Zeynalova lalə VĠdadġ qızı “Audit xidməti sahibkarlığın növü kimi”


Azərbaycanda auditin xidmətinin formalaĢması və inkiĢafının



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə5/32
tarix25.05.2022
ölçüsü1,48 Mb.
#87892
1   2   3   4   5   6   7   8   9   ...   32
audit-son

1.2. Azərbaycanda auditin xidmətinin formalaĢması və inkiĢafının 
konseptual əsasları 
 
Azərbaycan Respublikasında auditin yaranması bilavasitə respublikada 
suvereriliyin əldə edilməsi və bazar iqtisadiyyatına keçidlə əlaqədar, iqtisadi 
subyektlərin təsərrüfat-maliyyə fəaliyyəti üzərində iqtisadi nəzarət sisteminin 
yenidən qurulması ilə əlaqədar həll olunmuşdur. 
Məlumudur ki, keçmiş SSRİ tərkibində olan ölkələrdə və o cümlədən Azər-
baycan Respublikasında idarə və müəssisələrin təsərrüfat-maliyyə fəaliyyəti üzərində 
iqtisadi nəzarət həmin dövrdə mövcud olan inzibati-amirlik sistemi tələbləri əsasında 
aparılırdı. Beləliklə, Azərbaycanda ümumiyyətlə audit yox idi. Ölkə daxilində bütün 
iqtisadi nəzarət sistemi nazirliklərin, birliklərin tabeçiliyində təşkil olunmuş nəzarət - 


12 
təftiş orqanları tərəfindən aparılırdı. 
Rusiya iqtisadiyyatında auditor xidmətinin təşkili ilə əlaqədar olaraq təşəbbüslər 
olsa da, onlar əsaslı şəkildə inkişaf etməmişdir. Bəzi məlumatlara görə Rusiyada 
auditor ixtisası I Pyotr tərəfindəh müəyyən olunmuşdur. Rusiyada auditoru andlı 
mühasib adlandırırdılar. Tarixən üç dəfə 1889, 1912 və 1928-ci illərdə auditor 
İnstitutunun yaradılmasına təşəbbüslər olmasına baxmayaraq, nəticəsiz olmuşdur. 
Azərbaycan Respublikasında auditor fəaliyyətinin təşkili ilə əlaqədar olaraq 
1991-ci ilin iyulun 31-də Azərbaycan Respublikası Nazirlər Kabineti respublika 
Maliyyə Nazirliyi yanında «Təsərrüfat Hesablı Auditor Mərkəzi»nin yaradılması 
haqqında qərar qəbul etmişdir. 
Həmin qərarın icrası ilə əlaqədar olaraq «Təsərrüfat Hesablı Auditor Mərkəzi 
haqqında Əsasnamə» təsdiq olunmuşdur. Azərbaycan Respublikası Maliyyə Nazirliyı 
yanında Təsərrüfat hesablı Auditor Mərkəzi nazirliklər və baş idarələrin, müəssisə, 
idarə və təşkilatların kooperativlərin sifarişləri əsasında, habelə hüquq mühafizə 
orqanlarının tələbi ilə müqavilə üzrə haqqı ödənilməklə, təftiş və yoxlamalar 
keçirilməli, təsərrüfat mexanizmini təkmilləşdirilməsinə dair metodiki və əməli 
yardım göstərilməsi müəyyən olunmuşdur. 
Auditor Mərkəzinin işinin həcmi şəraiti və yoxlamalar keçirilməsi təsərrüfat 
mexanizminin təkmilləşdirilməsinə dair metodik və əməli yardım göstərilməsi üçün 
sifarişçilərlə başlanan müqavilələrin məbləği ilə müəyyən olunurdu. 
Daha sonra 27 mart 1992-ci il tarixli Azərbaycan Respublikası Nazirlər 
Kabinetinin qərarı ilə respublika Maliyyə Nazirliyində Lisenziya Komissiyası 
yaradılmışdı. 
1994-1996-cı lilərdə Azərbaycan Respublikasında beynəlxalq standartlara uyğun 
olan müstəqil auditor xidmətinin təşkili ilə əlaqədar olaraq normativ - hüquqi aktlar 
qəbul edildi. 1994-cü ilin sentyabrın 16-da «Auditor xidməti haqqında» Azərbaycan 
Respublikası Qanunu qəbul olunmuşdur. 
1995-ci ilin iyunun 20-də Azərbaycan Respublikası Auditorlar Palatasının təşkili 
ilə əlaqədar qərar qəbul olunmuşdur. Azərbaycan Respublikası Milli Məclisinin 


13 
1995-ci il 19 sentyabr tarixli qərarı ilə «Azərbaycan Respublikası Auditorlar Palatası 
haqqında Əsasnamə» qəbul olundu. Beləliklə, 1996-cı ilin aprelindən Azərbaycan 
Respublikasının Auditorlar Palatası öz fəaliyyətinə başlamışdır. 
Auditorlar Palatasına Azərbaycan Respublikası ərazisində auditor xidmətinin 
dövlət tənzimlənməsini təşkil etmək, bu sahənin inkişafına, təkmilləşdirilməsinə 
yönəldılmış normativ aktlar, tədbirlər sistemi hazırlamaq, dövlətin, təsərrüfat 
subyektlərinin və auditorların mənafeyini müdafiəsini tə'min etmək, auditorların 
fəaliyyətinə nəzarət etmək vəzifəsinin yerinə yetirilməsi həvalə edilmişdir. 
Auditorlar Palatası fəaliyyətə başlaqıqdan sonra xeyli işlər görülmüşdür. 1996-
2000-ci illər ərzində Respublikada göstərilən auditor xidmətinin həcmi 3,3 milyard 
manatdan 15,6 milyard manata qədər, yəni 4,7 dəfə artmışdır. Həmin dövrdə keçirilən 
imtahanlarda 203 nəfər Azərbaycan vətəndaşı auditor adı almaq üçün müvafiq 
qaydada imtahanlarda iştirak etmiş və onlardan 151 nəfərinə Lisenziya verilmişdir. 
Onların böyük bir hissəsi beynəlxalq təşkilatların iştirakı ilə keçirilən kurslarda öz 
İxtisaslarını artırımışlar(20,3). 
Auditor Palatası yaranana qədər Azərbaycan Respublikası - Maliyyə Nazirliyİ 
yanında təşkil olunmuş «Azəri-audit» mərkəzi tərəfindən 15 avqusı 1995-ci ildə 24 
nəfər imtahan vermiş və onlara da respublika Auditorlar Palatasının Lisenziyası 
verilmlişdir. 1996-2000-ci illər ərzində Azərbaycan Respublikasında 26 yerli və 6 
xarici ölkə təşkilatına auditor fəaliyyəti ilə məşğul olmaq üçün Lisenziyalar 
verilmişdir

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə