Yol hərəkəti qaydaları Ümumtəhsil məktəbləri müəllimləri üçün metodik vəsait Müəllif: Ərəstun Məcidov Buraxılış


Yol nişanları və yolların nişanlanması



Yüklə 166,43 Kb.
səhifə6/7
tarix26.11.2017
ölçüsü166,43 Kb.
#12922
növüQaydalar
1   2   3   4   5   6   7

Yol nişanları və yolların nişanlanması





          Yol nişanları XIX əsrin sonlarında ilk avtomobillərlə birlikdə  yollarda peyda  olmuşdur. 1969-cu ildə Parisdə keçirilmiş  avtomobil hərəkətinə aid birinci beynəlxalq konfransda yol hərəkətinin və avtomobilə verilən tələblərin əsas prinsiplərini göstərən beynəlxalq razılaşma qəbul edilmişdir. Burada yol nişanlarına aid ilk tövsiyələr qəbul edilmişdir.
          03 iyul 1998-ci il tarixdə qüvvəyə minmiş "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə yol hərəkətinin nizama salınmasının vahid qaydaları, yəni yol hərəkəti qaydaları təsdiq olunmuşdur.
          Yollarda yol hərəkətinin qaydaları və şəraiti barədə müəyyən məlumat verən və yol hərəkətini nizamlayan əsas vasitələrdən biri yol nişanlarıdır.
          Yol nişanları 7 qrupa bölünür:
            Xəbərdarlıq;
            Üstünlük;
            Qadağan;
            Məcburi hərəkət istiqaməti;
            Məlumatverici-göstərici;
            Servis;
            Əlavə məlumat (lövhəciklər) nişanları. 
          Hər bir yol nişanının öz nömrəsi olur ki, onun birinci rəqəmi qrupun nömrəsinə uyğun olur, sonrakı rəqəmlər  qrupda ardıcıl nömrəni və müxtəliflik mövcud olduqda onun ardıcıl nömrəsini əks etdirir. Müxtəlif qruplardan toplanan, üstünlük nişanlarından başqa, hər qrup yol nişanlarının özünə məxsus rəngi və forması vardır. Bu nişanın uzaq məsafədən yaxşı dərk edilməsinə imkan verir. Sutkanın qaranlıq vaxtlarında nişanların  aydın görünməsi üçün şəhərlərdə onlar  işıqlandırılır, yaşayış məntəqələrindən kənar yollarda isə nişanlara işıq əks etdirici materiallar tətbiq edilir.
          Nişanların qoyulmasında mühüm  şərt-onların yaxşı görünməsi və ən azı 100 m məsafədən təyin edilə bilməsidir.
          Nişanları əsasən yolun sağ tərəfindən  qoyurlar. İki və ya artıq zolaqlarda bir istiqamətdə hərəkəti olan yollarda yol nişanları vaxtlı-vaxtında sürücü tərəfindən çətinlikdə qavranılarsa, onlarda olan məlumat nəzərə alınmaqla nişanlar təkrar qurulur.
          Yolun solunda yerləşdirilən yol nişanının görünməsinin təmin olunması mümkün deyilsə və ya əks istiqamətli hərəkət üçün üç və artıq hərəkət zolağı vardırsa, onda yol nişanları yolun hərəkət  hissəsinin üstündə qurulur.
          Yol nişanları Nazirlər Kabinetinin Hərəkətin Təhlükəsizliyi Komissiyasının müvafiq qərarı ilə  qurulur və ya çıxarılır.
          1. Xəbərdarlıq nişanları hərəkət zamanı şəraitə uyğun tədbirlər görülməsini tələb edilən yolun təhlükəli sahəsinə  yaxınlaşma və təhlükənin xarakteri barədə yol hərəkəti iştirakçılarına məlumat verir. Xəbərdarlıq nişanlarının əsas fərqləndirici əlamətləri (1.3, 1.4 və 1.31 qrupları istisna olmaqla) onların ağ fonlu üçbucaqlı və qırmızı haşiyəli formasıdır. Onlar heç bir məhdudiyyət nəzərdə tutmurlar. Lakin belə nişanları görən sürücü diqqətini artırmalı və şəraitə uyğun təhlükəsizlik tədbirləri görməyə hazır olmalıdır
          2. Üstünlük nişanları yolayrıclarını, yolun hərəkət hissəsinin kəsişmələrini, habelə əks istiqamətlərdə hərəkət edən iki nəqliyyat vasitəsinin eyni zamanda keçməsinə imkan verməyən dar sahələrini keçmək növbəliyini göstərir.
          Üstünlük nişanları başqa qruplardan toplandığına görə vahid forma və rəng fonuna malik deyildirlər.
          3. Qadağan nişanları yol hərəkəti  iştirakçılarının hərəkətinə müəyyən  məhdudiyyətlər qoyur, yaxud ləğv edir. Onların dairəvi forması, ağ fonu, 3.27-3.30 işarələrinin mavi və qırmızı haşiyəsi vardır.
3.1, 3.21, 3.23, 3.25, və 3.31 nişanları rəngli tərtibatla fərqlənirlər.
          Qadağan nişanları müvafiq məhdudiyyətin qoyulduğu küçə və yolların sahələrinin bilavasitə qabağında və ya onun ləğv edildiyi yerlərdə quraşdırılır.
          4. Məcburi hərəkət istiqaməti nişanları sürücülərə nəqliyyat vasitələrinin hərəkətinin icazə verilmiş istiqamətini, sürətini, müvafiq nəqliyyat vasitələrinin hərəkətini, eləcə də piyadaların hərəkəti üçün nəzərdə tutulan yolları göstərir.
          nişanların dairəvi forması və mavi fonu vardır.
          5. Məlumatverici-göstərici nişanlar hərəkətin müəyyən rejimini tətbiq və ya ləvğ edirlər. Eləcə də  yaşayış məntəqələrinin və başqa obyektlərin yerləşməsi barədə məlumat verirlər.
          Bu nişanların düzbucaq forması vardır, sürücülərin və hərəkətin digər  iştirakçılarını yolun vəziyyətinin xüsusiyyətləri, yaşayış məntəqələrinin adları, onları keçmə qaydaları, küçələrin və yolların ayrı-ayrı sahələrində hərəkət rejiminin  müəyyələşdirilməsi üçün nəzərdə tutulmuşdur.
          Bu qrup nişanların müxtəlif fonları vardır. Yaşıl fon avtomagistral, göy fon bütün başqa avtomobil yolları, ağ fon yaşayış məntəqəsi əlaməti deməkdir. Nişanların sarı fonu yolun təmir olunan hissələrinin yanından keçmə üçün tətbiq olunur.
          6. Servis nişanları yollarda müvafiq obyektlərin yerləşməsi barədə məlumat verir.
          Servis nişanlarının düzbucaq forması, enli mavi haşiyəsi vardır. Müvafiq rəmzlər ağ fon üzərində təsvir olunur.
          7. Əlavə məlumat nişanları (lövhəcikləri) birlikdə tətbiq olunduğu nişanların təsirini dəqiqləşdirir və ya məhdudlaşdırırlar.
          Lövhəciklər birlikdə tətbiq olunduqları yol nişanının bilavasitə altında  yerləşdirirlər. Yolun hərəkət hissəsinin qırağında və ya səkinin üstündə asıldıqda, 7.2.2-7.2.4 , 7.13 əlavə məlumat nişanları yol nişanlarının yan tərəfində yerləşdirilir.
          Yolun nişanlanması yol hərəkətinin nizamlanmasının səmərəli vasitələrindən biri olmaqla, nəqliyyat axınının qaydaya salınmasına və yolun buraxılış qabiliyyətinin yüksəldilməsinə xidmət edir.
          Yol nişanlanmasına hərəkət təhlükəsizliyini artırmaq məqsədi ilə yol hərəkəti qaydalarını müəyyənləşdirən, yol qurğularının ölçülərini və ya yolun istiqamətini bildirən, yolun hərəkət hissəsinə yolun və yol qurğularının digər elementlərinə çəkilən xətlər, yazılar və digər qeydlər aiddir. Yol nişanlanması müstəqil şəkildə, habelə yol nişanları və  svetoforlarla birlikdə tətbiq olunur.
          Yolun nişanlanmasının aşağıdakı formaları vardır:
          1. Üfiqi:
            a) uzununa,
            b) köndələninə,
            v) digərləri,
          2. Şaquli.
 
          Nişanlanma xəttləri və onların əhəmiyyəti

          Nəqliyyatın və piyadaların hərəkətini yaxşı təşkil etmək və sürücülərə  yolu düzgün göstərmək, bununla da hərəkətin təhlükəsizliyini təmin etmək üçün yolları və küçələri nişanlayırlar.


          Yol nişanlanmasına  hərəkət təhlükəsizliyini artırmaq məqsədi ilə  yol hərəkəti qaydalarını müəyyənləşdirən, yol qurğularının ölçülərini və ya yolun istiqamətini bildirən, yolun hərəkət hissəsinə, yolun və yol qurğularının digər elementlərinə çəkilən xətlər, yazılar və digər qeydlər aiddir.
          Üfüqi nişanlanma sarı rəngdə və ağ rənglə çəkilir.
          Sarı rənglə çəkilən xətlər aşağıdakılardır:

          1.10.    1.17.


          Ağ rənglə çəkilən xətlər aşağıdakılardır:
          1.1, 1.2, 1.5, 1.6, 1.7, 1.8, 1.9, 1.11, 1.12, 1.13, 1.14.1, 1.14.2, 1.14.3, 1.15, 1.16.1, 1.16.3, 1.18, 1.19, 1.20, 1.21, 1.22, 1.23, 
          Üfüqi nişanlanma xətlər, oxlar, yazılar və hərəkət hissəsinin üstündəki,  başqa işarələr müəyyən rejimləri və hərəkət tərzini təyin edir.   
          Şaquli nişanlanma xətlər aşağıdakılardır:
          2.1,  2.2,  2.3,  2.4,  2.5,  2.6,  2.7.
          Yol qurğuları və yol avadanlığı ünsürlərini üzərində birgə qara və ağ rəngli zolaqlar şəklində çəkilmiş şaquli nişanlanma  onların qabaritlərini göstərir və  körünən səmtləşmə vasitəsi rolunu oynayır.

          Yol ayrıcı və meydanlar

          Yol ayrıcı - yolların bir səviyyədə hər hər hansı  kəsişməsi, birləşməsi və ya şaxələnməsi, o cümlədən bunların əmələ gətirdiyi ərazidir.
          Yolayrıcının sərhədi səkilərin və ya yol kənarlarının xarici sərhədlərinin  birləşdirən xəyali xətlərlə məhdudlaşır. Yol ayrıcıları öz konfiqurasiyasına görə «+», «X», «T» və «Y» şəklində ola bilər.
          Kəsişən və ya qovuşan yolların xəyali ox xətlərinin kəsişdiyi nöqtə yolayrıcının mərkəzi adlanır.
          Bəzən beş və daha çox yolun kəsişdiyi yer böyük ərazi təşkil edir ki, belə yerlər meydan adlanır. Meydanlarda  çox sıralı hərəkət təşkil edilir, həmçinin avtobusların, trolleybusların və  taksi  avtomobillərin müvafiq dayanacaqları və gözləmə yerləri yerləşir. Bir çox  hallarda  meydanlardan nəqliyyat axınlarını paylamaq məqsədilə istifadə edilir.
          Belə meydanların arxasında ayırıcı-istiqamətləndirici adacıqlar yerləşdirilir və meydanda dairəvi hərəkət təşkil edilir.
          Nəqliyyat vasitələrinin sürücüləri meydanlarda kəsişmə yerlərində rast gəldikləri hər  bir svetoforun, yol nişanları və nişanlama xətlərinin tələbinə ayrılıqda tabe  olmalıdırlar. Əgər meydanların kəsişmə yerlərində svetoforun, yol nişanları və  nişanlama xətləri yoxdursa, sürücülər eynidərəcəli yolların yol ayrıcını keçmək qaydasını rəhbər tutaraq hərəkət etməlidirlər.
          Meydançalar, əhatə etdiyi ərazinin böyüklüyü ilə, eləcə də həmin ərazidə  küçələrin tikinti xətlərinin xəyali uzadılması nəticəsində yarana bilən sahələrin olması ilə yolayrıclarından fərqlənir.

           Küçə və yolların elementləri



          Şəhərin və s. yaşayış məntəqəsinin, mədəni-məişət binalarının, ya da hərəkət olan park məhəllələri arasında  yerləşən hissəyə küçə deyirlər.
          Binalar, onların tikinti xətləri və ya çəpərləri arasında qalan məsafəyə küçənin eni deyilir. Küçənin əsas elementləri aşağıdakılardır:
          1) piyadaların hərəkət etmələri üçün düzəldilmiş səkilər; 
          2) küçənin ortasında, yaxud kənarında  yerləşdirilmiş tramvay xətləri; 
          3) relssiz nəqliyyatın  hərəkəti üçün küçənin işlək hissəsi;
          4) küçənin ortasında, yaxud səkilərdə işlək hissə və ya tikinti binaları arasında yaşıllıqlar salınması üçün olan sahə;
          5) geniş küçələrdə işlək (hərəkət) hissəni ayıran ehtiyat adacıqları; 
          6) iri şəhərlərdə geniş prospektlərdə və küçələrdə revers zolaqları. 
          Yol hərəkəti qaydalarına, dövlət standartlarına və digər normativ-hüquqi aktlara uyğun olan ölçülərə və kütləyə malik avtomobillərin, avtobusların və digər nəqliyyat vasitələrinin müəyyənləşdirilmiş sürətlə təhlükəsiz və rahat hərəkətini təmin etmək üçün nəzərdə tutulur.
          Yolun elementləri aşağıdakıdır:
          1. Yolun hərəkət hissəsi.
          2. Yolun ox hissəsi.
          3. Yolun ayrıcı zolağı.
          4. Yolun döşənməsi.
          5. Arx
          6. Yolun çiyni.
          7. Yolun kəsiyi.
          8. Torpaq döşəməsi.
          9. Velosiped yolu.
          10. Piyadalar yolu.
          11. Yeraltı və yerüstü piyadalar üçün keçid.
          12. Yerəti azaldan və sürəti  gücləndirən zolaqlar.
          Bu yol elementləri avtomobil yolunun dərəcəsindən aslı olaraq yolda mövcud olur.
          Hərəkətin təhlükəsizliyinin təmin olunmasında sürücünün ustalığından, onun düzgün sürət seçməsindən çox asılıdır.
          Nəqliyyat vasitəsini etibarlı və təhlükəsiz sürmənin  əlamətləri aşağıdakı şərtlərlə  təyin olunur:
          1. Sürətin hərəkət şəraitinə və avtomobilin istismar xüsusiyyətlərinə görə düzgün seçilməsi;
          2. Sürücünün yol şəraitinə  uyğunlaşma bacarığı.
          Sürücünün idarə etdiyi avtomobilin hərəkət sürətini düzgün təyin etmək bacarığı,  yalnız onun avtomobili müəyyən  vaxtda hansı sürətlə idarə etməsi ilə deyil,  həmçinin, avtomobilin hərəkətə  başlanması və tam dayandarılması, onların sürətlə əlaqələndirmək  bacarığı ilə qiymətləndirilir.
          Hərəkət şəraitini təyin etmək bacarığı  əlverişli sürət və tam dayandırma anının seçmək bacarığından az əhəmiyyətli deyildir.  Yollarda, küçələrdə  hərəkət edərkən qəza baş verməməsi üçün hərəkət ritminə  uyğunlaşmağa bacarmaq lazımdır. Yəni sürücü təkcə öz idarə etdiyi avtomobilin deyil, digər nəqliyyat vasitələrinin də  hərəkət sürətini təyin etməyi bacarmalıdır.

Yüklə 166,43 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə