Ziyaos-salehin az ziaossalehin ir



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə13/67
tarix26.10.2018
ölçüsü1,66 Mb.
#75763
1   ...   9   10   11   12   13   14   15   16   ...   67

Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
kömək edənlər rəhm etməyəcəyini dedi. Onsuzda qəlblərinə 
qorxu düşmüş kufəlilər, Şam qoşunlarının yolda olduğunu, 
yaxın günlərdə şəhərə gəlib çatacaqlarını eşitdikdə, vəhşətə 
gələrək, məscidi tərk etdi. 
Hələ Müaviyə dövründə yüksək təchizatlı Şam qoşunlarının 
onlara verdiyi işgəncələri yada salan kufəlilər qorxaraq, üsyan 
niyyətlərinin olmadığını bildirdi. 
Beləliklə də kufəlilər qorxu və tamah səbəbinə İbn Ziyada 
məğlub oldular. Yaltaq insanlar ona yaxınlaşmaq üçün sanki 
yarışa girişmişdilər. Dünyaya qul olan şəxslərdən başqa nəticə 
gözləmək də olmazdı. Bu qorxaq adamların bə`zisi hətta 
Kərbəlada İbn Ziyadın qoşununda yer aldığı zaman döyüşü 
kənardan izləyərək; «Allah Hüseynə (ə) kömək ol!» deyə 
ağlayırdı 
)1(
 .Bə`ziləriisə Yeziddən daha çox bəxşiş və hədiyyə 
almaq üçün Hüseyni (ə) öldürmək uğrunda bir-birilərini 
irəliləmək üçün canfəşanlıq edirdilər. Bir sözlə, onlar İmam 
Hüseyni (ə) öz dünya mənafelərini təmin etmək üçün Kufəyə 
çağırdı və elə dünya arzularına yetmək üçün də, onu tənha 
qoyaraq, düşməninə dəstək oldular. 
Kufəlilər Hüseynin (ə) haqq yolda olduğunu çox gözəl 
anlayırdılar. Amma qorxu və dünya malı onlara Hüseynə (ə) 
kömək etməyə icazə vermədi. İbni Abdullah Aizinin söylədiyi 
kimi «Kufəlilərin qəlbi Hüseynlə (ə), amma qılıncları isə ona 
qarşı idi
)2(
». 
Necə ki, İmam Hüseyn (ə) Kərbəlada onlara müraciətlə 
buyurdu: «Siz məni də`vət etmədinizmi? İndi hamınız mənə 
qarşı çıxmışsınız. Mənim nəsihətlərimə qulaq asmaq 
istəmirsiniz. Bunun səbəbi haram maldan sizə bəxşiş və`d 


Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
edilməsi və qarnınızı haramla doldurmanızdır. Buna görə 
qəlbləriniz möhürlənmişdir
)3(
». 
səh:51 
 
1
-
 [
1
 . ]
Ə bdürr ə zzaq Müq ə rr ə m, «M ə qt ə lül-Hüseyn», s ə 
h. 189 . 
2
-
 [
2
« . ]
Tarixi-T ə b ə ri», c. 4, s ə h. 306 . 
3
-
 [
3
« . ]
Biharül- ə nvar», c. 45, s ə h. 8 . 
səh:52 
Kufə şiələrindən İmam Hüseynə kömək edənlər oldumu? 
Keçən bəhslərimizdə bildiniz ki, Müaviyənin hakimiyyəti 
zamanı şiələrin çox hissəsi misli görünməyən amansızlıqla 
soyqırıma mə`ruz qaldılar. Onların qalan hissəsi Kufədən 
uzaqlara sürgün edildi. Demək olar ki, Kufədə çox az saylı şiə 
qaldı. Elə bu neçə nəfər də İmam Hüseynə (ə) kömək etməyə 
hazır olduqlarını bildirdilər
)1(
 . 
Qorxaq Kufəlilərin heç bir hərəkət etməyəcəyini gözəl 
anlayan Abdullah ibn Ziyad, az saylı şiələrin rəhbərsiz 
qaldığını bilsə də, onlardan çəkinirdi. Şiələrin Kufədən qaçıb 
İmam Hüseynə (ə) qoşulacağından ehtiyat edən İbn Ziyad 
şəhər qapılarını qorumaq üçün İbn Qeysin başçılığı altında beş 
yüz nəfərlik keşikçi əsgərləri tə`yin etmişdi 
)2(
 .Lakin bununla 
belə Yezid ibn Sabit və iki oğlu, Boreyd ibn Xəzir, Sə`d 
Ənsari, Əbul-Hətuf Ənsari, Ömər ibn Xalid, Sə`d Muvəlla, 
Əl-Aizi, onun oğlu, Cünadə Səlmani, 


Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
səh:53 
 
1
-
 [
1
 . ]
Xar ə zmi, «M ə qt ə l»,c. 2, s ə h. 192; Şeyx Müfid, 
«İrşad», c. 2, s ə h. 240; «M əə l-Hüseyn fi nehz ə tihi», s ə h. 
77 . 
2
-
 [
2
« . ]
M əə l-Hüseyn fi nehz ə tihi», s ə h. 176 . 
Nafe` Cəməli, Həbib ibn Məzahir, Həccac ibn Məsruq, Sə`d 
ibn Abdullah, Müslim ibn Ovsəcə, Müslim ibn Kəsir, İbn 
Səmamə, Qasid ibn Züheyr, onun iki qardaşı, Əbu Səmamə 
Ömər Saidi, Ömər ibn Qərzəe Ənsari, Abdullah ibn Roə, 
Əbdür-rəhman ibn Urvə, Abdullah ibn Əmir və digər cəsarətli 
şiələr Kufədən qaçaraq İmam Hüseynə (ə) qoşuldular. Və 
Aşura günü imamla birgə şəhid oldular. Kufədən qaça 
bilməyən bə`zi şiələr isə Yezidin qoşununa qoşularaq 
Kərbəlaya gəlib orada Həzrət Hüseynin (ə) dəstəsilə birləşərək 
şəhid oldular. Noman ibn Ömər, Hüllac ibn Ömər, Məsud ibn 
Həccac, Əbdürrəhman ibn Məsud da belələrindən idi. 
Bəzi Kufə şiələri də, İmam Hüseynin (ə) məktublarını yetirən 
elçilər idi. Onlar axır nəfəslərinədək İmama (ə) sədaqətli 
olmuş, ən ağır işgəncələrə dözərək, öz şiə dostlarının 
məktublarını düşmən əlinə keçməsinə imkan verməmişdirlər. 
Və böyük rəşadət nümayiş etdirərək şəhid olmuşlar. Abdullah 
Həmiri, Qeye Seydabi və başqaları buna misal ola bilər. 
İbn Ziyadın qoşununa qoşulan kufəlilər arasında tam 
qətiyyətlə bir nəfər də şiənin olmadığını iddia etmək olar. 
Tarixdə qeyd olunmuş Muxtar Səqəfinin qisas aldığı 
kufəlilərin adları sırasında da, şiələrdən əsər-əlamət belə 
yoxdur 
)1(
.Həmçinin İmam Hüseyn (ə) Kərbəlada düşmən 


Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
qoşunlarına; «Ey Ali-Süfyan şiələri! Əgər dininiz yoxdur və 
qiyamət günündən qorxmayırsınız, heç olmasa azad insanlar 
olun!» deyə müraciət etmişdir. Onlara «şiələrim» deyə 
müraciət etməmiş və «düşmən şiələri» (tərəfdarları) 
adlandırmışdır
)2(
 . 
Bununla da, Kufə şiələrinin
  İlahi imtahanından üzü ağ 
çıxdığını söyləyə bilərik. 
səh:54 
 
1
-
 [
1
 « . ]
Ə l-Fütuh», c. 5, s ə h. 143 . 
2
-
 [
2
 « . ]
Ə l-Fütuh», c. 5, s ə h. 85 . 
Nə üçün İmam Hüseyn düşmənindən bir gün möhlət istədi? 
Aşuradan bir gün əvvəl yə`ni Tasua günü düşmən qoşunu 
Kərbəlada İmam Hüseyn (ə) və onun əshabını hər tərəfdən 
mühasirəyə aldı. Həzrət İmam Hüseyn (ə) qardaşı Abbasa 
dedi: «Qardaşım, get onlardan soruş ki, axı nə üçün bizim 
üstümüzə hücum çəkirlər ?
»  
Həzrət Abbas bir neçə əsgər ilə qoşuna tərəf gedib soruşdu: 
«Nəyə görə bizi mühasirəyə aldınız ?
»  
Düşmən qoşunu belə cavab verdi: «Bizə əmr olunub ki, bu 
gün sizə itaətsizliyinizə görə hücum edək». 
Həzrət Abbas İmamın (ə) hüzuruna gəlib onların sözünü 
qardaşına çatdırdı. İmam (ə) buyurdu: «Onların yanına qayıt 
de ki, bir gün bizə möhlət versinlər. Mən bu günü ibadətlə 


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə