0g9az(1-6)esas



Yüklə 3,99 Kb.
Pdf görüntüsü
səhifə11/61
tarix14.01.2018
ölçüsü3,99 Kb.
#20742
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   61

 
 
39 
 
•   I  fəsil  •  
Relyef və onun təsərrüfata təsiri
 
 
• 
Hamersli və MakDonnel dağları qədimdə baş vermiş tektonik hərəkətlər nəticəsində 
yaranmışdır.  Platolar  arasında  ovalıqlar  yerləşir.  Onlardan  ən  nəhəngləri  Böyük 
Viktoriya və Böyük Qumlu səhralarıdır. Hamar düzənliklər üzərindən çox da hündür 
olmayan massivlər ucalır ki, bunlardan da ən məşhuru Ulurudur (və ya Eyrs-Rok). 
 
 
 
 
 
Şərqi Avstraliyada dağlar üstünlük təşkil edir. Materikin şərq sahilləri boyunca 
çox da yüksək olmayan qədim Böyük Suayırıcı silsilə dağları uzanır. O, ayrı-ayrı 
massivlərdən  ibarətdir  və  onlardan  da  ən  hündürü  Avstraliya  Alpları  massividir. 
Burada ən yüksək zirvə hündürlüyü 2228 m olan Kostyuşko dağıdır.  Bu regionun 
ən nəhəng düzənliyi Mərkəzi ovalıqdır (Mərkəzi adlansa da, ancaq materikin şərqinə 
yaxın yerləşir). Murrey və Darlinq düzənlikləri eyniadlı çayların gətirdiyi çöküntülər 
nəticəsində yaranmışdır. Nə vaxtsa dənizin dibi olmuş alçaq düzənliklər okean sahil-
lərində  yerləşmişdir.  Bu,  şimalda  yerləşən  Karpentariya  və  cənubda  yerləşən 
Nallarbor düzənlikləridir.
 
 
 
 
 
 
1.  Mətndən Avstraliyanın relyef formalarının adlarını dəftərinizə yazın, fiziki xəritədə göstərin və 
kontur xəritədə qeyd edin. 
 
2. Cədvəldə coğrafi adları qruplaşdırın. 
Qərbi 
Şərqi 
ovalıq 
plato, dağlar 
ovalıq 
dağlar 
 
 
 
 
 
 
 
 
 
• Uluru. Avstraliyanın mərkəzi hissəsində yerləşir. Mas-
siv qırmızı qumlarla örtülüdür. Ulurunun uzunluğu 3,6 
km, eni 3 km-ə qədər, hündürlüyü isə 348 metrdir. 
 
Müzakirə edin:  
1. Ulurunun yamaclarında dərin çatlar və mağaralar necə 
formalaşa bilər? Onların yaranmasında hansı ekzogen 
amil əsas rol oynamışdır? 
2. Burada qayaüstü rəsmlərin və daş oymalarının çox 
olması nəyi göstərir? 
3. Ulurunu Azərbaycanın hansı ərazisi ilə müqayisə 
etmək olar? 
  
Mətn və şəkil üzrə iş
• Avstraliya faydalı qazıntı yataqlarının  kəşfiyyatı və çıxarılmasının proqramlaş-
dırılmasına görə dünyanın ən qabaqcıl ölkələrindən biridir. Bu sahə üzrə ölkədə 
nəhəng elmi mərkəzlər yaradılmışdır.  
 
 
Biliklərin tətbiq edilməsi və yoxlanılması
 


 
 
40 
 
 A
ZƏRBAYCANIN RELYEFİ 
Azərbaycanın iri relyef formaları tektonik proseslər nəticəsində əmələ gəlmişdir. 
Bu formalar yüz və minlərlə kvadrat kilometr əraziləri əhatə edən tektonik zonaları 
əmələ gətirir.  
 
 

Müzakirə edin:  
1. Böyük Qafqaz hansı tektonik 
zonaya uyğun gəlir?  
2. Talış və Naxçıvanın dağ 
sistemləri hansı tektonik zonada 
yerləşmişdir?  
3.  Kür-Araz ovalığı hansı tektonik 
zonadadır?  
4. Samur-Dəvəçi ovalığının uyğun 
gəldiyi tektonik zona hansıdır?   
5. Tektonik zonaların relyeflə əla-
qəsini müəyyən edin. 
  
Xəritə üzrə iş
 
Azərbaycanın oroqrafik xəritəsi
Azərbaycanın tektonik zonaları


 
 
41 
 
•   I  fəsil  •  
Relyef və onun təsərrüfata təsiri
 
 
• 
Tektonik zonalar Yer qabığının üfüqi və şaquli hərəkəti nəticəsində yaranır. Şa-
quli  tektonik  hərəkətlər  qalxan  və  ya  enən  ola  bilir.  Qalxan  hərəkətlər  tektonik 
qalxma zonalarını, enən hərəkətlər isə tektonik çökmə zonalarını əmələ gətirir.  
 
 
 
Azərbaycan Respublikasının ərazisi Şərqi Avropanın litosfer tavası ilə Ərəbistan 
litosfer tavasının toqquşduğu sərhəddə yerləşir. Ərazi tamamilə Alp-Himalay qırışıq 
zonasına daxildir. Azərbaycan ərazisi 5 iri tektonik zonaya ayrılır:   
1. Ön Qafqaz çökmə (əyilmə) zonasına Samur-Dəvəçi ovalığı, Şollar düzü aiddir.  
2. Böyük Qafqaz qalxma zonasına Böyük Qafqazın cənub və şimal-şərq yamacı, Ab-
şeron-Qobustan və həmçinin də Qusar maili düzənliyinin əsas hissəsi daxildir.   
3. Kür çökəkliyi zonasına Qanıx-Əyriçay çökəkliyi, Acınohur-Ceyrançöl öndağlığı 
və Kür-Araz ovalığı aiddir.   
4. Kiçik Qafqaz qalxma zonası bütün Kiçik Qafqaz dağlarını, (o cümlədən, Naxçıva-
nın dağlıq hissəsini) və Talış dağlarını əhatə edir.  
5. Araz cavan platformasına Naxçıvanın Arazboyu maili düzənliklərinin əksəriyyəti 
daxildir. 
Tektonik proseslər nəticəsində 
süxurlarda
 tektonik qırılmalar əmələ gələ bilər.     
 
 
Belə  qırılmalar  relyefdə  aydın  əks  olunur.  Azərbaycanda  düzənlik  və  dağlar 
arasındakı sərhədlər tektonik qırılmalar boyu keçir. Qırılmalar boyunca dağ yamac-
ları dik olur, tez-tez sürüşmələr baş verir. Bu ərazilərdə termal  mineral suların 
Yer səthinə çıxması ehtimalı böyükdür.  
Azərbaycanın çox hissəsi 7–8 ballıq, Gəncəətrafı ərazilər, Naxçıvanda Qapıcıq 
zirvəsi ətrafı və Böyük Qafqazın cənub yamacı (xüsusilə Şamaxı və onun ətrafları) 
9–10 ballıq zəlzələ zonasına aiddir. 
Litosfer tavalarının 
toqquşma sərhədi 
Ayrılma sərhədi 
Litosfer tavalarının hə-
rəkət  istiqamətləri 
Müzakirə edin:   
1. Toqquşma sərhədləri hansı 
ölkələrin ərazisindən keçir? 
2. Xəzər dənizinin hansı hissəsi 
seysmik cəhətdən daha fəaldır? 
Azərbaycanın litosfer tavalarının 
sərhədindəki mövqeyi 
  
Xəritə-sxem üzrə iş
Müzakirə edin:   
– Hansı ərazilərdə tektonik qırılmalar daha 
çoxdur?  
– Xəritə-sxemdə təsvir olunan tektonik qı-
rılmaların əsas istiqamətlərini müəyyən 
edin. 
  
Xəritə üzrə iş
 


Yüklə 3,99 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə