1.3. Auditin xidmətinin təĢkili və yekun hesabatların rəsmiyyətə salınması
Müəssisələrdə auditor fəaliyyətinin başlanması və təşkilində ilk mərhələ
sifarişçinin seçilməsidir. Hər bir müəssisədə aparılmış auditor fəaliyyəti ilk növbədə
seçilən müəssisənin xüsusiyyətlərindən, onların iş həcmindən və auditin keçirilmə
vaxtından xeyli asılıdır.
Məlumdur ki, auditor fəaliyyəti mövsümi fəaliyyət daşıyır, yə'nı audit bir qayda
olaraq hər bir müəssisədə ilin yekunu ilə əlaqədar olaraq aparılır. Lakin auditor
firmaları sahibkar olmaqla, daimi fəaliyyət göstərməli və mənfəət əldə etməlidirlər.
17
Ona görə də auditor firmaları ilin yekunu ilə əlaqədar olaraq auditor. yoxlaması
aparmaqla yanaşı, digər nəzarət formaları ilə də məşğul olmalıdırlar.
Bununla əlaqədar olaraq auditor firmaları və sərbəst auditorlar öz sifarişçilərində
mühasibat uçotunun səhmana salınması, mühasibat (maliyyə) hesabatının tərtib
olunması, onlarda təhlil əməliyyatlarının aparılması, məsləhətlər verilməsi və sair
məsələlərlə məşğul olmalıdırlar.
Auditor xidmətinin vacib məsələlərindən biri yoxlamanın yüksək səviyyədə
keçirilməsidir. Bu isə, ilk növbədə firmanın auditor kadrlarının keyfiyyəti, onların
ixtisas təcrübəsi, auditor prinsipləri və slandartlarının düzgün tətbiq olunması,
nəzarətin mövcud olan metodoloji prinsiplərinin öyrənilıb təcrübədə istifadə
olunması və sair göstərtcilərdən asılıdır.
Bu da gizli deyil ki, sərbəst bazar iqtisadiyyatına keçid dövründə ölkədə neqativ
halların genişlənməsi müşahidə olunur. Xüsusilə mövcud olan əmlakın və pul
vəsaitinin mənimsənilməsi, saxtakarlıq, korrupsiya və iqtisadi cinsiyyət əməliyyatları
xeyli artmışdır.
Belə bir şəraitdə hər bir auditor təşkilatının sifarişçini seçməsi çox ciddi və vacib
məsələdir, Bu xüsusilə ona görə lazımdır ki, auditor firması qazandığı imicini
itirməsin.
Mövcud olan qanunvericiliyə görə auditor xidməti hər hansı iqtisadi subyektin
təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq, göstərilə bilər. Bunun
əsasında iqtisadi subyekt sərbəst auditoru və auditor firmasını özü sərbəst seçir.
Sifariçi müəssisə auditor xidməti göstərilməsinə dair auditor təşkilatına şifahi və
yazılı müraciət etməklə, auditor xidməti göstərilməsini məqsədini və audit prosesində
yoxlanılması olan zəruri məsələləri, audit yoxlamasının həcmini göstərir. Auditor
firması qarşıya qoyulan məsələ ilə əlaqədar olaraq, sifarişçiyə razilığa dair cavab
verir.
Sifarişçiyə cavab verməzdən əvvəl auditor işin həcmini müəyyən etmək
məqsədilə, zəruri hallarda audit aparılacaq obyektdə sifarişçi müəssisənin təsərrüfat
maliyyə göstəricilərinin öyrənilməsi ilə əlaqədar olaraq müəyyən tədqiqat apara bilər.
18
Bütün bu göstəricilər Azəraycan respublikası Auditorlar Palatası Şurasının
1999-cu il 7 dekabr tarixli qərarı ilə təsdiq olunmuş «Audit aparılmasının şərtləri»
(məktub öhdəçilik) milli audit standartında öz əksini tapmışdır.
Məktub öhdəçilikdə audit aparılmasının şərtləri üzrə zəruri məlumatlar,
auditorun öhdəlikləri, təsərrüfat subyektçinin öhdəlikləri göstərilməlidir. Bunun
əsasında ilkin razılıq əldə edilir və auditor xidməti göstərilməsinə dair müqavilə
bağlanır.
Müqavilənin tərtib olunması və rəsmiləşdirilməsi qaydası Azərbaycan Res-
publikası Auditorlar Palatası Şurasının 1996-cı il 7 oktyabr tarixli qərarı ilə təsdiq
edilmiş «Auditin aparılmasına dair müqavilə» mifli audit standartında
müəyyənləşdirilmişdir(29,7).
Tərtib olunmuş müqavilə icrası və sifarişçi tərəfindən imza olunmaqla, 2
nüsxədən ibarət olmalıdır.
Auditin keçrilməsi haqqında təsərrüfat subyekti ilə müqavilə bağlandıqdan sonra
auditin planaşdırılması mərhələsi başlanır.
Planlaşdırma mərhələsində auditin həcmi, yoxlanılan işlər və onların növləri,
icra müddətləri müəyyən olunmaqla, təsərrüfat subyektinin mühasibat (maliyyə)
hesabatının audit nəticələri ilə əlaqədar rəyin hazırlanması üçün lazım olan auditor
əməliyyatlarının həcmini və növünün ardıcıllıqla göstərən audit proqramı hazırlanır.
Auditor planaşdırılması əsasən aşağıdakı mərhələlərə ayrılır:
a) Auditin ilkin planaşdırllması;
b) Auditin ümumi planının hazırlanması və tərtib edilməsi;
c) Audit proqramının hazırlanması və tərtib edilməsi. Azərbaycan Respub-
likasında fəaliyyət göstərən audit təşkilatlarının audit aparmaları fəaliyyətini
planaşdırmaq üçün mövcud olan qanunvericilik tələblərinə uyğun olaraq Azərbaycan
Respublikası Auditorlar Palatası «Auditin planaşdırılması» milli audit standartında
hazırlanınış və Şuranın 1999-cu il 24 mart tarixli qərarı ilə təsdiq etmişdir.
Qəbul olunmuş həmin slandartla auditin keçrilməsi ilə əlaqədar olan bütün
əməliyyatlar müəyyənləşdirilir və müəyyən olunmuş prinsiplərə uyğun olaraq auditin
19
icrası başlanılır.
Yoxlama dövründə auditor nəticə əldə etmək və sifarişçinin mühasibat
(maliyyə) hesabatına dair etibarlı rəy tərtib olunması üçün vacib olan subutlar
toplanmalıdır. Hə-min toplanan subutlar lazımi səviyyədə sənədləşdirilməlidir.
Auditor sənədləşdirilməsi auditin planaşdırılmasına dair sənədlər, müəssisənin
təşkilatı-hüquqi formasına aid olan məlumatlar, uçot sisteminin öyrərilməsi,
mühasibat (maliyyə) hesabat göstəriciləri, mühasibat uçotu hesabları üzrə qalıqlar və
sair informasiyalar aiddir.
Audit qurtardıqdan sonra iş sənədləri auditorun mülkiyyəti olmaqla, onda qalır.
Azərbaycan Respublikasında auditorun iş sənədlərinin formasını, məzmununu
və mahiyyətini müəyyənləşdirmək və auditin yekununu rəsmiləşdirmək məqsədilə
Azərbaycan Respublikası Auditorlar Palatası 1996-cı il 13 noyabr tarixli qərarı ilə
«Auditin iş sənədləri Milli sıandartını» və 1997-ci il 4 fevral tarixli qərarı ilə
«Auditorun yekun səndləri» milli sıandartlarını hazırlamış və təsdiq etmişdir.
Auditorun yekun səndləri aparılan yoxlama nəticəsində auditorun hazırladığı və
sifalrşçiyə təqdim etdiyi audit aktından, auditor rəyindən və yekun sənədlərindən
ibarətdir. Audit aktı və auditor rəyi yekun sənədlərinin tərtib hissəsidir.
Yekun sənədləri yoxlama nəticəsində auditorun müəyyən etdiyi mühüm faktları,
nöqsanı və çalışmamazlıqları, onların aradan qaidırılmasına dair təklifləri və
nəticələri müəyyən edən sənədlər sistemidir.
Auditor yoxlama nəticəsi ilə əlaqədar olan yekun sənədlərini təhvil aktı ilə
sifarişçi müəssisənin rəhbərinə təhvil verməlidir.
Auditin təşkili və nəticələrinin rəsmiyyətə salınmasında mühüm mərhələ
aparılan audit yoxlamasının nəticələrini əks etdirən auditor rəyinin tərtib olunmasıdır.
«Auditor xidməti haqqında» Azərbaycan Respublikasının Qanununun 8-ci
maddəsində «Auditor rəyi auditorun (auditor təşkilatının) ınınzası və möhürü ilə
təsdiq olunmuş, audit aparılan təsərrüfat subyektinin maliyyə vəziyyətinə, maliyyə-
təsərrüfat əməliyyatlarının qanuniliyinə, illik mühasibat hesabları maddələrinin
doğruluğuna, mühasibat uçotunun mühüm vəziyyətinə verdiyi qiyməti əks etdirən və
20
bütün hüquqi və fiziki şəxslər, dövlət hakimiyyəti və idarəetmə orqanları, habelə
məhkəmə orqanları üçün hüquqi əhəmiyyəti olan rəsmi sənəddir».
Səlahiyyətli dövlət orqanlarının qərarına əsasən keçirilmiş yoxlamanın nəti-
cələrini əks etdirən auditor rəyi Azərbaycan Respublikası prosessual qanun-
vericiliyinə uyğun olaraq tə'yin edilmiş ekspertizanın rəyi ilə bərabər tutulur.
Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən auditorlar təşkilatı və
auditorlar fəaliyyətini tənzimlənınəsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası
Auditorlar Palatası tərəfindən 1996-cı il 26 dekabr tarixli qərarla «Auditor rəyləri»
milli sıandarlı qəbul olunmuşdur. Qəbul olunmuş auditor rəyində, onun tərtib
olunması qaydaları, əks olunacaq əsas göstəricilər müəyyən olunmuşdur.
Auditor rəyinin formaları aşağıdakılardır:
Şərtsiz müsbət rəy;
Şərti müsbət rəy
Mənfi rəy və rəy vermədən imtina etməklə, öz nəticələrini başqa formada
ifadə etmək;
Dostları ilə paylaş: |