Yol hərəkəti qaydaları Ümumtəhsil məktəbləri müəllimləri üçün metodik vəsait Müəllif: Ərəstun Məcidov Buraxılış



Yüklə 166,43 Kb.
səhifə7/7
tarix26.11.2017
ölçüsü166,43 Kb.
#12922
növüQaydalar
1   2   3   4   5   6   7

Dövlət Yol polisinin vəzifələri








          Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması və yol hərəkəti qaydalarına riayət edilməsinə nəzarət dövlət yol polisinin qarşısında  duran əsas vəzifələrdir.
          Bu vəzifələrin yerinə yetirilməsi üçün Dövlət yol polisi:
          - Nəqliyyatın və piyadaların hərəkətini nizama salır, sürücülər və piyadalar tərəfindən yol hərəkəti qaydalarına riayət olunmasına nəzarət edir;
          - Yolların təmiri, tikintisi, layihələşdirilməsi, istismarı və onlara xidmət  zamanı yol hərəkəti təhlükəsizliyinin tələbləri ilə bağlı qüvvədə olan qaydalara, normativlərə və standartlara əməl olunmasına nəzarət sahəsində öz səlahiyyətləri daxilində müvafiq tədbirlər görür;
          - Nəqliyyat vasitələrinə dövlət texniki baxışının keçirilməsini təmin edir;
          -Təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisələr, təşkilatlar, idarələr və fiziki şəxslər tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmin olunmasını, avtonəqliyyat vasitələrinin texniki vəziyyətinə, qazların zərərli tullantılarından ətraf mühitin qorunması sahəsində qüvvədə olan qaydaların, normativlərin və standartların tələblərinə riayət edilməsinə  nəzarətini təmin edir:
          - Yol hərəkəti qaydalarının pozulması və yol-nəqliyyat hadisələri üzrə təhqiqat aparır, səlahiyyətləri çərçivəsində inzibati tənbeh tədbirləri tətbiq edir;
          - Yol hərəkəti qaydaları və sürücülük vərdişləri üzrə imtahanlar qəbul edir və nəqliyyat vasitələrini idarə etmək hüququ verən sürücülük vəsiqələrini verir;
          - Nəqliyyat vasitələrinin və onun qoşqularının dövlət qeydiyyatını aparır və onlara dövlət qeydiyyat  nişanları  verir.

Yol-nəqliyyat hadisəsi barədə ümumi anlayış








          Yol-nəqliyyat hadisəsi - hərəkətdə olan ən azı bir nəqliyyat vasitəsi ilə əlaqəli, adamların həlak olmasına, yaralanmasına və ya nəqliyyat vasitələrinin, yüklərin, yolların, yol qurğularının və digər qurğuların və ya başqa əmlakın zədələnməsinə səbəb olmuş hadisədir. 
          Yol-nəqliyyat hadisələrinə aşağıdakılar aid edilir:
          - Toqquşma - hərəkətdə olan nəqliyyat vasitələrinin öz aralarında və ya qatarla toqquşması zamanı baş verən hadisədir. Bu növə qəflətən dayanmış nəqliyyat vasitəsi ilə hərəkətdə olan digər nəqliyyatın, həmçinin dəmir yolunda dayanmış nəqliyyat vasitəsi ilə qatarın toqquşması da aid edilir. 
          - Aşma - hərəkətdə olan nəqliyyat vasitəsinin çevrilməsi hadisəsidir. Digər növ hadisələrin baş verməsi nəticəsində nəqliyyatın aşması bu növə aid edilmir.
          - Dayanmış nəqliyyat vasitəsini vurma - hərəkətdə olan nəqliyyat vasitəsinin dayanmış nəqliyyat vasitəsini, həmçinin qoşqu və ya yarımqoşqunu vurması hadisəsidir. 
          - Maneəni vurma - nəqliyyat vasitəsinin hər hansı bir hərəkətsiz əşyaya (körpü dirəyi, sütün, ağac, darvaza, tikinti materialı, hasar və s.) dəyməsi və ya onu vurması hadisəsidir.
          - Piyadanı vurma - nəqliyyat vasitəsinin piyadanı vurması və ya piyadanın hərəkətdə olan nəqliyyat vasitəsinə dəyməsi hadisəsidir. Nəqliyyat vasitələrinin daşıdığı yük və əşyaların piyadalara xəsarət yetirməsi də bu növ hadisələrə aid edilir.
          - Velosipedçini vurma - nəqliyyat vasitəsinin velosipedçini vurması və ya velosipedçinin nəqliyyat vasitəsinə dəyməsi hadisəsidir.
          - Qoşqunu  (arabanı) vurma - nəqliyyat vasitələrinin qoşqu heyvanlarını və ya onlara qoşulmuş arabanı vurması, həmçinin qoşqu heyvanlarının və ya onlara qoşulmuş arabanın hərəkətdə olan nəqliyyat vasitəsinə dəyməsi hadisəsidir.
          - Heyvanları vurma - nəqliyyat vasitələrinin quşları, heyvanları vurması və ya bu heyvanların və quşların hərəkətdə olan nəqliyyat vasitələrinə dəyməsi hadisəsidir.
          - Sərnişinin yıxılması - hərəkətdə olan nəqliyyat vasitəsindən sərnişin yıxılması hadisəsidir. Hərəkət zamanı nəqliyyatın altından çıxan əşyanın adama, heyvana və ya başqa nəqliyyat vasitəsinə dəyməsi, hərəkət iştirakçısı olmayan şəxsləri vurma qəflətən yaranmış maneəyə dəymə (düşmüş yük, qopmuş təkər və s.) hadisələrə aid edilir.
          Hərəkətin təhlükəsizliyi hər bir insanın  həyatı ilə bağlıdır. İnkişaf etmiş ölkələrdə yol-nəqliyyat hadisəsində bir nəfərin həlak olması cəmiyyətə vurulan 200-500 min dollar ziyan kimi hesablanır. ABŞ-da  bu rəqəm 1.500.000 dollar  sayılır. Adları çəkilən dövlətlərdə həlak olanların sayı bu rəqəmlərə vurulur və yol hərəkətinin təkmilləşdirilməsi alınan rəqəm miqyasında  maliyyələşdirilir.
          Yollarda nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz və rahat hərəkətinin təmin edilməsi, yol hərəkəti ilə bağlı insanların həyat və sağlamlığının qorunması, ətraf mühitin qorunması, yol-nəqliyyat   hadisələrinin qarşısının alınması işində nəinki dövlət orqanları, eləcə də hər bir vətəndaş kənarda qala bilməz.
          Yol-nəqliyyat hadisələrini araşdırarkən dəqiq nəticələr əldə etmək məqsədi ilə müəyyən dövr ərzində  baş vermiş bütün hadisələrin miqdarı və xarakteri nəzərə alınır, tədqiq və təhlil edilir.
          Miqdarca araşdırmada ilin müxtəlif dövrlərində baş vermiş yol-nəqliyyat hadisələrinin və onlardan zərər çəkmiş adamların sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə götürülür.
          Xaraktercə araşdırmada hadisələrin baş verməsi  səbəbləri və onların baş  verməsinə imkan yaradan amillər öyrənilir. Bunun əsasında yol-nəqliyyat hadisələrinin qarşısını almaq məqsədi ilə əməli tədbirlər işlənib hazırlanır və həyata keçirilir.

Yol hərəkəti qayda pozuntuları








          «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş Yol hərəkəti qaydalarına əməl edilməməsi və İnzibati Xətalar Məcəlləsi ilə məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) yol hərəkəti qayda pozuntusu hesab olunur.
          Yol hərəkəti qayda pozuntuları subyektinə görə 2 qrupa bölünür:
          1. Sürücülər tərəfindən yol verilən pozuntular.
          2. Yol hərəkətinin başqa iştirakçıları tərəfindən yol verilən pozuntular.
Burada yol hərəkətinin başqa iştirakçıları dedikdə, piyadalar sərnişinlər velosiped (moped) idarə edən şəxslər, at arabalarını  idarə edən və ya mal qaranı ötürən şəxslər nəzərdə tutulur.
          Sürücülər tərəfindən törədilən pozuntuları özlüyündə 8 qrupa bölünür:
          1. Yolda müəyyən edilmiş hərəkət sürətinin 10-30 km/saat həddində aşılması; 2-ci bənddə göstərilən hallar istisna olmaqla, yol nişanlarının və yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi; nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi və ya piyada keçidlərinin keçilməsi, habelə dayanma, durma, yedəyə alma, yük daşıma, işıq cihazlarından, səs siqnallarından, təhlükəsizlik kəmərlərindən və motodəbilqələrdən istifadə  qaydalarının pozulması.  Bu pozuntular yerində cərimə edilir,
          2. Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi; 3.1 «Giriş qadağandır» 3.2 «Hərəkət qadağandır» yol nişanları tələblərinin və ya  sərnişinin daşıma qaydalarının pozulması; xüsusi səs, qırmızı və ya göy sayrışan işıq siqnalı verən, keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsi;
          3. Yolda müəyyən edilmiş hərəkət sürəti həddinin 30 km/saat və artıq aşılması; dəmir yol keçidlərinin keçilmə qaydalarının pozulması; qəza şəraitinin yaradılmasına, yəni hərəkətin başqa iştirakçılarının sürəti və hərəkətin istiqamətinin məcburi dəyişilməsinə səbəb olan pozuntular törədilməsi; yol hərəkəti təhlükəsizliyinə  nəzarəti həyata keçirən Dövlət Yol Polisi əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsi;
          4. Nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi; nəqliyyat vasitəsində olan sahibi tərəfindən bu nəqliyyat vasitəsini idarə etmək üçün sərxoş vəziyyətdə olan şəxsə verilməsi; sərxoşluq vəziyyətinin yoxlanılması üçün müəyyən edilmiş qaydada müayinədən boyun qaçırılması;
          5. İdarə etmə hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi,  nəqliyyat vasitəsində olan sahibi tərəfindən bu nəqliyyat vasitəsini idarə etmə hüququ olmayan şəxsə idarə etmək üçün verilməsi
          6. İdarə etmə hüququ olmayan və alkoqoldan,  narkotik vasitələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə   olan şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi; 
          7. 5-ci və 6-cı bəndlərdə nəzərdə tutulan pozuntuların 1 il ərzində təkrar törədilməsi;
          8. 1-6-cı bəndlərdə nəzərdə tutulan pozuntular nəticəsində zərər çəkən şəxsə maddi ziyan vurulması və ya onun bədəninə yüngül  xəsarət yetirilməsi.
          Yol hərəkəti qaydalarının pozuntusu haqqında məsələlərə İnzibati Xətalar Məcəlləsi ilə  nəzərdə tutulan qaydaya uyğun olaraq baxılır. 
          Aşağıda göstərilən qayda pozuntularına yol verilməsi inzibati tənbeh tətbiq edildikdən sonra sürücülərə cərimə balları təyin edilir: 
          - svetofor və ya nizamlayıcının  qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi, «Giriş qadağandır»; «Hərəkət qadağandır» yol nişanlarının tələblərinin, sərnişin daşıma qaydalarının pozulması, xüsusi səs, qırmızı və ya göy sayrışan işıq siqnalı verən, keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsi; - 3 balla; 
          - yolda müəyyən edilmiş hərəkət sürətinin 30 km/saat həddindən artıq aşılmasına, dəmiryol keçidlərinin keçilmə qaydalarının pozulması, qəza şəraitinin yaradılmasına, nəqliyyat vasitəsinin saxlamaq tələbinin yerinə yetirilməməsinə, dövlət qeydiyyat nişanları və ya onlardan birinin olmamasına, saxta və ya mövcud standartlara uyğun olmayan dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrini idarə etməyə görə; - 4 balla; 
          - nəqliyyat vasitəsinin alkoqoldan, narkotik və ya güclü təsir göstərən digər maddələrin istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə, nəqliyyat vasitələrini idarə etmək üçün ona sahiblik hüququ olan şəxs tərəfindən sərxoş vəziyyətdə olan şəxsə verilməsinə, sərxoşluq vəziyyətinin yoxlanması üçün  nəqliyyat vasitəsini idarə edən şəxsin müayinədən boyun qaçırması 5 balla qiymətləndirilir.
Sürücülər bir il ərzində cəmi 10 və daha çox cərimə balı topladıqda onların sürücülük hüququ 2 aydan 1 ilədək müddətə məhdudlaşdırılır. Digər yol hərəkəti qayda pozuntularına görə cərimə yerində ödənilir. 
          Cərimə balı ilə qiymətləndirilən qayda pozuntularının uçotu yerli Dövlət yol polisi bölümlərində və Respublika DYP İdarəsində aparılır.

Piyadalar və yol hərəkətinin başqa iştirakçıları tərəfindən yol hərəkəti qaydalarının pozuntuları








          I. Piyadalar  tərəfindən törədilən və məsuliyyətə səbəb olan pozuntular aşağıdakılardır:
           1) yolun hərəkət hissəsinə çıxdıqda piyada svetoforlarına və nizamlayıcının işarələrinə riayət edilməməsi;
           2) yolun hərəkət hissəsinin, dəmir yol keçidinin müəyyən olunmayan yerdən keçilməsi;
           3) yolda yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin qarşısına qəflətən çıxılması;
           4) qırmızı və ya göy sayrışan işıq və ya xüsusi səs siqnalı qoşulmuş nəqliyyat vasitəsi yaxınlaşan zaman yolun hərəkət hissəsinin tərk edilməməsi.
          II. Yol hərəkətində iştirak edən nəqliyyat vasitəsinə  minmə  və düşmə qaydalarının sərnişin tərəfindən pozulması məsuliyyətinə səbəb olan pozuntudur.
          III. Velosipedçilər və moped idarə edən şəxslər tərəfindən törədilən və məsuliyyətə səbəb olan pozuntular aşağıdakılardır:
           1)  svetoforların və nizamlayıcının işarələrinə riayət edilməməsi;  
           2) sərnişin daşınması;
           3) idarə etməyə mane olan yükün daşınması;
           4) yol nişanlarının və ya  yolun hərəkət hissəsinin nişanlanmasının tələblərinin pozulması;
           5) yolda sükanı tutmadan idarə edilməsi;
           6) piyadaların hərəkəti üçün nəzərdə tutulmuş sahədə onların hərəkətinə bu Qanunun tələblərinə zidd olaraq maneə yaradılması;
           7) üstün hərəkət hüququ olan nəqliyyat vasitələrinə yol verilməməsi.
          IV. At arabaları (kirşəni) idarə edən və ya mal-qara ötürənlər tərəfindən törədilən və məsuliyyətə səbəb olan pozuntular aşağıdakılardır:
           1) mal-qaranın yolda nəzarətsiz qoyulması;
           2) mal-qaranın, at arabasının (kirşənin) dəmir yol xətlərinin və ya yolların üstündən nəzərdə tutulmayan yerlərdən, habelə sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində keçirilməsi;
           3) mal-qaranın, asfalt və sement-beton örtüklü yollarda ötürülməsi;
           4) işıq əks etdirən qurğularla təhciz edilməmiş at  arabalarının (kirşənin) sürülməsi;
           5) at arabalarını (kirşəni) idarə edən şəxs tərəfindən  svetofor və ya nizamlayıcının işarələlərinə, habelə yol nişanları və ya yol  nişanlanması tələblərinə riayət edilməməsi.
Yüklə 166,43 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə