Ziyaos-salehin
az.ziaossalehin.ir
Doğrudan da siz Peyğəmbərə (s) xəyanət edib onun Əhli-beyti
(ə) ilə çox pis rəftar etdiniz. Əgər elə indi bu saat öz çirkin
işinizdən tövbə etməsəniz. Tanrı qiyamət günü sizi layiq olan
əzaba düçar edəcəkdir».
Hürrün sözü bu yerə çatanda Kufə əsgərləri ona hücum
etdilər. Hürr döyüşə başladı, onlardan bir neçəsini
öldürdükdən sonra şəhadətə yetişdi. Hürrün mübarək bədənini
İmam Hüseynin (ə) yanına gətirdilər. İmam (ə) onun üzündən
toz-torpağı təmizləyib buyurdu: «Sən dünya və axirətdə
azadsan, necə ki, anan sənin adını Hürr (azad insan)
qoymuşdur
)1(
».
səh:62
1
-
[
1
« . ]
H ə zr ə t imam Hüseynin ( ə ) h ə yatı», s ə h. 194 .
4
-
Günorta namazının camaatla qılınması
Namaz, müqəddəs İslam dinində vacib əməllərin ən
əhəmiyyətlisi sayılır. Ona görə ki, rəvayətlərdə namazı qəbul
olmayan şəxsin başqa əməllərinin də qəbul olmaması
bildirilmişdir. Məhəmməd peyğəmbər (s) namaz haqqında
buyurur: «Namaz, dinin sütunudur. Əgər namaz qəbul olsa,
insanın başqa yaxşı əməlləri də qəbul olunacaq. Yox əgər
insanın namazı qəbul olmasa, onun başqa əməlləri də, Tanrı
dərgahında qəbul olunmayacaqdır
)1(
».
Gördüyünüz kimi, bu hədisdə namaz qılan insanın namazının
qəbul olub olmamağından söhbət gedir. Və məlum olur ki,
namaz qılıb pis əməllərə məşğul olan şəxsin namazı qəbul
deyil. Amma namaz qılmayan və ya onu tərk edən şəxsin
Ziyaos-salehin
az.ziaossalehin.ir
barəsində isə hədislərimizdə nankor, cəhənnəm əhli, Tanrı
nemətlərinə küfr edən və bu kimi sərt ibarələr işlənmişdir.
Qurani-Kərim namazın faydasını belə bəyan edir: «Namaz qıl
ki, doğrudan da (həqiqi qılınan) namaz, insanı çirkin və günah
işlərdən saxlayır
)2(
».
Vacib namazını müsəlmanların birliyinə xatir camaatla qılan
şəxsin barəsində isə deyilən hədislər, doğrudan da hər bir
müsəlmanı heyrətləndirir. Məsələn, Məhəmməd
peyğəmbərdən nəql olunan bir rəvayətdə deyilir: «...
Camaat
namazında iqtida edənlərin sayı nə qədər çox olsa,
namazların savabı bir o qədər çox olacaqdır. Əgər camaat
namazında iştirak edənlərin sayı on nəfərdən çox olsa, bütün
göy qatları kağız, dəryalar mürəkkəb, ağaclar qələm, ins-cin
və məlaikələr yazan olsalar belə namazın bir rükətinin
savabını yazıb qurtara bilməzlər
)3(
».
səh:63
1
-
[
1
« . ]
K ə rb ə lada n ə l ə r oldu», s ə h. 344 .
2
-
[
2
. ]
Ə nk ə but sur ə si, 45 .
3
-
[
3
« . ]
Ə hadis ün-N ə b ə vi», s ə h. 196 .
İmam Hüseyn (ə) Mədinədən Kərbəlaya hərəkət etdiyi neçə
ay müddətində bütün namazlarını camaatla bərpa edirdi. Hətta
qanların yerin üzərində su kimi axdığı Aşura günündə belə,
İmam Hüseyn (ə) camaat namazını bərpa etdi.
O gün İmam Hüseynin (ə) yaxın səhabələrindən olan Əbu
Səmamə Seydavi günorta namazının vaxtının yetişdiyini
Ziyaos-salehin
az.ziaossalehin.ir
görüb İmama (ə) yaxınlaşıb dedi: «Ya Əba Əbdullah, sənə
qurban olum, namaz vaxtıdır»!
İmam (ə) başını tərpədib buyurdu: «Namazı yada saldığın
üçün, Allah səni həqiqi namaz qılıb, zikr edənlərdən etsin.
Bəli, namaz vaxtıdır!» İmam (ə) öz ətrafındakılara buyurdu:
«Onlara deyin ki, namaz vaxtıdır. Namaz qılmaq üçün döyüşü
dayandırmaq lazımdır.» Lakin düşmən İmamın (ə) bu təklifini
qəbul etmədi. İmam (ə) isə qarşısındakı düşmənə, ətrafındakı
möminlərə və qiyamət gününə qədər hər bir insana namazın
və xüsusilə də camaat namazının əhəmiyyətini bildirmək üçün
səhabələrinin namaza hazırlaşmalarına əmr etdi. İmam (ə)
Züheyr ibn Qeyn və Səid ibn Abdullaha göstəriş verdi ki, bir
neçə əsgər ilə camaat
namazının qabağında durub namaz
qılanları düşmənin hücumundan qorusunlar. İmam (ə) günorta
namazını digər səhabələr ilə birlikdə (xof namazı olduğu
üçün) 2 rükət qıldı. Namaz qurtarana kimi onları qoruyan
əsgərlərin bir çoxu düşmənin namərdcəsinə atdıqları ox və
nizələrə məruz qalıb şəhadət məqamına çatdılar
)1(
.
5
-
Səhabələr və Bəni-Haşim cavanlarının şəhadəti
Aşura günü əshabın hamısı canlarını İmamları yolunda qurban
verməyi özlərinə fəxr bilirdilər. Onlar deyirdilər: «Ey
Peyğəmbər balası, əgər yetmiş dəfə ölüb-dirilək, yenə də
sənin yolunda can verməyə hazırıq».
səh:64
1
-
[
1
« . ]
Ə ba Ə bdullahül Hüseynin h ə yatı», s ə h. 124 .
Ziyaos-salehin
az.ziaossalehin.ir
Onların hər biri döyüş meydanına getməmişdən əvvəl İmamın
(ə) hüzuruna gəlib belə söylədilər: «Salam olsun sənə ey
Peyğəmbər övladı».
İmam (ə) onların salamının cavabını verib buyururdu:
«Tezliklə sizə çatacağıq».
Sonra bu ayəni oxuyurdu: «Onlardan bə`zisi şəhid oldu,
bə`zisi isə şəhadət intizarında idi
)1(
».
Səhabələrin şəhadətindən sonra növbə Həzrət Əlinin (ə),
Cəfər və Əqilin oğullarına, həmçinin İmam Hüseynin
övladlarına, qardaşı və qardaşı uşaqlarına çatdı. Bu nəsildən
ilk şəhid olan şəxs İmamın (ə) böyük oğlu Əli Əkbər oldu. O,
atasına yaxınlaşıb döyüşə getmək üçün izn istədi. İmam (ə)
fikirləşmədən icazə verdi. Sonra buyurdu: «İlahi, özün şahid
ol ki, sənin Peyğəmbərinə (ə) yaradılış və əxlaqi
keyfiyyətlərinə görə ən çox oxşayan cavan döyüşə getdi».
Əli Əkbər döyüş meydanına daxil olub düşmənlərdən bir neçə
nəfəri öldürdü.
Əllamə Məclisi bu haqda yazır: «Əli Əkbər Kufə qoşunundan
o qədər əsgər öldürdü ki, qoşun bu vəziyyətə dözə bilməyib
şivən etdi
)2(
.
Nəhayət bu igid ona dəyən ardıcıl zərbələr nəticəsində
taqətdən düşüb yerə yıxıldı. Əsgərlər onun üstünə tökülüb
mübarək bədənini tikə-tikə etdilər.
Həzrət Əli Əkbərin şəhadətindən sonra İmam Həsənin oğlu
Qasim döyüş meydanına tərəf hərəkət etdi. İmam Hüseyn (ə)
Dostları ilə paylaş: |