0g9az(1-6)esas



Yüklə 3,99 Kb.
Pdf görüntüsü
səhifə13/61
tarix14.01.2018
ölçüsü3,99 Kb.
#20742
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   61

 
 
45 
 
•   II  fəsil  •  
İqlim və onun təsərrüfatda rolu  


Müzakirə edin:  
1. A məntəqəsində dayanan müşahidəçi  martın 21-də səhər Günəşin çıxmasını 
üfüqün hansı istiqamətində görür? 
2. B məntəqəsində dayanan müşahidəçi yaz gecə-gündüz bərabərliyində Günəşin 
batmasını hansı istiqamətdə görür?  
• Gün ərzində obyektlərin kölgə istiqamətlərinin dəyişməsi. Obyektlərin kölgəsi günəş işığının 
əks tərəfində düşür. 
 
 
 
Şimal yarımkürəsində yerləşən Bakı şəhərində 21 martda səhər saat 10
00
-da Günəş üfüqün cənub-
şərq tərəfində görünür. Bu zaman obyektərin kölgəsi  şimal-qərbə düşür. Günorta Günəş cənubda 
göründüyü vaxt obyektlərin kölgəsi şimala tərəf olur, günortadan sonra isə, məsələn, saat 16
00
-da 
Günəş cənub-qərbdə olduğu vaxt kölgələr şimal-şərqə düşür. 
• Gündüzün ilk  və son saatlarında ən uzun, günorta vaxtı isə ən qısa (Günəşin baş üzərində olduğu 
enlikdə isə kölgə olmur) kölgə olur. Kölgələrin uzunluğunun gün ərzində dəyişməsi kənd təsər-
rüfatının, xüsusilə də əkinçiliyin ərazi təşkilində nəzərə alınır: meyvə bağlarında ağacların arala-
rındakı məsafə, üzüm plantasiyalarında tənəklərin sıralarının istiqaməti və s. Binalarda pəncərə və 
eyvanlara günəş işığının düşməsi tikililərin layihələrinə qoyulan əsas tələblərdən biridir. 
• Kölgə uzunluğunun dəyişməsinin diaqram və qrafiklə təsvir edilməsi
 
 
 
 
Martın  21-də  günorta  Günəş  ekvator  xətti  üzərində  zenit  vəziyyətində  olur. 
Həmin gün yaz gecə-gündüz bərabərliyi günü adlanır. Bu gün Yer kürəsinin Şimal 
və Cənub yarımkürələri bərabər miqdarda  işıq və istilik alır.  
Yaz gecə-gündüz bərabərliyi günündən sonra Günəş Şimal yarımkürəsinə “ke-
çir”. 90 gündən sonra – iyunun 22-də günorta Günəş 23,5° şm.e. dairəsi üzərində 
zenitdə  olur.  Bu  gün  yay gündönümü günü  adlanır.  Şimal  yarımkürəsi  daha  çox 
istilik və işıq alır, obyektlərin kölgəsinin uzunluğu minimuma çatır, ən uzun gün-
düzlər müşahidə olunur. Şimal qütb dairəsindən (66,5° şm.e.) Şimal qütbünə (90° 
şm.e.) qədər olan ərazilərdə isə günəş batmır, 24 saat işıqlı olur və qütb gündüzləri 
müşahidə olunur. Lakin bu ərazilərdə günəş şüalarının düşmə bucağı kiçik olduğuna 
görə  havanın  temperaturu  aşağı  olur.  Yay  fəsli  Şimal  yarımkürəsində  təsərrüfat 
işlərinin aktivləşməsi ilə səciyyələnir. 
Günorta
Səhər 
 
Axşam 
A
 
B
 
Günəş – Şm-Ş 
kölgə – C-Q 
Günəş – Şm-Q 
kölgə – C-Ş 
Günəş – Şm 
kölgə – C 


 
 
 
46 
 
Yay gündönümü günündə Cənub yarımkürəsi zəif işıqlanır, daha az istilik alır, ob-
yektlərin kölgəsinin  uzunluğu  maksimuma  çatır.  Cənub  qütb  dairəsindən  (66,5°  c.e.) 
cənuba doğru (90° c.e.) isə qütb gecələri müşahidə edilir. 
Yay gündönümündən sonra Günəş yenidən ekvatora doğru yönəlir. Payız gecə-
gündüz bərabərliyi günündə, yəni sentyabrın 23-də, Günəş, martın 21-də olduğu ki-
mi, ekvator xətti üzərində zenit vəziyyətində olur. 
 Sentyabrın 23-dən başlayaraq Yer kürəsi fəzada elə bir vəziyyət alır ki, günəş 
şüaları Cənub yarımkürəsini  daha  çox işıqlandırır. Yerin  Cənub qütb ucu  Günəşə 
tərəf çevrilir. Dekabrın 22-də bütün gün ərzində Günəş Cənub tropik xətt üzərində 
zenit vəziyyətində olur. Qış gündönümü adlanan bu gündə Cənub yarımkürəsi daha 
çox istilik alır, ən uzun gündüzlər müşahidə olunur. Cənub qütb dairəsindən cənubda 
isə qütb gündüzləri baş verir.  
Günəş şüalarının Yer səthinə düşmə bucağı relyefdən də asılıdır. Günəşin düşmə 
bucağı dağlıq ərazilərdə ətraf düzənliklərdən fərqli olur. Hətta eyni dağın müxtəlif 
yamacları  da  Günəşdən  fərqli  miqdarda  işıq  və  istilik  alır.  Şimal  yarımkürəsində 
dağların  cənub  yamaclarına  düşən  Günəş  şüalarının  bucağı  şimal  yamaclarından 
daha böyük olur. Ona görə də cənub yamaclar daha çox işıq və istilik alır. Dağlıq 
ərazilərdə təbii komponentlər, əhalinin məskunlaşması və təsərrüfatın ərazi təşkili 
yamacların istiqamətindən asılı olaraq fərqli olur. 
 
 
 
Günəş  şüalarının  düşmə  bucağı  yamacın  meyilliyindən də  asılıdır.  Bunu  təyin 
etmək üçün məntəqənin günəşə görə mövqeyini, Günəş şüalarının düşmə bucağını, 
yamacın istiqamətini və yamacın meyilliyini bilmək lazımdır. Dağın yamacı cənuba 
baxırsa, günəş şüalarının düşmə bucağı ilə yamacın meyillik bucağı toplanır. Günəş 
məntəqədən cənubda olub yamac şimala baxırsa, Günəşin düşmə bucağından yama-
cın meyillik bucağı  çıxılır.  
 
Məsələ həllinə aid nümunə: 50
°
 şm.e-də yerləşən dağın cənub istiqamətə meyilliyi 14°-dir. 
22 iyunda bu yamacda günəş şüalarının düşmə bucağını hesablayın. 
Həlli:  1.  Verilən  məntəqədə  22  iyunda  günəş  şüalarının  düşdüyü  bucaq  düsturla   
(90° – f + 23,5°) təyin edilir: 90° – 50° + 23,5° =  63,5° 
2.  Günəş  məntəqədən  cənubda  olduğuna  görə  müəyyən  edilmiş  günəş  şüalarının 
düşmə bucağı yamacın meyilliyi ilə toplanılır:  63,5° + 14 = 77,5°
 
Şəkildə təsvir edilən dağ 40° şimal 
en dairəsində yerləşir və günün gü-
norta vaxtıdır. 
Müzakirə edin: 
1. A və B nöqtələri müvafiq olaraq 
dağın hansı yamacında yerləşir? 
2. Hansı yamacda yazda qar örtüyü 
daha tez əriyir? 
Şəkil üzrə iş
 
B
A
  


 
 
47 
 
•   II  fəsil  •  
İqlim və onun təsərrüfatda rolu  


 
 
1. Sentyabrın 23-də verilən şəhərlərdə vaxta uyğun olaraq Günəşin göründüyü və köl-
gələrin düşdüyü  istiqaməti müəyyən edin:  
                      Günün vaxtı 
Şəhərlər 
Saat 10:00 
Saat 12:00 
Saat 16:00 
Günəş 
Kölgə 
Günəş 
Kölgə 
Günəş 
Kölgə 
Bakı 
 
 
 
 
 
 
Sidney 
 
 
 
 
 
 
İstanbul 
 
 
 
 
 
 
Qahirə 
 
 
 
 
 
 
Braziliya 
 
 
 
 
 
 
 
 
 
2. 30° şm.e.-də yerləşən və istiqaməti cənuba doğru olan dağ yamacının meyilliyi 9°-dir. Yaz 
gecə-gündüz  bərabərliyi  günündə  günorta  vaxtı  yamacda  günəş  şüalarının  düşmə 
bucağını hesablayın.  
3. 50° şm.e.-də yerləşən dağın cənuba istiqamətdə 12° meyilliyə malik olan yamacında 22 
iyun günündə günəş şüalarının düşmə bucağını hesablayın. 
 
 
  
 
Biliklərin tətbiq edilməsi və yoxlanılması
 
  
Xəritə-sxem üzrə iş
1. Hansı məntəqələrdə Günəş zenitdə ola bilər? 
2. Yay gündönümündə hansı məntəqələrdə günəş şüalarının düşmə bucağı 0° olar? 
3. Qış gündönümündə günorta vaxtı D məntəqəsində günəş şüalarının düşmə bucağı ne-
çə dərəcədir? 
4. Payız gecə-gündüz bərabərliyi günündə günəş şüalarının  ən kiçik bucaqda göründüyü 
nöqtə hansıdır? 
5. Günəş D məntəqəsində zenitdə olduğu vaxt C məntəqəsində hansı bucaqda görünür? 
A
C
K
D
B
L
Münasib olan açıq bir yerdə 1 metrlik dirək basdırın. 
Kölgənin uzunluğunun gün ərzində dəyişməsinə aid 
coğrafi informasiyanı aşağıdakı üsullarla toplayın: 
1. Səhər saat 08
00
-dan axşam 18
00
-dək 2 saatdan bir olmaqla 
dirəyin kölgəsinin uzunluğunu ölçün və dəftərinizə yazın. 
2. Dirək və kölgənin fotoşəklini çəkin. 
3. Dirək və kölgəni sxematik təsvir edin. 
 
 
Dərsdən sonra
 
Alınan məlumatları 
fotoşəkil, sxem, 
cədvəl, diaqram və 
qrafik formalarda  
təqdim edin. 
 
 


Yüklə 3,99 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə