Zeynalova lalə VĠdadġ qızı “Audit xidməti sahibkarlığın növü kimi”



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə7/32
tarix25.05.2022
ölçüsü1,48 Mb.
#87892
1   2   3   4   5   6   7   8   9   10   ...   32
audit-son

Kənar audit 
təsərrüfat subyektinin mühasibat uçotunun və mühasibat (maliyyə) 
hesabatının düzgünlüyünü obyektiv qiymətləndirmək məqsədi ilə aparılır. 
Kənar audit müstəqil, sərbəst auditorlar və ya auditor firmaları tərəfindən 
qarşılıqlı bağlanmış müqavilə (sifariş) əsasında icra olunur. Kənar auditi fərqləndirən 
xüsusi cəhət ondadır ki, auditor yoxlaması aparan auditorlar həmin müəssisədə heç 
bir maraqları olmur. Başqa sözlə deyilərsə onlar həmin müəssisənin təsisçiləri
mülkiyyət sahibləri, səhmdarların və ya mühasibat (maliyyə) hesabatı, mühasibat 
uçotu fəaliyyətinə cavabdeh olan şəxslər, müəssisə rəhbərliyi ilə xidməti, qohumluq 
əlaqələri olmayan şəxslərdir.
Mövcud olan qanunçuluğa görə iqtisadi subyektə müəyyən komersiya və digər 
şəxsi əlaqələri olan auditor firmalarının auditorları həmin müəssisədə auditor 
yoxlaması apara bilməzlər. Belə hallar müəyyən olunduqda auditor aparan şəxslərin 
auditorluq hüquqi ilə əlaqədar lisenziya ləğv oluna bilər. 
Kənar auditin əsas məqsədi aşağıdakılardır:
• Müəssisə maliyyə fəaliyyəti ilə əlaqədar olan mühasibat uçotu, hesabatı 
göstəricilərinin tam, etibarlı və düzgün olunmasının yoxlaması;
• Uçot, hesabatın aparılması, müəssisə aktivinin öhdəçiliyinin və özünəməxsus 
kapitalının tənzimlənməsini müəyyən edən qanunvericilik və normativ aktların 
düzgün icrasına nəzarət; 
• Özünəməxsus əsas və dövriyyə vəsaitlərin, maliyyə ehtiyatlarının və kənar 
mənbələrdən cəlb etməklə istifadə olunması imkarnlarını müəyyənləşdirmək; 
• Vergi ödənişi uzrə hesablamaların düzgünlüyü və müəssisə maliyyə vəziy-
yətinin yüksəidilməsi ilə əlaqədar optimal təkliftərin hazırlanması; 
• Müəssisə mühasibat balansının, mənfəət və zərərlər, əsas kapitalın hərəkəti və 
illik mühasibat (maliyyə) hesabatına əlavə olunmuş izahatlı arayışda əks olunmuş 


16 
göstəricilərin düzgünlüyünün yoxlanılması və s. 
Kənar auditin nəticələri ilə əlaqədar olaraq auditorlar və ya auditor firması 
tərəfindən yoxlanılan müəssisədə mühasibat uçotu, hesabatının daxili nəzarəti 
vəziyyətinə və illik hesabatın düzgünlüyü haqqında yazılı rəy tərtib olunur. Sifarişçi 
ilə bağlanmış müqaviləyə uyğun olaraq kənar auditor sifarişçi üçün müxtəlif 
layihələr, biznes-planı, arayışlar da tərtib etməklə onu müəssisə rəhbərliyinə təqdim 
edə bilərlər. Nəzərə almaq lazımdır ki, müəssisə auditoru yoxlama aparmaq üçün 
sərbəst özü seçir. 
Azərbaycan Respublikasının «Auditor xidməti» haqqında qanunda müəyyən 
olunmuşdur ki, audit yoxlaması məcburi və ya könüllü (təsərrüfat subyektini öz 
təşəbbüsü ilə) ola bilər. Qanunvericiliyə görə öz maliyyə hesabatlarını dərc etdirməli 
olan təsərrüfat subyektləri üçün, habelə qanunvericilik aktları liə bilavasitə nəzərdə 
tutulmuş hallarda və ya səlahiyyətli dövlət orqanlarının müvafiq qərarına əsasən 
(sifarişçi ilə) həyata keçirilən audit məcburi, digər hallarda isə könüllüdür. 
Mövcud qanunvericiliyə görə səhmdar cəmiyyətləri, xarici invesıisiyalı müəs-
sisələr, banklar və digər kredit təşkilatları, məhdud məsuliyyətli müəssisələr, 
invesıisiya fondları, maliyyə-sənaye qrupları üzrə audit məcburidir. 
Könüllü audit iqtisadi subyektin qərarı üzrə auditor firması və ya auditorla 
bağlanmış müqavilə əsasında həyata keçirılır. Belə yoxlamanın xüsusiyyətinin 
ümumi həcmini və göstəricilərinin miqyasını sifarişçi müəyyən edir. 

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə