Ziyaos-salehin
az.ziaossalehin.ir
Aşura günü baş verən bütün anlar insanların yaşayışına böyük
ibrət dərsi olduğu üçün vacib əhəmiyyət daşıyır. Lakin o gün
baş vermiş hər bir hadisəni nəzərdən qaçırmadan şərh etmək,
onlarla cild kitabın yazılmasını tələb edir. Elə bunun üçün də
biz o hadisələrin ən mühümlərini ixtisarla bəyan edirik:
1
-
İmam Hüseynin (ə) müharibəyə təmkinlə hazırlığı
Tarixçilər İmam Hüseynin əsgərləri və həmçinin Ömər ibn
Sədin başçılığı altında İmama (ə) qarşı döyüşə qalxan
qoşunun sayı barədə müxtəlif fikirlər irəli sürüblər. Lakin
İmam Hüseynin (ə) qoşununun yüz nəfərə çatmaması və
düşmən qoşununun 6000 nəfərdən çox olması haqda heç bir
ixtilaf yoxdur. Hətta bə`zi tarixçilər düşmən qoşununda olan
əsgərlərin sayını 20-min, bəzən də 30-minə qədər
yazmışlar
)1(
.Amma iki qoşunun sayı arasında olan bu böyük
fərqə baxmayaraq, İmam Hüseyn (ə) öz 70-80 nəfər əsgərini
20-30 min qoşunun qarşısında inam və soyuqqanlılıqla
nizamladı.
səh:59
1
-
[
1
« . ]
Tarixi-T ə b ə ri», c. 5, s ə h. 393; « Ə l-M ə naqib», c.
4, s ə h. 98 .
İmam (ə) iyirmi nəfəri Züheyr ibn Qeyn ilə sağ cinahda
yerləşdirdi. Özü isə digər əsgərlər ilə ortada durub onlara
səbirli və vüqarlı olmağı tövsiyə etdi. Sonra mübarək əllərini
göyə ucaldıb Tanrı ilə minacat etməyə başladı:
Ziyaos-salehin
az.ziaossalehin.ir
«Ey Rəbbim, sən mənim hər bir zaman güvəndiyim varlıqsan.
Sən mənim ümid yerim, etimad bağladığım və çətinliklərdə
sığındığım Tanrımsan. Elə çətinliklər var ki, onların
qarşısında qəlblər sınır, səbirlər tükənir, dostlar ümidsiz və
düşmənlər şad olur. Lakin mən belə anlarda həmişə sənə
pənah gətirib sənə bağlanmışam
)1(
»...
2
-
İmam Hüseynin (ə) müharibəni birinci başlamaması
İmam Hüseyn (ə) Yezidin zülmkar və fəsadla dolu
hökumətinə qarşı qiyama qalxıb e`tiraz etsə də, onun qoşunu
tərəfindən müharibə və qan tökülməsinə birinci başlanmasına
razı olmur. Tarixçilər bu barədə yazırlar:
«Aşura günü, hələ döyüş başlamamışdan əvvəl Ömər ibn
Sədin qoşununda olan vicdansız əsgərlərin bəzisi İmam
Hüseyn (ə) və onun tərəfdarlarına nalayiq sözlər yağdırırdılar.
O şəxsiyyətsiz və alçaq əsgərlərdən biri də Şimr ibn Zilcövşən
idi. O gün məlun Şimr üzünü İmam Hüseynə (ə) tərəf tutub
qışqırdı: «Ey Hüseyn, hələ qiyamət günü çatmamışdan qabaq
odda yanmaq arzusundasan? » İmam (ə) o məlunun cavabında
buyurdu: «Ay cahil oğlu, sən cəhənnəm odunda yanmağa
daha layiqsən».
Bu zaman İmamın (ə) vəfalı əsgərlərindən biri olan Müslim
ibn Övsəcə Şimri oxla vurmaq istədikdə İmam (ə) ona mane
oldu. Müslim İmama (ə) dedi: « Ey mənim sərvərim, icazə ver
bu kafiri öldürüm. O, qaniçən, qəddar, Allahın düşmənidir. Bu
gözəl fürsət yaranmışkən onu öldürməyimə izin verin!» İmam
Hüseyn (ə) buyurdu: «Mən müharibə və qan tökməyi birinci
başlamaq istəmirəm
)2(
».
Ziyaos-salehin
az.ziaossalehin.ir
səh:60
1
-
[
1
« . ]
Münt ə h ə l- ə `mal», Müh ə ddis Qumi ,
2
-
[
2
« . ]
Ə l-Kamilu fil tarix», c.3 s ə h. 288 .
3
-
Hürr ibn Yəzidin İmam Hüseynin (ə) tərəfinə keçməsi
Hürr ibn Yəzid Riyahi İmam Hüseynə (ə) qarşı çıxan Kufə
qoşunundakı sərkərdələrdən biri idi. O, mərifətli insan olduğu
üçün heç bir vaxt İmam Hüseynə (ə) qarşı ədəbsizlik etmədi.
Elə bunun üçün də Allah-taala sonda onu haqqa yönəltdi. Bu
əhvalat belə baş verdi:
Ömər ibn Sədin əmri ilə qoşun İmamla (ə) döyüşə hazırlaşdı.
Bu anda İmam Hüseyn (ə) hamıya höccəti tamam etmək üçün
ucadan fəryad çəkdi: «Bir kəs varmı ki, Allah yolunda bizə
kömək etsin? Bir kəs varmı ki, Peyğəmbərin (s) hərəmini
müdafiə etsin?» Hürr ibn Yəzid İmamın (ə) bu fəryadını
eşitdikdə narahat olub qoşunun başçısı Ömər ibn Sədin yanına
gəlib dedi: «Hüseynlə (ə) döyüşəcəksənmi ?
»
Ömər ibn Səd cavab verdi: « Bəli, Allaha and olsun, elə bir
döyüş yaradacağam ki, ən azı bu döyüşdə onların başı
boyunlarından və qolları bədənlərindən ayrılsın».
Hürr bu sözləri eşidib çox pərişan halda bir kənara çəkilib
fikrə qərq oldu. Hürrün həyəcandan bütün bədəni əsirdi. Onu
bu halda görən Mühacir ibn Ovs dedi: «Ey Hürr, səni bu
vəziyyətin məni ağlamağa məcbur edir. Əgər məndən Kufənin
ən şücaətli kişisi barəsində soruşsalar səndən başqa heç kimin
adını vermərəm. İndi mənə de görüm, niyə əsirsən ?
»
Ziyaos-salehin
az.ziaossalehin.ir
Hürr dedi: «And olsun Allaha, bu dəqiqə özümü «behişt» ya
«cəhənnəm» seçimi arasında görürəm. Amma and olsun bizi
Yaradana, behişti seçəcəyəm! Bədənimi parça-parça edib
yandırsınlarda belə.
Sonra atına minib İmam Hüseynə (ə) tərəf hərəkət etməyə
başladı. Və həmin anda əllərini başına çırpıb deyirdi: «İlahi,
tövbə edirəm, tövbəmi qəbul et! Ona görə ki, sənin dostlarını,
Peyğəmbərin nəvələrini qorxuzmuşam».
səh:61
Hürr İmam Hüseynin (ə) yanına çatdıqda ədəblə dedi: Sənə
canım fəda olsun! Mən səni çox incitdim, hətta sənin
Mədinəyə qayıtmağına belə mane oldum. Doğrusu işin bura
çatacağını bilmirdim. İndi tövbə edib Allah yoluna qayıdıram.
Mənim tövbəm qəbul sayılırmı?
İmam Hüseyn (ə) buyurdu: «Allah-taala sənin tövbəni qəbul
etdi. Atından en aşağı bizim yanımıza gəl».
Hürr ərz etdi: «Ey mənim ağam, icazə ver atdan düşməyim və
sənin düşmənlərinlə döyüşə gedim»...
İmam (ə) Hürrə icazə verir. Hürr Kufə qoşununun qarşısına
keçib fəryad çəkərək deyir: «Ey Kufə əhli, ananız yasınızda
ağlasın! Siz İmam Hüseyni (ə) dəvət etdiniz ki, sizə rəhbərlik
etsin. Siz də onun kənarında zülmə qarşı müharibə edəsiniz.
Lakin o sizin dəvətinizi qəbul edib gəldikdən sonra onu
mühasirəyə alıb öldürmək istəyirsiniz? Siz vəfasızlar isə öz
İmamınızın yolunu bağlayıb onun arvad, uşaq və dostlarının
Fərat suyundan içmələrinə mane olursunuz. İndi onlar
susuzluqdan taqətdən düşüblər.
Dostları ilə paylaş: |