlərin qay­tarılması ehtimalının qiymətləndirilməsi, sığorta riskinin müəyyən edilməsi üçün zəruridir. Eyni zamanda mal­gön­dərənlər, alıcılar, investorlar və təsərrüfat subyek­ti ilə işgüzar qar­şılıqlı əlaqələrə malik olan müəssisə və təşkilat­lar da informa­siyaların dürüst olmasında maraqlıdır.

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə