Yeni azərbaycan partiyasi gəNCƏ ŞƏHƏr təŞKİlati y u s if o V m ü b a r iZ İm r a n o ğ L u



Yüklə 0,73 Mb.
Pdf görüntüsü
səhifə13/28
tarix04.02.2018
ölçüsü0,73 Mb.
#24112
1   ...   9   10   11   12   13   14   15   16   ...   28

luğunu  və  onun  müvafiq  inkişaf perspektivlərinin  ol­

duğunu təsdiq edir.  Hər bir iqtisadi inkişafın arxasın­



da isə siyasət,  mədəniyyət və sosial məsələlər durur. 

Bu  o  deməkdir  ki,  ən  qədim  dövrlərdə  Azərbaycan 

ərazisində  istehsalı,  siyasəti,  mədəniyyəti,  sosial 

problemləri  tənzimləyən  müvafiq  dövlətçilik  qurumu 

dayanmışdır.

Aparılan  tədqiqaqtlar  və  təhlillər  onu  göstərir 

ki,  zaman keçdikcə əm ək vərdişlərinin təkmilləşməsi 

və  insanların  texniki  qaydalara  yiyələnməsi  yolu  ilə 

təsərrüfat həyatında mühüm dəyişikliklər baş vermiş­

dir.  Bununla,  birlikdə,  dövlətçilik  qurumlarında  da 

zaman  -   zaman  təkmilləşmə  baş  vermişdir.  Eradan 

əvvəlki  VI -  IV minilliklərə  aid  olan eneolit  dövrün­

də  metalişləmə  və  metallurgiyanın  inkişaf etməsi  in­

sanların  həyat  tərzinə  çox  böyük  təsir  göstərmişdir. 

Kültəpə,  Çalağantəpə,  Əliköməktəpə,  Leylatəpə  və 

s. ərazilərdə aşkar edilən metal əşyaların sayca çoxlu­

ğu  Azərbaycanda  metaləritmənin  qədim tarixə  malik 

olduğunu sübut edir.

Eradan  əvvəl IV minilliyin sonuna və II minilli­

yin  əvvəllərinə  təsadüf edən  Tunc  dövrü  məhsuldar 

qüvvələrin  sürətlə  artmasına  ciddi  təsir  göstərmişdir. 

Toxa  əkinçiliyi  xış  əkinçiliyi  ilə  əvəz  olunmuş,  yeni 

heyvan  növləri  əhliləşdirilmiş,  yaylaq  maldarlığı  tə­

şəkkül tapmış,  sənətkarlıq tərəqqi etmişdi.1



1  Bax: Azərbaycan tarixi. Bakı,  1994,  s.33.

50

Əmək  alətlərinin  təkmilləşdirilməsi,  təsərrüfat­



da irəliləyişlərin baş verməsi,  ictimai həyatda iqtisadi 

dirçəlişlə  bağlı  nailiyyətlərin  mövcudluğu  əhalinin 

dünyagörüşünə və ictimai təfəkkürün formalaşmasına 

da  öz  təsirini  göstərmişdir.  Belə  ki,  məsələn,  Tunc 

dövrünə  aid  olan  ətraf aləm barəsindəki  təsəvvürlər, 

axirət dünyasına və mifik aləmə  inam,  qəbir abidələ­

ri,  dəfn  mərasimləri  (ölülərin  yandırılması,  kollektiv 

və ya tək dəfn etmə,  ölülərin yanına müəyyən alətlə­

rin qoyulması və s.) təsərrüfat alətlərinin naxışlanma- 

sı,  qayaüstü  rəsmlər  (Qobustan,  Gəlinqaya,  Kəlbə­

cər)  və  s.  eneolit dövrü  üçün  səciyyəvi  olan  hadisə­

lərdən sayılmalıdır.

Azərbaycanda  Orta  Tunc  dövründə  (eradan 

əvvəl  II  minilliyin  birinci  yarısı)  artıq,  ilkin  şəhər 

mədəniyyəti  təşəkkül  tapmağa  başlamışdır.  Orta 

Tunc  dövrünün  yaşayış  məntəqələri  əvvəlkilərdən 

fərqli olaraq daha böyük sahəni əhatə edirdi.  Belə ki, 

məsələn,  Üzərlıktəpə və Göytəpə yaşayış məskənləri 

3  hektara,  Çinartəpə  7  hektara  yaxın  sahəni  əhatə 

edirdi.  Naxçıvan  zonasında  öyrənilmiş  yaşayış 

məskənləri  möhtəşəmliyi  ilə  fərqlənərək  Qədim 

Şərqdəki şəhər dövlətlərini xatırladırdı.1

Orta  Tunc  dövründə  ictimai  -   iqtisadi  sahədə 

baş  vermiş  dəyişikliklər  əhalinin  dünyagörüşünə  və 

ətraf  aləmə  münasibətinə  təsir  göstərmişdir.  Orta

1 Bax: Azərbaycan tarixi. Bak),  1994, s.38-39.

51



Tunc 

dövrü  Azerbaycanda 

qədim 

incəsənəıin 



çiçəklənməsi  mərhələsidir.  Saxsı  qablarm  üzərində 

çəkilmiş naxışlar qədim rəssamların bədii  təfəkkürü­

nü nümayiş etdirir.  Qobustanda, Gəlinqaya və Kəlbə­

cərin  qayaüstü  rəsmlərində  heyvanat  aləmi,  məişət 

və ev səhnələri,  əyləncə və şamanlığa aid olan magi­

ya təsvir olunmuşdur.1

Eradan əvvəl XIX -  XVIII əsrləri səciyyələndi­

rən Xocalı -  Gədəbəy mədəniyyətinə dair abidələrdə 

tariximizin mühüm bir  mərhələsi  yaşayır.  Bu  mədə­

niyyət  ərazicə  Kiçik  Qafqaz  və  Kürün  sağ  sahil  zo­

nasını  əhatə  edir.  Bu  dövrü  xarakterizə  edən  mədə­

niyyət Gəncə -  Qarabağ mədəniyyəti kimi də tanınır. 

Saysız -  hesabsız maddi mədəniyyət nümunələri  içə­

risində  tuncdan  təbərzin  və  ya yastı  baltalar,  dəstəyi 

şəbəkəli, bəzəkli xəncər və qılınclar, yabalar, qaytar- 

ğanlı  at  cilovlan,  sallaq  qanadlı  ox  və  yarpaqşəkilli 

nizə  ucları,  kəmərlər,  quş  fiqurları,  saysız -  hesabsız 

bəzək əşyaları daha geniş yayılmışdır.2

Azərbaycan  ərazisində  istehsal  alətlərinin  artı­

mı,  insanların  həyat  şəraitinin  yaxşılaşması,  mədə­

niyyətin  inkişafındakı  canlanma  dövlət  quruculuğu­

nun  formalaşmasına və  onun  strukturunun  təkmilləş­

məsinə səbəb olmuşdur.

Azərbaycan  ərazisində  maddi  mədəniyyət  abi­

dələrinin zənginliyi qədim dövrlərə məxsus  dövlətçi­

1 Bax: Azərbaycan tarixi.  Bakı,  1994, s.43-44.

2 Bax: Azərbaycan tarixi. Bakı,  1994, s.44-45.

52

lik qurumlarının tarixinin  uzaq keçmişlərə  aid oludu- 



ğunu  göstərən  maddi  sübutlardır.  Belə  abidələrin 

mövcudluğu,  əlbəttə ki,  ictimai  təfəkkürün formalaş­

masına çox böyük təsir göstərir.  Onların qorunub gə­

ləcək  nəsillərə  çatdırılması  isə  Azərbaycanın  qədim 

dövlətçilik  qurumları  barədəki  təsəvvürləri  genişlən­

dirir  və  zənginləşdirir.  Azərbayacmn  elə  bir  guşəsi 

yoxdur ki,  orada qədim tariximizin izləri bu və ya di­

gər  abidələrdə  saxlanmasın.  Məsələn,  Qobustandakı 

Böyükdaş,  Kiçikdaş,  Yazilıtəpə  adlı  məntəqələrdə 

qədim tariximizə,  mədəniyyətimizə,  həyat və məişə­

timizə  aid  çox  maraqlı  nümunələr yaşamaqdadır.  Bu 

uca qayalıqlar üzərində 2 mindən artıq nəsli kəsilmiş 

heyvan  növləri,  həmçinin,  ən  ibtiadi  geyim  və  müx­

təlif dini  ayin  səhnələrini  əks  etdirən təsvirlər veril­

mişdir.  Həmin  təsvirlərin  ən  qədimləri  3  -   4  min  il 

bundan  əvvələ  aiddir.  Böyükdaş  dağı  ətəyində  aşkar 

edilən  qayaüstü  yazılar tariximizin qaranlıq qatlarının 

işıqlanmasmda xüsusi əhəmiyyət daşıyar.

Qazax  rayonu  ərazisində,  «Damcılı  bulağı»  de­

yilən  yerdə  Aveydağm  ətəkləri  boyu  müxtəlif dövr­

lərə  aid olan bürclər,  qalalar və  s.  tarixi  abidələr var­

dır.  Burada  100-dən  artıq təbii  mağara  aşkar  edilmiş­

dir.  Həmin yerdə itiuclu ox uduqlarının və qədim daş 

dövrünə  (paleolitə)  aid  əmək  alətlərinin  qalıqları  da 

tapılmışdır.  Naxçıvanda Kültəpə  adlanan yerdə mis -  

daş  dövrünə  (eneolitə),  tunc  dövrünə  və  ilk  dəmir

53



Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə