Ziyaos-salehin az ziaossalehin ir



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə17/67
tarix26.10.2018
ölçüsü1,66 Mb.
#75763
1   ...   13   14   15   16   17   18   19   20   ...   67

Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
cavan qardaşı oğlunun minlərlə qəddar qoşunun üzərinə 
getdiyini gördükdə ixtiyarsız halda ağlamağa başladı. Cənab 
Qasim İmamın (ə) bu gərgin vəziyyətini görüb ona tərəf 
qayıtdı. İmam Hüseyn (ə) onu 
səh:65 
 
1
-
 [
1
 . ]
Ə hzab sur ə si,. Ay ə 2 . 
2
-
 [
2
« . ]
Biharül- ə nvar», c. 45, s ə h. 43 . 
bağrına basıb döyüşə getməsi üçün çox narahatçılıqla icazə 
verdi. 
Həzrət Qasim meydana daxil olub döyüşə başladı. Düşmən 
qoşunundan bir neçə əsgəri öldürdükdən sonra başına dəyən 
qılınc zərbəsi nəticəsində yerə yıxıldı və «ey əmi!» deyə 
fəryad etməyə başladı. İmam Hüseyn (ə) qardaşı oğlunun 
fəryad səsini eşidən kimi meydana girib qoşunun üstünə 
cumdu. Və Qasimi başından yaralayan şəxsi öldürdü. 
İmam Hüseyn (ə) haldan düşmüş Qasimi qucaqlayıb kövrəldi. 
Onlar hər ikisi ağladılar. Sonra cənab Qasim İmamdan (ə) 
yenidən meydana girməsi üçün icazə istədi. Lakin İmam (ə) 
ona izn vermədi. Qasim döyüşmək üçün o qədər yalvarıb 
ağladı ki, İmam (ə) məcbur qalıb öz sükutu ilə ona bu izni 
verdi. 
Qasim döyüş meydanına girdi. Kufə əsgərlərindən bir neçəsini 
cəhənnəmə vasil etdikdən sonra aldığı zərbələr nəticəsində 
şəhadətə yetişdi. 


Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
İmamın (ə) bütün yaxınları şəhid olsalar da, onun son güvənci 
olan Həzrət Əbülfəzl Abbas yaşayır, İmamı (ə) və xeymələri 
qoruyurdu. Lakin artıq bütün cavanların şəhadətindən sonra 
Həzrət Abbas dözə bilməyib qardaşının hüzuruna gəlib dedi: 
«İzn ver mən də şəhid olum»! 
İmam (ə) əziz qardaşından bu sözləri eşitdikdə ağlamağa 
başladı. Sonra buyurdu: «Qardaşım, sən mənim 
ələmdarımsan, əgər sən olmasan mən də olmayacağam. 
Amma əgər Tanrı hüzuruna getməyə tələsirsənsə, onda 
dodaqları qurumuş bu uşaqlar üçün bir az su gətir». 
Həzrət Abbas düşmənə tərəf hərəkət edib onlara nəsihət 
etməyə başladı. Lakin ürəkləri daşdan bərk olan qoşuna bu 
nəsihətin heç bir təsiri olmadı. Həzrət Abbas xeymələrə tərəf 
qayıtdı. Uşaqların susuzluqdan ağladıqlarını, sərinləmək 
məqsədi ilə boş su qablarını 
səh:66 
qarınlarına yapışdırdıqlarını görüb iztirabla buyurdu: 
«Gözümün işıqları, indi sizin üçün su gətirməyə gedirəm». 
Həzrət su tuluğunu götürüb atına mindi və Fərat çayına tərəf 
yollandı. Bunu görən qoşun onun su gətirməsinə mane olmaq 
üçün qarşısını almağa çalışdılar. Lakin Həzrət Abbas özünü 
suya çatdırdı. Susuzluğun şiddətindən ovcunu su ilə doldurub 
içmək istədikdə İmam Hüseynin (ə) və xeymələrdəki 
uşaqların susuzluğu yadına düşdü. Ovcundakı suyu boşaldıb 
tuluğu su ilə doldurduqdan sonra onu sağ çiyninə atdı. Sonra 
sudan çıxıb xeymələrə tərəf hərəkət etmək istədi. Lakin 
Həzrəti hər tərəfdən mühasirəyə aldılar. Onunla düşmən 
qoşununun arasında çox gərgin döyüş baş verdi. Həzrət Abbas 


Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
çalışırdı ki, onları kənarlaşdırıb su meşkini xeymələrə 
çatdırsın. Elə o anda məlun Nofəl ibn Əzrəq arxadan hücum 
edib onun sağ qolunu bədənindən ayırdı. Həzrət Əbulfəzl 
özünü itirmədən su tuluğunu sol çiyninə atdı. Elə o əli ilə də 
düşmən qoşunu ilə mübarizəyə davam etdi. Bu dəfə məlun 
Həkim ibn Tufeyl xurma ağacının arxasından çıxıb Həzrətin 
sol əlini kəsdi. Həzrət çox zəhmətlə su tuluğunu dişinə alıb 
susuz uşaqlara çatdırmaq istəsə də atılan oxlar nəticəsində su 
tuluğu paralandı. İkinci ox onun mübarək sinəsinə batdı. 
Həzrət Abbas atından yerə yıxılıb «qardaşım Hüseyn!» 
deyərək fəryad etdi. 
İmam Hüseyn (ə) özünü tez cənab Abbasa çatdırdı. Onu əlləri 
bədənindən ayrı və bədəninə dəymiş oxlar nəticəsində qana 
bulaşmış vəziyyətdə görüb buyurdu: «Artıq mənim belim 
qırıldı, çarəsiz qaldım». 
Sonra İmam (ə) xeymələrə tərəf qayıtdı. İmamın (ə) qızı 
Səkinə atasına tərəf qaçıb soruşdu: «Ata can, əmim Abbasdan 
bir xəbər varmı? Axı o bizim üçün su gətirməyə gedibdir
)1(
»... 
səh:67 
 
1
-
 [
1
« . ]
Ali Muh ə mm ə d mat ə mind ə », s ə h. 303-309 . 
Xatırladaq ki, Aşura günü Həzrət Abbasın şəhadətindən öncə 
İmam Əlinin (ə) və onun qardaşı Cəfər və Əqilin oğulları 
qəhrəmancasına şəhid olmuşdular. 
6
-
  Düşmənin südəmər körpəni oxlaması 


Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
İmam Hüseyn (ə) bütün əzizlərinin məzlumcasına 
şəhadətindən sonra öz növbəsinin çatdığını gördü. Xeymələrə 
yaxınlaşıb bacısı Zeynəbə buyurdu: «Körpə balamı (Əli 
Əsğəri) gətir, onunla vidalaşım.» Uşağı İmama (ə) gətirdilər. 
İmam (ə) onu qucağına alıb öpmək istədikdə məlunlardan biri 
Hərmələ ibn Kahil məsum körpənin boğazını oxladı. Bu ürək 
ağrıdıcı vəziyyəti görən İmam Hüseyn (ə) uşağı bacısına verib 
öz əllərini körpənin boğazından axan qanın altına tutdu. 
Ovcunu boğazı kəsilmiş uşağın qanı ilə doldurub qanı göyə 
səpdi və buyurdu: «İlahi, özün bizimlə bu qövmün arasında 
hökm et
)1(
»! 
Bə`zi tarixçilər isə belə yazır: 
«İmam Hüseyn (ə) son anlarda belə vicdanını itirmiş zalım 
qövmü dinə-imana dəvət edirdi ki, bu an Əli Əsğərin 
susuzluğun şiddətindən çığırtısını eşitdi. İmam (ə) uşağı ona 
gətirmələrini istədi. Uşağı qucağına alıb buyurdu: «Ey 
camaat, əgər mənə rəhm etmirsinizsə, heç olmasa bu körpəyə 
yazığınız gəlsin»! 
Elə bu vaxt məlun Hərmələ uşağın boğazını oxladı
)2(
». 
Düşmənin bu qəddar hərəkəti bir daha İmam Hüseynin (ə) nə 
qədər məzlum olmasını və Yezidçilərin necə də, vicdansız 
olduğunu sübuta yetirdi. Çünki, əgər düşmən təkcə İmam 
Hüseyn (ə) və onun əsgərlərini şəhid etsəydi, sonralar təbliğat 
nəticəsində öz günahlarının bir qismini təmizə çıxarda 
bilərdilər. Lakin onların körpə uşağa belə 
səh:68 
 


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə