Zavər Qafarov, Ataxan Əbilov Beynəlxalq xüsusi hüquq Yenidən işlənmiş ikinci nəşr Bakı ~ Qanun 2007


Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə112/124
tarix31.08.2018
ölçüsü2,45 Mb.
#65554
1   ...   108   109   110   111   112   113   114   115   ...   124

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi 
can  Respublikası  məhkəməsinin  beynəlxalq  səlahiyyətləri  barədə 
razılığa gələ bilərlər. Belə razılıq yazılı şəkildə olmalıdır. 
450.2.
 
Tərəflərdən birinin xarici ölkədə yaşayış yeri, iş yeri və ya 
onun  adətən  olduğu  yer  varsa,  tərəflər  bu  Məcəllənin  450.1-ci 
maddəsinə müvafiq olaraq xarici dövlətin məhkəməsinin beynəlxalq 
səlahiyyəti barədə razılığa gələ bilərlər. 
Maddə 451. tşə baxılması yerinin dəyişməzliyi 
Azərbaycan  Respublikası  məhkəməsi  tərəfindən  səlahiyyət 
qaydalarına  əməl  edilməklə  icraata  qəbul  edilmiş  İş,  sonradan 
tərəflərin  vətəndaşlığının,  yaşayış  yerinin  və  ya  adətən  yerləşdiyi 
yerin  dəyişməsi  ilə  əlaqədar  və  ya  digər  hallarda  başqa  dövlətin 
məhkəməsinə aid olsa da, mahiyyəti üzrə həl! edilir. 
Maddə  452.  Eyni  tərəflər  arasında,  eyni  predmet  barəsində  və 
eyni  əsaslar  üzrə  mübahisələrə  xarici  məhkəmələr  tərəfindən 
baxılmasının prosessual nəticələri 
452.1.
 
Eyni  tərəflər  arasında,  eyni  predmet  barəsində  və  eyni 
əsaslar  üzrə  mübahisələrə  dair  xarici  dövlətin  məhkəmələri 
tərəfindən  qətnamə  çıxanlıbsa,  Azərbaycan  Respublikasının 
məhkəməsi baxılmaq üçün ərizəni qəbul etməkdən imtina edir və ya 
iş üzrə icraata xitam verir. 
452.2.
 
Eyni  tərəflər  arasında,  eyni  predmet  barəsində  və  eyni 
əsaslar üzrə mübahisəyə dair xarici dövlətin məhkəməsində əvvəllər 
qaldınimış  iş  olarsa  və  qərar  Azərbaycan  Respublikası  ərazisində 
tanınmalı  və  ya  icra  edilməlidirsə,  Azərbaycan  Respublikasının 
məhkəməsi baxılmaq üçün ərizəni qəbul etməkdən imtina edir və ya 
ərizəni baxılmamış saxlayır. 
452.3.
 
Əgər xarici dövlətin məhkəmələri tərəfindən qəbul edilən 
və  ya  qəbul  ediləcək  qətnamə  Azərbaycan  Respublikasının 
ərazisində  tanınmalı  və  ya  icra  olunmalı  deyildirsə  və  yaxud  iş 
Azərbaycan Respublikası məhkəmələrinin müstəsna səlahiyyət 
345 


ƏLAVƏLƏR 
lərinə  aiddirsə,  bu  Məcəllənin  452.1  və  452.2-ci  maddələrinin 
nəticələri yaranmır. 
Maddə 453. Diplomatik missiyanın üzvləri 
Azərbaycan 
Respublikasında 
yaradılan 
diplomatik 
missiyalann  üzvləri,  onların  ailə  Üzvləri  və  onlann  fərdi  ev 
İşçiləri  diplomatik  münasibətlər  barəsində  18  aprel  1961-ci  il 
tarixli Vyana Konvensiyasının qaydalarına uyğun olaraq mülki 
məhkəmə  məsuliyyətindən  azad  edilirlər.  Bu,  həmçinin 
dövlətlərin  həmin  Konvensiyanın  iştirakçıları  olmadığı  hallara 
da aid edilir. 
Maddə 454. Konsulluq nümayəndəliklərinin üzvləri 
Azərbaycan 
Respublikasında 
yaradılmış 
konsulluq 
nümayəndəliklərinin  üzvləri,  konsulluğun  seçilmiş  qulluqçulan 
da  daxİl  olmaqla  konsulluq  münasibətləri  barəsində  24  aprel 
1963-cü  il  tarixli  Vyana  Konvensiyasının  qaydalanna  uyğun 
olaraq  mülki  məhkəmə  məsuliyyətindən  azad  edilirlər.  Bu, 
həmçinin  onlann  dövlətlərinin  həmin  məsuliyyət  barədəki 
müqavilənin iştirakçılan olmadığı hallara da aid edilir. 
Maddə 455. Digər toxunulmazlıq 
Azərbaycan  Respublikasının  mülki  məhkəmə  məsuliyyəti 
xidməti  dəvət  üzrə  Azərbaycan  Respublikasında  olan  digər 
dövlətlərin  nümayəndələrinə  və  onlann  müşayiətçilərinə  şamil 
edilmir. 
Maddə 456. Məhkəmə tapşırıqları 
456.1.
 
Azərbaycan 
Respublikasının 
məhkəmələri 
Azərbaycan  Respublikasının  qanunları  ilə  və  Azərbaycan 
Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələrilə 
müəyyən  edilmiş  qaydada  xarici  məhkəmələrin  ayn-ayrı 
prosessual  hərəkətlərin  yerinə  yetirilməsi  barədə  tapşırıqlarını 
icra  edirlər  (bildirişlərin  və  başqa  sənədlərin  verilməsi, 
tərəflərdən  izahatlar,  şahidlərdən  ifadələr,  ekspertlərdən  rəy 
alınması, yerində müayinə aparılması və s.). 
346 


Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi 
456.2.
 
Aşağıdakı hallarda tapşırıqlar icra edilməməlidir: 
456.2.1.
 
əgər 
tapşırığın 
yerinə 
yetirilməsi 
Azərbaycan 
Respublikasının  suverenliyinə  və  onun  qanunvericiliyinin  ümumi 
prinsiplərinə ziddirsə; 
456.2.2.
 
əgər  tapşırığın  yerinə  yetirilməsi  məhkəmənin 
səlahiyyətinə aid deyildirsə. 
456.3.
 
Xarici  məhkəmələrin  ayrı-ayrı  prosessual  tapşırıqlarının 
yerinə  yetirilməsi,  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı 
beynəlxalq  müqavilələrdə  başqa  qayda  müəyyən  edilməyibsə,  bu 
Məcəllədə müəyyən edilmiş qaydalarla icra edilir. 
456.4.
 
Azərbaycan Respublikasının məhkəmələri xarici ölkələrin 
məhkəmələrinə  ayn-ayn  prosessual  hərəkətlərin  yerinə  yetirilməsi 
barədə tapşınqla müraciət edə bilər. 
456.5.
 
Əgər, lazım olan hərəkətləri Azərbaycan Respublikasının 
diplomatik  və  ya  konsul  nümayəndələri  edə  bilərlərsə,  bu  barədə 
onlara müraciət edilə bilər. 
456.6.
 
Azərbaycan  Respublikası  məhkəmələri  ilə  xarici 
məhkəmələr  arasındakı  münasibətlər  Azərbaycan  Respublikasının 
qanun- lan və Azərbaycan Respublikasının beynəlxalq müqavilələri 
ilə müəyyən edilir. 
Maddə 457. Xarici dövlətlərin orqanları tərəflndən verilmiş 
sənədlərin tanınması 
Azərbaycan 
Respublikasından 
kənarda 
Azərbaycan 
Respublikasının  vətəndaşı  və  ya  hüquqi  şəxsləri,  yaxud  əcnəbilər 
barəsində verilmiş, tərtib edilmiş və ya xarici dövlətlərin səlahiyyətli 
orqanları  tərəfindən  müəyyən  edilmiş  qaydada  təsdiq  edilmiş 
sənədlər,  əgər  qanunla  və  ya  Azərbaycan  Respublikasının  tərəfdar 
çıxdığı 
beynəlxalq 
müqavilələrdə 
başqa 
qayda 
nəzərdə 
tutulmamışdırsa,  konsul  orqanları  tərəfindən  qanuniləşdirildikdən 
sonra Azərbaycan Respublikası məhkəmələri tərəfindən qəbul edilir. 
347 


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə